Çacaşi (gürc. ჩაჟაში) — Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti diyarının Mestiya bələdiyyəsində yerləşən kənd. Böyük Qafqaz dağ sisteminin cənubi ətəklərində, yuxarı İnquri çayı (gürc. ენგური) vadisində və dəniz səviyyəsindən 2,160 metr yüksəklikdə yerləşir. Kənd, tarixi Svaneti (gürc. სვანეთი) vilayətinin bir parçası və Uşquli (gürc. უშგული) icmasının mərkəzidir. Yuxarı Svaneti vilayətinin bir parçası olaraq YUNESKO-nun Ümümdünya İrsi siyahısına salınmışdır.[2]
Çacaşi | |
---|---|
gürc. ჩაჟაში | |
42°54′54″ şm. e. 43°00′31″ ş. u. | |
Ölkə | Gürcüstan |
Region | Sameqrelo-Yuxarı Svaneti |
Bələdiyyə | Mestiya Bələdiyyəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2,160 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 28[1] nəfər (2014) |
Milli tərkibi | Svanlar |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Çacaşi, dörd kəndin bir araya yığındığı Uşquli icmasının əsas yaşayış məntəqəsidir. Gürcüstanın inzibati bölgüsünə müvafiq olaraq, Mestiya bələdiyyə mərkəzinin 45 km qərbində, İnquri və Şavtskala çaylarının birləşdiyi Mestiya qəsəbəsinin bir hissəsidir.[3]
Çacaşi, Gürcüstan tarixinin orta əsrlərinə və erkən müasir dövrlərinə, ölkənin şimal-qərbi hissəsində və əksəriyyətlə dağlıq olan Svaneti vilayətinə aid onlarla quruluşa ev sahibliyi edir. Bunların arasında, 13 ədəd yaxşı qorunmuş Svaneti qüllələri, 3–5 mərtəbəli evləri və orta əsrlərə aid qalaları, Böyük Tamara Qalası da daxil olmaqla Böyük Tamaranın (1184–1213), yay fəslindəki iqamətgahı olduğu inanılır. Kənddə daşdan hazırlanmış iki kilsə də mövcuddur. Kənddə yerləşən Müqəddəs Corc kilsəsi X, Xilaskar kilsəsi isə XI-XII əsrə aiddir. Müqəddəs Corc kilsəsi Böyük Tamara Qalasının bir hissəsidir, İkincisi isə fresklərlə örtülmüşdür[3]. Gürcüstan hökuməti və Beynəlxalq Abidələr və Yerlər Beynəlxalq Şurası Milli Komitəsi (ing. ICOMOS Georgia) 2000-ci ildən etibarən kəndin mədəni irs və bərpa və qoruma layihələrinin çox intizamlı araşdırmalarına başçılıq etmişdir.
Çacaşi, 2014-ci ildəki siyahıyaalmadan bu günə qədər, svanlardan ibarət olan 28 insanla kiçik bir kənddir. Svanlar azsaylı Kartvel dilli xalqdır. Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar və mütləq əksəriyyəti Gürcüstanda yaşamaqdadır.
Əhali | 2002 | 2014 |
---|---|---|
Cəmi | 34[4] | 28[2] |