Uşquli

Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir.[1] Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir.[2] Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir.

Kənd
Uşquli
gürc. უშგული
42°55′04″ şm. e. 43°00′56″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Uşquli xəritədə
Uşquli
Uşquli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Uşquli
Çajaşi kəndi

Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.

  1. "Uşquli icmasının təsviri". 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  2. "Односельчане.ru — Dağıstanın şəhər və kəndləri". 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.