Doqquzpara rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında bir rayon. Rayonun inzibati mərkəzi Usuxçay kəndidir.
Doqquzpara rayonu | |
---|---|
41°25′17″ şm. e. 47°54′41″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1934 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun sahəsi 394 km²dir.[3]
2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun 14.330 nəfər əhalisi var.[4] Rayonda əhalisinin çoxluğuna görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış mətəqələri Miskincə (3.373 nəfər)[5] , Abadan (3.000 nəfər)[6] və Usuxçay (1.836 nəfər)[7] kəndləridir.
1989-cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 93%-ni ləzgilər , 2,3%-ni rutullar , 4,7%-ni digər xalqların nümayəndələri təşkil edirdi.[8]
2010-cu ilin siyahıyaalmasına əsasən rayon əhalisi 15,357 nəfərdən ibarət idi (2017-də bu rəqəm 15,214 nəfərə düşdü) və əsasən ləzgilərdən (14,367 nəfər (93,96 %)), rutullardan (461 nəfər (3,01 %)), ağullardan (350 nəfər (2,29 %)), tabasaranlılardan (50 nəfər (0,33 %)), azərbaycanlılardan (23 nəfər (0,15 %)), ruslardan (21 nəfər (0,14 %)) və digərlərindən (19 nəfər (0,12 %); milliyətini qeyd etməyənlər 66 nəfər (0,43 %)) ibarət idi.
Rayonun ərazisində 16 kənd tipli yaşayış məntəqəsi var.[9]
Ləğv olunmuş / yox olmuş kəndlər: Muştitsur, Qarakürə-Qazmalar.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |