Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı (ing. UNESCO/Guillermo Cano World Press Freedom Prize) — Kolumbiyanın "El Espectador" qəzetinin öldürülmüş redaktoru Gilyermo Kanonun xatirəsinə 1997-ci ildə təsis edilmiş mükafat.[1] Mükafatın təqdim olunmasında məqsəd dünyanın hər yerində fəaliyyətini ciddi risk qarşısında qoyaraq, mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi işinə böyük kömək göstərmiş şəxsləri, təşkilatları və təsisatları xüsusi vurğulamaqdan ibarətdir.[1]
Mükafat hər il mayın 3-də, Ümumdünya Mətbuat Azadlığı Günündə təqdim olunur. Laureat 45 000 ABŞ dolları məbləğində pul və xatirə hədiyyəsi alır.
Laureatları 17 nəfərdən ibarət müstəqil beynəlxalq jüri müəyyən edir.[2] Jürinin tərkibinə media sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkarlar daxildir.
Mənbə:[3]
İl | Alan şəxs | Ölkə |
---|---|---|
2021 | Mariya Ressa | Filippin |
2020 | Hinet Bedoya Lima | Kolumbiya |
2019 | Kyau Su Oo və Va Lon | Myanma |
2018 | Mahmud Abu Zeyd | Misir |
2017 | Davit İsaak | İsveç/Eritreya |
2016 | Xədicə İsmayıl | Azərbaycan |
2015 | Mazen Dərviş | Suriya |
2014 | Əhməd Şık | Türkiyə |
2013 | Riyot Alemu | Efiopiya |
2012 | Eynulla Fətullayev | Azərbaycan |
2011 | Əhməd Zeydabadi | İran |
2010 | Monika Qonsales Muxika | Çili |
2009 | Lasanta Vikrematunqe | Şri-Lanka (ölümündən sonra) |
2008 | Lidiya Kaço Ribeyro | Meksika |
2007 | Anna Politkovskaya | Rusiya (ölümündən sonra) |
2006 | Mey Şidiak | Livan |
2005 | Çen İçjub | Çin |
2004 | Raul Rivero | Kuba |
2003 | Amira Hass | İsrail |
2002 | Coffrey Niarota | Zimbabve |
2001 | Vin Tin | Myanma |
2000 | Nizar Nayuf | Suriya |
1999 | Xesus Blankornelas | Meksika |
1998 | Kristina Anianvu | Nigeriya |
1997 | Qao Yu | Çin |