Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası.[1]
Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi.
Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.