Ucunq-Kulon Milli Parkı — İndoneziya adalarında yerləşən milli park. 1991-ci ildən Dünya irsi siyahısındadır.
Ucunq-Kulon Milli Parkı | |
Ujung Kulon National Park [* 1] | |
Ölkə | Hindistan |
---|---|
Tip | Təbii |
Kriteriya | vii, ix |
Keçid | 608 |
Region | Asiya və Sakit okean regionu [* 2] |
Daxil edilməsi | 1991 (15-ci sessiya) |
|
|
Ucunq-Kulon Milli parkı Yava adasında yerləşən və düz ərazi halında olan tropik meşələrdən ibarətdir. Nəsli tükənməkdə olan Yava kərgədanının iki həyat sahəsindən biridir. Park Yavanın uzaq qərb bölgəsində yerləşir.
Region düzənlik tropik meşələri, bataqlıqlar, manqrovlar və çayırlar ilə əhatəlidir. Yarımadada mərcan adaları və mərcan qayalıqları var.
Milli park daxilində vulkanik ada qrupu Krakatoa və Panaytan, Handeuleum adaları və Sunda Boğazındaki Peucanq adası yerləşir. Krakatoa Sakit okean Odlu Qövsünün bir hissəsidir. 1883-cü ildə vulkanik axıntıların, vulkanik küllərin və sunami təsirləri bölgədə faciəvi nəticələrə açıb tərəfindən böyük bir eroziyaya məruz qalmışdır. Hollandiya hökuməti tərəfindən qeydə alınan ölü sayı 36.417 idi, lakin bəzi qaynaqlar bu ədədin təxminən olaraq 120.000 olduğunu söyləməkdədir.[1]