UEFA Kuboku finalı 2001

UEFA Kuboku finalı 20012001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 19731976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı.

UEFA Kuboku finalı 2001
Tarix 16 May 2001
Yer Siqnal İduna Park, Dortmund
Matçın adamı Qari Makallister (Liverpul)[1]
Hakim Jil Vesser (Fransa)[2]
Tamaşaçı 48.050
2000
2002

Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.

48,050 tamaşaçının izlədiyi matçın 4-cü dəqiqəsində "Liverpul" Markus Babbelin qolu ilə önə keçdi. 16-cı dəqiqədə isə Stiven Cerrard fərqi 2 topa çatdırdı. İlk hissənin yarısında İvan Alonso hesab arasındakı fərqi azaltdı. İlk hissənin bitməsinə az vaxt qalmış isə Qari Makallister penaltidən hesabı 3-1 etdi. İkinci hissə başladıqdan az sonra Xavi Moreno ardıcıl olaraq iki dəfə fərqlənməklə hesabı 3-3 etdi. "Liverpul" bir daha 76-cı dəqiqədə Robbi Faulerin qolu ilə önə keçdi. Matçın bitməsinə 1 dəqiqə qalmış isə Xordi Kroyf hesabı 4-4 etdi. Bu halda matç əlavə vaxta qədər uzandı və ilk hissədə qol vurulmadı. Matç penalti vuruşlarına getdiyi bir anda isə Delfi Qeli başla avtoqola imza atdı. Əlavə vaxtın qızıl qol qaydasına görə "Liverpul" turnirin qalibi oldu. Bununla da "Liverpul" mövsümü İngiltərə Liqa Kuboku, İngiltərə Federasiya KubokuUEFA Kubokunu qazanmaqla tamamladı.

Finala gedən yol

[redaktə | mənbəni redaktə et]
Mərhələ Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Rapid Buxarest 1–0 (s) 0–0 (e) 1–0
İkinci Slovan Liberets 1–0 (e) 3–2 (s) 4–2
Üçüncü Olimpiakos 2–2 (s) 2–0 (e) 4–2
Dördüncü Roma 2–0 (e) 0–1 (s) 2–1
1/4 final Portu 0–0 (s) 2–0 (e) 2–0
Yarımfinal Barselona 0–0 (s) 1–0 (e) 1–0

"Liverpul" UEFA Kuboku turnirinə 1999–2000-ci il mövsümündə İngiltərə Premyer Liqasını 4-cü pillədə bitirərək yollanmışdır. İlk mərhələdə onlar Rumıniyanın "Rapid Buxarest" klubu ilə qarşılaşdı. Matç Qiyuleşti-Valentin Stanesku stadionunda keçirilirdi. "Liverpul" görüşü Nik Barmbinin qolu ilə 1-0 qalib bitirdi.[3] Bu mərhələnin Enfilddə baş tutmuş ikinci matçı 0-0 hesabı ilə bitdi və nəticədə "Liverpul" turu 1-0 hesabı ilə öz xeyrinə bitirdi.[4] İkinci mərhələdə "Liverpul" Çexiyanın "Slovan Liberets" klubu ilə qarşılaşdı. Enfilddə baş tutmuş ilk matçda Emil Heskinin 87-ci dəqiqədə vurduğu qol "Liverpul"a 1-0 hesablı qələbə qazandırdı.[5] Cavab qarşılaşması U Nisı stadionunda keçirildi. Matçın əvvəllərində "Slovan Liberets" hesabda irəli keçsə də, ilk hissə 1-1 hesabı ilə bitdi. "Liverpul" hissənin ortasında hesabı bərabərləşdirdi və ikinci hissədə Maykl Ouen və Barmbinin qolları ilə fərq ikiyə yüksəlsədə Liberetsin sonuncu qolu ilə yekunda görüş "Liverpul"un 4-2 hesabı ilə başa çatdı.[6]

"Liverpul"un üçüncü mərhələdəki rəqibi Yunanıstanın "Olimpiakos" klubu idi. İlk matç Yunanıstanda Karaiskakis stadionunda baş tutdu. "Liverpul" Barmbi və Stiven Cerrardın qolları ilə matçda 2-1 önə keçsə də, "Olimpiakos" son dəqiqələrdə hesabı 2-2 etməyi bacardı.[7] Cavab qarşılaşmasında isə "Liverpul" müvafiq olaraq Barmbi və Heskinin qolları ilə yekunda 2-0 hesabı ilə qalib gəldi.[8] Bu mərhələnin yekununda "Liverpul" 4-2 hesabı ilə növbəti mərhələyə adlamış oldu.

"Liverpul"un dördüncü mərhələdəki rəqibi İtaliyanın "Roma" klubu oldu. İlk görüş "Liverpul"un 19771984-cü illərdə UEFA Çempionlar Liqası kubokunu qazandığı Romanın ev stadionu olan Olimpiko stadionunda baş tutdu. Yeri gəlmişkən, 1984-cü ildə "Liverpul" finalda məhz "Roma"ya qalib gəlmişdi.[9] "Liverpul" bu dəfədə uğurla çıxış edərək rəqibini səfərdə Maykl Ouenin qolları ilə 0-2 hesabı ilə məğlub etdi.[10] Enfilddə oynanılan matç isə rəqibin 0-1 hesablı qələbəsi ilə başa çatdı. "Roma" 70-ci dəqiqədə hesabı açsada onların oyunu uzatmalara aparmaları üçün daha 1 qola ehtiyacları var idi. Hətta bunun üçün şansda yaranmışdı. Belə ki, hakim oyunun son dəqiqələrində "Liverpul"un qapısına penalti təyin etsə də, sonradan qərarını dəyişərək künc zərbəsinə işarə etdi. Mübahisəli qərardan sonra "Roma" hesabı bərabərləşdirə bilmədi və yekun nəticədə "Liverpul" 2-1 hesabı ilə 1/4 final mərhələsinə adladı.[11]

1/4 final mərhələsində rəqib Portuqaliyanın "Portu" klubu idi. İlk matç Portuqaliyada 0-0 hesabı ilə bitdi.[12] Enfilddə baş tutmuş matçda isə "Liverpul" Denni MörfiMaykl Ouenin qolları ilə yekunda "Liverpul" 2-0 hesabı ilə qalib gəldi.[13] Püşkatma sonunda "Liverpul"un İspaniya təmsilçisi "Barselona" ilə qarşılaşacağı müəyyən oldu. Kamp Nouda baş tutmuş ilk matçda "Liverpul" əzmkar formada müdafiə olunaraq ilk görüşdə 0-0 hesablı nəticəni rəsmiləşdirdi.[14] Enfilddə baş tutmuş cavab görüşündə isə oyun bərabər davam etsə də, "Liverpul" 44-cü dəqiqədə penalti vurmaq şansı qazandı. Topa yaxınlaşan Qari Makallister "Liverpul"u hesabda önə keçirdi. Buna baxmayaraq "Barselona"nın vuracağı 1 qol onları finala aparacaqdı. Lakin bu baş tutmadı və "Liverpul" 1985-ci il finalından sonra yenidən avropa miqyaslı turnirin finalına vəsiqə əldə etdi.[15]

Round Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Qaziantepspor 0–0 (e) 4–3 (s) 4–3
İkinci Lillestrem 3–1 (s) 2–2 (e) 5–3
Üçüncü Rosenborq 1–1 (s) 3–1 (e) 4–2
Dördüncü İnter Milan 3–3 (e) 2–0 (s) 5–3
1/4 final Rayo Valyekano 3–0 (e) 1–2 (s) 4–2
Yarım final Kayzerslautern 5–1 (e) 4–1 (s) 9–2

"Alaves" La Liqada 1999–2000 mövsümünü 6-cı pillədə bitirərək UEFA Kubokuna vəsiqə əldə etdi. İlk mərhələdə onlar Türkiyənin "Qaziantepspor" klubu ilə görüşdülər. İlk matç "Alaves"in ev stadionu olan Mendisorrosada keçirildi və 0-0 hesabı ilə bitdi. Amma ikinci matç daha maraqlı alındı və bu görüşdə 7 qol hesaba alınaraq yekunda "Alaves" 4-3 hesablı qələbə qazandı.[16] İkinci mərhələdə rəqib Norveçin "Lillestrem" klubu oldu. İlk matç Norveçdə Orosen stadionunda baş tutdu. "Alaves" Beqona, Oskar TellezKosmin Kostranın qolları ilə 3-1 hesablı qələbə qazandı. İspaniyadakı cavab qarşılaşmasında isə matç 2-2 hesabı ilə bitdi və yekunda "Alaves" 5-3 hesabı ilə qələbə qazandı. Növbəti rəqib Norveçin bir başqa təmsilçisi olan "Rosenborq" klubu idi. Onların İspaniyada keçirilmiş ilk görüşü 1-1 hesabı başa çatmışdır. "Alaves" matçın əvvəlində Bent İnqe Yonsenin avtoqolu ilə önə keçdi. Ardıyca isə "Alaves" daha 2 dəfə fərqlənsədə "Rosenborq" yeganə qolu ilə görüş yekun olaraq 2-4 başa çatdı.[16]

Dördüncü mərhələdə rəqib turnirin 3 qat qalibi olan İtaliyanın "İnter Milan" komandası idi. İspaniyada keçirilən ilk matçda "İnter Milan" Alvaro Rekobanın dublu və Kristian Vierinin qolları ilə 3-1 hesabı ilə önə keçmişdir.[17] "Alaves" 73-cü dəqiqədən etibarən Oskar Tellezİvan Alonsonun qolları ilə hesabı 3-3 etdi. San Siroda keçirilən cavab matçının 78-ci dəqiqəsində Xordi Kroyfun qolu ilə "Alaves" önə keçdi. İvan Tomiçin vurduğu ikinci qol isə "Alaves"in qələbəsini rəsmiləşdirdi. Yekunda 5-3 hesablı qələbədən sonra "Alaves"in 1/4 final mərhələsinə adlaması rəsmiləşdi.[16]

1/4 final mərhələsində rəqib İspaniyanın "Rayo Valyekano" klubu idi. Evdə keçirdiyi ilk görüşdə "Alaves" 3-0 hesablı qələbə qazandı. Tereza Rivero stadionundakı cavab matçında isə "Rayo Valyekano" 2-0 hesablı üstünlük əldə etsədə Kroyfun qolu "Alaves"i yarım finala daşıdı. Yarımfinalda rəqib Almaniyanın "Kayzerslautern" klubu oldu. İspaniyada keçirilmiş ilk matçda 4 penalti təyin edildi. Bunlardan üçü "Kayzerslautern"in, biri isə "Alaves"in qapısına təyin edildi. İlk matç 5-1 hesabı ilə başa çatdı.[18] Almaniyada keçirilən cavab qarşılaşması "Kayzerslautern" üçün ciddi bir əhəmiyyət daşımırdı. Belə ki, onlar finala adlamaq üçün 4 top vurmalı idilər. Lakin bu matçda "Alaves" 4-1 hesablı qalibiyyət qazanaraq yekunda 9-2 hesablı qələbə ilə finala vəsiqə qazandı.[19]

Two-tiered stands with grey seats, below the stands is a pitch with white markings
Siqnal İduna Park — final matçının keçirildiyi stadion.

"Liverpul" final matçına artıq 2000–01 mövsümü üçün iki kubok qazanaraq gəlmişdi. Onların ilk mükafatı, fevral ayında "Birminhem Siti" üzərində 1-1 hesablı bərabərlikdən sonra penaltilər seriyasında 5-4 məğlub etdikdən sonra qazandıqları İngiltərə Liqa Kuboku idi.[20] İkinci mükafat isə İngiltərə Federasiya Kuboku idi ki, burada onlar 2-1 hesablı qələbə qazanmışdılar. Beləcə onlar bu matça üçüncü mükafatı qazanmaq şansı ilə çıxmışdırlar.[21]

"Liverpul" tarixi ərzində üçündü dəfə idi ki, turnirin finalına vəsiqə qazanmışdı. Onlar daha öncə 19731976-cı illərdə turnirin qalibi olmuşdular. Həmçinin onlar Heyzel faciəsindən sonra avropa miqyaslı turnirlərdə iştirakları qadağan olunandan sonra ilk dəfə yenidən mötəbər turnirin finalına çıxırdılar.[22] Digər tərəfdən isə "Alaves" tarixində ilk dəfə avropa miqyaslı turnirin finalında iştirak edirdi. Bundan əlavə diqqət çəkən məqam odur ki, klub 11 il öncə İspaniyanın dördüncü divizionunda çıxış edirdi. Bu onların ümumiyyətlə avropa turnirlərində ilk çıxışı idi. Avropada ilk çıxışına görə "Alaves" xüsusi olaraq çəhrayı rəngli formalar sifariş etmişdir.

"Liverpul" matça 4–4–2 düzülüşü ilə başlayıb. Dörd gün öncə oynanılmış İngiltərə Federasiya Kubokunun final matçındakı heyətlə müqayisədə yeganə fərq, Vladimir Şmitserin əvəzinə Qari Makallisterin oynaması idi. İngiltərə Federasiya Kubokunun final matçının iştirak ərizəsində adı olmayan Robbi Fauler bu dəfə ehtiyat oyunçular skamyasında idi. Hücum xəttində Emili HeskiMaykl Ouen ikilisi var idi. "Alaves" matça müdafiədə Kosmin Kontra, Dan Eggen, Antonio Karmona, Oskar TellezDelfí Qeli olmaqla 5–3–2 düzülüşü ilə başladı. Hücum xəttində Xavi Moreno çıxış edirdi, ona cinahlardan Martín AstudilloXordi Kroyf kömək etməli idi.[23]

Start fitindən sonra topu oyuna "Liverpul" komandası daxil etdi.[24] Artıq dördüncü dəqiqədə "Mersisaydlar" hesabda önə keçdilər. Qari Makallisterin cərimə zərbəsindən ötürdüyü topu Markus Babbel qapıdan keçirdi.[25] Bir neçə dəqiqə sonra isə onlar üstünlüklərini artırmağa yaxın idilər, lakin Emili Heskinin zərbəsini "Alaves"in qapıçısı Martin Herrera ayaqları ilə geri qaytardı. İki dəqiqə sonra Martin Astudillo sarı kartla cəzalandırıldı, az sonra isə Qari Makallister də kobudluğa görə sarı kartla cəzalandırıldı.[24] "Alaves"in ilk qol şansı 12-ci dəqiqədə baş tutdu. Onlar "Liverpul"un cərimə meydançası yaxınlığından cərimə zərbəsi vurmaq imkanı qazandılar. Oskar Tellez "Liverpul"un qapısına doğru zərbə vursa da qapıçı Sander Vesterveld topu geri qaytardı.[25] Üç dəqiqə sonra Maykl Ouen Ditmar Hamannın ötürdüyü topu qəbul edərək onu Stiven Cerrarda ötürdü, sonuncu isə dəqiq oynayaraq hesabı 2-0 etdi.[26]

Bir neçə dəqiqə sonra "Alaves"in heyətində ilk əvəzetmə baş tutdu — İvan Alonso Den Eggeni əvəzlədi.[27] Əvəzetmə 4 dəqiqə sonra öz nəticəsini verdi və "Alaves" hesab arasındakı fərqi azaltdı. Kosmin Kontranın cərimə meydançasının içərisinə ötürdüyü hava topunu Alonso başla qapıdan keçirdi.[25] Dərhal sonra "Alaves" təzyiqi artırdı və Kontranın cərimə meydançasına ötürdüyü topu Hençoz zərərsizləşdirdi. 35-ci dəqiqədə "Alaves" yenidən qola yaxın oldu. Bu dəfə Alonsonun Xavi Morenaya başla ötürdüyü topu "Liverpul"un qolkiperi Vesterveld tutdu. Beş dəqiqə sonra "Liverpul" penalti vurmaq hüququ qazandı. Mayk Ouen cərimə meydançasına daxil olarkən qapıçı Herrera onu kobudluqla dayandırdı. Topa yaxınlaşan Qari Makallister "Liverpul"u hesabda 3-1 önə çıxardı.[24]

A man dressed all in red standing with his hands on his hips and his left foot on a yellow ball
Robbi Fauler, Liverpulun dördüncü qolunun müəllifi.

Birinci hissənin əksinə olaraq ikinci hissəyə "Alaves" futbolçuları daha yaxşı başladı. Nəticədə Kontranın cərimə meydançasına ötürdüyü topu Moreno başla qapıdan keçirdi və hesab arasındakı fərq minimuma endi.[25] Dörd dəqiqə sonra isə "Alaves" hesabı bərabərləşdirdi. Onlar cərimə zərbəsi vurmaq hüququ qazandılar və Moreno birbaşa zərbə ilə hesabı 3-3 etdi.[24] "Liverpul" buna cavab olaraq Stefan Hençozun əvəzinə Vladimír Şmitseri oyuna daxil etdi. Dəyişiklik nəticəsində Stiven Cerrard sağ cinaha keçdi.[27] Üç dəqiqə sonra Antonio Karmona Oueni kobudluqla dəyandırdı. Hakim cərimə zərbəsi təyin etdi. Qari Makallisterin zərbəsi "Alaves"in oyunçularına dəyərək geri qayıtdı. 64-cü dəqiqədə hər iki tərəf dəyişikliyə əl atdı. "Liverpul"da Emil Heskini Robbi Fauler, "Alaves"də isə Xavi Morenonu Pablo əvəzlədi.[25]

Bu dəyişikliklərdən 8 dəqiqə sonra Qari Makallister topu sol cinahdan mərkəzə doğru qaçan Faulerə ötürdü və onun zərbəsi nəticəsində görüşün bitməsinə 18 dəqiqə qalmış "Liverpul" komandası 4-3 hesabı ilə önə keçdi.[25] İki dəqiqə sonra "Liverpul"da Maykl Ouenin əvəzinə Patrik Berger oyuna daxil oldu.[24] Matçın 82-ci dəqiqəsində Hamann rəqib oyunçu Maqnonu kobudluqla saxlamasa belə sonuncunun yıxılması ona simulyasiya etdiyinə görə sarı kart qazandırdı.[25] Matçın bitiminə 2 dəqiqə qalmış "Liverpul"un qapıçısı Sander Vesterveld topu küncə çıxardı. Küncdən ötürülən topu isə Xordi Kroyf başla qapıdan keçirərək hesabı 4-4 etdi.[24] Son dəqiqələrdə Cerrard "Liverpul"un cərimə meydançası daxilində Kontraya qarşı kobud oynasa da hakim orada penalti olmadığına işarə etdi. Bunun ardınca isə hakim 90 dəqiqənin tamamladığını bildirən fiti çaldı. Beləcə matç 30 dəqiqəlik əlavə vaxtda və qızıl qol hesabı ilə davam etdiriləcəkdi.[27]

Əlavə vaxt qızıl qol qaydası ilə oynanılırdı. Bu qaydaya görə hesabı açan ilk tərəf qalib olacaqdı.[24] Topu oyuna "Liverpul" daxil etdi. İlk üç dəqiqə ərzində elə görünürdü ki, hesabı "Alaves" komandası açacaq. İvan Alonso qol vursa da, hakim ofsayd olduğuna işarə etdi.[25] Bir dəqiqə sonra Oskar Tellez Robbi Faulerə qarşı kobud oynadı. Dörd dəqiqə ərzində "Alaves" 10 nəfərlə qaldı. Markus Babbelə qarşı kobud oynadığına görə Maqno ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldı.[24] Əlavə vaxtın ilk hissəsinin son dəqiqəsində Robbi Fauler hesabı açdığını zənn etsədə hakim ofsayd qərarı verdi.[25]

Əlavə vaxtın ikinci hissəsinin başlamasından saniyələr sonra Babbel "Alaves"in müdafiəçisi Delfi Qeliyə qarşı kobud oyuna görə sarı kartla cəzalandırıldı.[24] Bu kobudluğa görə təyin olunmuş cərimə zərbəsini Hermes Desio yerinə yetirdi. Üç dəqiqə sonra "Liverpul"un hesabı dəyişmək imkanı oldu, amma Fauler Stiven Cerrardın çarpaz ötürməsinə çata bilmədi.[25] Matçın 115-ci dəqiqəsində Antonio Karmona Şmitserə qarşı kobud oynadığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra "Alaves" oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb.[24] 117-ci dəqiqədə Qari Makallisterin cərimə zərbəsindən sonra Qeli topu başla öz qapısına göndərərək avtoqol müəllifi oldu.[25] Nəticədə qızıl qol qaydası ilə oynanılan əlavə vaxtda "Liverpul" matçı 5-4 hesabı ilə öz xeyrinə tamamlayaraq tarixi ərzində üçüncü dəfə UEFA Kubokunu qazandı və həmçinin mövsümü 3 titulla başa vurdu.[24]

Oyunun nəticələri

[redaktə | mənbəni redaktə et]
16 may 2001
20:45 MAYV
Liverpul İngiltərə 5 : 4
Hesabat
İspaniya Alaves
Markus Babbel Qol 4'
Stiven Cerrard Qol 16'
Makallister Qol 41' (pen.)
Robbi Fauler Qol 73'
Delfi Qeli Qol 117' (o.g.)
Qollar Alonso Qol 27'
Moreno Qol 48'51'
Kroyf Qol 88'
Siqnal İduna Park, Dortmund
Tamaşaçı: 48 050
Hakim: Fransa Jil Vesser
Liverpul
Alaves
Q 1 Niderland Sander Vesterveld
M 6 Almaniya Markus Babbel Booked in the 106-cı minute 106'
M 12 Finlandiya Sami Hyuyupya (k)
M 2 İsveçrə Stefan Anşo 55-ci dəqiqədə əvəz olunub 55'
M 23 İngiltərə Ceymi Karrager
Y 21 Şotlandiya Qari Makallister Booked in the 11-ci minute 11'
Y 16 Almaniya Ditmar Hamann
Y 17 İngiltərə Stiven Cerrard
Y 13 İngiltərə Denni Mörfi
H 8 İngiltərə Emili Heskey 64-cü dəqiqədə əvəz olunub 64'
H 10 İngiltərə Maykl Ouen 78-ci dəqiqədə əvəz olunub 78'
Ehtiyat oyunçular:
Q 19 Fransa Peqqi Arfeksad
M 27 Fransa Qreqori Vinyal
M 29 İngiltərə Stiven Rayt
Y 7 Çexiya Vladimír Şmiçer 55-ci dəqiqədə əvəzetmədən daxil olub 55'
Y 15 Çexiya Patrik Berger 78-ci dəqiqədə əvəzetmədən daxil olub 78'
Y 20 İngiltərə Nik Barmbi
H 9 İngiltərə Robbi Fauler 64-cü dəqiqədə əvəzetmədən daxil olub 64'
Baş məşqçi:
Fransa Jerar Ulye
Q 1 Argentina Martin Herrera Booked in the 40-cı minute 40'
M 5 İspaniya Antonio Karmona (k) Meydandan çıxarıldı  oyunun başlanmasından116 dəqiqə sonra 116'
M 6 İspaniya Oskar Tellez Booked in the 95-ci minute 95'
M 4 Norveç Dan Eggen 22-ci dəqiqədə əvəz olunub 22'
M 2 Rumıniya Kosmin Kontra Booked in the 49-cu minute 49'
M 7 İspaniya Delfí Qeli
Y 14 Niderland Xordi Kroyf
Y 15 Yuqoslaviya İvan Tomiç
Y 16 Argentina Hermes Desio
Y 18 Argentina Martin Astudillo Booked in the 11-ci minute 11' 46-cı dəqiqədə əvəz olunub 46'
H 9 İspaniya Xavi Moreno 64-cü dəqiqədə əvəz olunub 64'
Ehtiyat oyunçular:
Q 25 İspaniya Kike Burqos
M 3 İspaniya İbon Beqona
M 17 İspaniya Raul Qanan
M 20 İspaniya Xorxe Azkoitia
H 10 İspaniya Pablo Qomez 64-cü dəqiqədə əvəzetmədən daxil olub 64'
H 11 Braziliya Maqno Moselin Meydandan çıxarıldı  oyunun başlanmasından98 dəqiqə sonra 98' 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
H 19 Uruqvay İvan Alonso 22-ci dəqiqədə əvəzetmədən daxil olub 22'
Baş məşqçi:
İspaniya Xose Manuel Esnal

Matçın ən yaxşı oyunçusu:
Şotlandiya Qari Makallister (Liverpul)[1]
Köməkçi hakimlər:
Fransa Serge Vallin (Fransa)[2]
Fransa Vincent Texier (Fransa)[2]
Dördüncü hakim:
Fransa Alan Sars (Fransa)[2]

Matçın nizamnaməsi

  • 90 dəqiqədən ibarət əsas vaxt.
  • Görüş heç-heçə bitərsə, 15 dəqiqədən ibarət əlavə 2 hissə və qızıl qol qaydası
  • Əlavə vaxtda qalib müəyyənləşməsə penalti zərbələri keçiriləcək.
  • Maksimum yeddi ehtiyat oyunçu.
  • Maksimum üç əvəzetmə.

Bu "Liverpul" klubunun UEFA Kuboku turnirində üçüncü uğuru idi və bu qələbə onları turniri ən çox qazanmış "İnter Milan" və "Yuventus" komandaları ilə birlikdə eyni cərgəyə yüksəltdi.[28] Bu qələbə onların mövsümü üç titul ilə başa vurmaları anlamına gəlirdi, "Mersisaydlar" bundan öncə İngiltərə Federasiya Kubokunuİngiltərə Liqa Kubokunu qazanmışdırlar.

"Liverpul"un keçmiş futbolçusu Alan Hansen bu görüşü müasir dövrün ən həyəcanlı finallarından biri kimi qiymətləndirib: "İndiyə kimi oynanılmış ən möhtəşəm final."[29] "Liverpul"un baş məşqçisi Jerar Ulye oyundan sonra öz futbolçularını belə adlandırırdı: "Nə vaxt ki, siz Avropa miqyaslı turnirin finalında oynuyursuz siz əbədilik axtarışında olmalısız. İnsanlar kimlərin oynadığını xatırlayır və nə vaxt ki, siz final matçları ilə bağlı proqramı izləyirsiz bu zaman siz yalnız faktları xatırlamış olursuz. Bu oğlanlar uzun müddət xatırlanacaq bir oyun nümayiş etdirdilər — və həmçinin "Alaves" komandasınada təşəkkürlər." [30] Ulye oyundan öncə "Liverpul"u sıxıcı oyun tərzinə görə tənqid edənlərə cavab olaraq bildirib ki: "Oxuduğum qədəriylə bəlkə də biz sıxıcı bir tərəfik — amma mən bununla razılaşacağam. Biz 123 qolun 122-ni əks hücumdan vurmalı idik amma mənim bütün bildiyim budur ki, bu mövsüm "Liverpul"un tarixində üçüncü ən yüksək nəticələri olan mövsümdür." [30]

Qari Makallisterin performansı matçdan sonra Trevor Brukinq tərəfindən tərif edilib. O, bunları bildirib: "Qari Makallister möhtəşəm idi.[31] Alan Hansendə həmçinin onun performansını təriflədi: "Qari Makallister möhtəşəm idi. 36 yaşında futbola bu cür davam etmək, sərbəst vuruşları qəbul etməyi və yekunlaşdırmağı həyəcan verici idi. O, matçın adamı adını qazanmağı tam haqq edirdi."[29]

"Alaves"in baş məşqçisi Xose Manuel Esnal məğlubiyyətə baxmayaraq öz oyunçularını tərifləyib: "Dortmund möhtəşəm finala şahidlik etdi və yəqinki rəqabətdəki ən kiçik komanda onu möhtəşəm etdi." Esnal öz oyunçularına göstərdikləri xarakterə görə minnətdarlıq edib. O, xüsusilə matçda iki dəfə hesabı bərabərləşdirmələrini yüksək qiymətləndirib: "Əlavə vaxtda yarı ölü kimi olmağımıza baxmayaraq biz qürurla oynadıq və matçın bitməsinə az qalmış hesabı 4-4 etdik. Biz iki saat öncəki kimi eyni komandayıq. Final matçında həmişə tərəflərdən biri məğlub, digəri isə qalib olur."[32]

Bu uğura baxmayaraq "Liverpul" qələbəni dərhal qeyd etməyib. Belə ki, final matçından sonra şənbə günü onların Premyer Liqada növbəti vacib görüşü var idi. "Liverpul" mövsümü üçüncü pillədə başa vurmaq üçün mütləq "Çarlton Atletik" üzərində qələbə qazanmalı idi. Bu halda onlar UEFA Çempionlar Liqasına qatılmaq hüququ əldə edəcəkdilər. Sonrakı matçda "Liverpul" 4-0 hesablı qələbə qazanmaqla 2001–02 UEFA Çempionlar Liqası mövsümündə yerlərini təmin etdilər.[33] UEFA Kubokunun qazanılması "Liverpul"a UEFA Superkuboku uğrunda matç oynamaq hüququnu qazandırdı. Bu matçda "Liverpul"un rəqibi Çempionlar Liqasını qazanmış Almaniyanın "Bayern Münhen" komandası idi. Monakodakı II Lui stadionunda keçirilmiş görüşdə rəqibinə 3-2 hesabı ilə qalib gələn "Liverpul" tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanmış oldu.[34]

  1. 1 2 "McAllister claims sixth medal". BBC Sport. British Broadcasting Corporation. 31 December 2001. 3 January 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2014.
  2. 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; referee adlı istinad üçün mətn göstərilməyib
  3. "Reds make Rapid progress". BBC Sport. 14 September 2000. İstifadə tarixi: 21 April 2011.
  4. "Reds achieve Rapid progress". BBC Sport. 28 September 2000. 22 October 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  5. "Heskey rescues poor Liverpool". BBC Sport. 26 October 2000. 24 December 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2010.
  6. "Owen goal seals Reds comeback". BBC Sport. 9 November 2000. İstifadə tarixi: 21 April 2001.
  7. "FT: Olympiakos 2–2 Liverpool". BBC Sport. 23 November 2000. 10 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.
  8. "Liverpool enjoy Greek cruise". BBC Sport. 7 December 2000. 9 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.
  9. "Capello ready for tough test". BBC Sport. 12 February 2001. 1 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  10. "Liverpool stun Roma with Owen brace". BBC Sport. 15 February 2001. İstifadə tarixi: 21 April 2011.
  11. "Liverpool survive Roma onslaught". BBC Sport. 22 February 2011. 24 December 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  12. "Liverpool force stalemate". BBC Sport. 8 March 2001. 13 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  13. "Clockwatch: Liverpool 2–0 Porto". BBC Sport. 15 March 2001. İstifadə tarixi: 21 April 2011.
  14. Fifield, Dominic. "Liverpool keep it level-headed". The Guardian. London. 6 April 2001. 9 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  15. Hughes, Matt. "Liverpool 1 v 0 Barcelona". The Guardian. London. 19 April 2001. 23 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  16. 1 2 3 "Alavés' UEFA Cup run". BBC Sport. 15 May 2001. 9 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  17. "Italian misery in UEFA Cup". BBC Sport. 16 February 2001. 29 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.
  18. "Alavés crush poor Kaiserslautern". BBC Sport. 5 April 2001. İstifadə tarixi: 21 April 2001.
  19. "Alavés demolish Kaiserslautern". BBC Sport. 19 April 2001. İstifadə tarixi: 21 April 2011.
  20. "Blues shot down as Liverpool lift cup". BBC Sport. 25 February 2001. 7 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  21. Wilson, Paul. "Owen spikes the Gunners". The Observer. London. 13 May 2001. 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  22. "Liverpool's European Odyssey". BBC Sport. 15 May 2001. 11 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.
  23. "UEFA Cup Final: Alavés vs. Liverpool". Sports Illustrated. Reuters. 16 May 2001. 4 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.
  24. 1 2 3 4 5 6 7 8 9 10 11 Biggs, Matt. "Liverpool 5–4 Alavés". The Guardian. London. 16 May 2001. 27 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  25. 1 2 3 4 5 6 7 8 9 10 11 "UEFA Cup final clockwatch". BBC Sport. 16 May 2001. 30 October 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  26. Winter, Henry. "UEFA Cup Final: Liverpool hit treble top". The Daily Telegraph. London. 16 May 2001. 20 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  27. 1 2 3 Lacey, David. "Liverpool show golden touch". The Guardian. London. 17 May 2001. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2001.
  28. "History". Union of European Football Associations (UEFA). 26 September 2008. 29 April 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  29. 1 2 "Hansen: 'Best game ever'". BBC Sport. 16 May 2001. 23 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  30. 1 2 "Houllier hails brilliant Reds". BBC Sport. 17 May 2001. 20 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  31. "McAllister the man". BBC Sport. 17 May 2001. 17 September 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  32. "Alavés proud in defeat". BBC Sport. 16 May 2001. 16 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2011.
  33. "Liverpool party begins at Charlton". BBC Sport. 19 May 2001. 19 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  34. "Liverpool sink Bayern". BBC Sport. 24 August 2001. 24 September 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]