Komodo Milli Parkı

Komodo Milli Parkıİndoneziyanın, Şərqi və Qərbi Kiçik Zond adalarının əyalətləri arasındakı sərhəd bölgədə yerləşən milli parkdır. Parka üç böyük ada (Komodo, (ind. Pulau Padar) və (ind. Pulau Rinca)) və 26-dan çox kiçik ada[1], habelə ümumi sahəsi 1733 km² (603 km²) olan Sape, LintaxSumba boğazları daxildir[2]. Milli park təbiətin yeddi yeni möcüzəsindən biri olaraq seçilmişdir.

Komodo
Taman Nasional Komodo
Komodo Milli Parkında Komodo varanı.
Komodo Milli Parkında Komodo varanı.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 1733 км²
Mütləq hündürlüyü 81 m
Yaradılma tarixi 06.03.1980
Yerləşməsi
8°39′05″ c. e. 119°34′35″ ş. u.HGYO
Ölkə  İndoneziya
komodonationalpark.org
Komodo xəritədə
Komodo
Komodo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli park 1980-ci ildə yaradılmışdır. 1986-cı ildə biosfer qoruğu, 1991-ci ildə isə UNESCO-nun Dünya İrsi obyekti elan edilmişdir. Parkın yaradılmasında məqsəd, ilk dəfə 1911-ci ildə kəşf edilən unikal kərtənkələ növünü — Komodo varanını qorumaq idi. Daha sonra park dəniz heyvanları da daxil olmaqla digər heyvan növlərini qorumaq vəzifəsi daşımağa başladı[3][4].

Milli parkın adaları vulkan mənşəlidir. Ərazi bir qayda olaraq yüksəkliyi 735 metrə[1] qədər olan yuvarlaq təpələrlə xarakterizə olunur. İqlimi ildə 800–1000 mm yağıntısı olan İndoneziyanın ən quraq bölgələrindən biridir. Quraqlıq mövsümdə (may- oktyabr) orta gündəlik temperatur təxminən 40 °C-dir[5].

Komodo adasında, Komodo varanının populyasiyasının yarısı yaşayır - üç min fərd. Daha iki mini Flores adasında, mini - (ind. Pulau Rinca) adasında və yüzə yaxını Qili-Motanq adasında yaşayır[3].

  1. 1 2 "Komodo National Park". 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12.08.2019.
  2. "Где находится национальный парк Комодо". news.rambler.ru. 2017-03-08 tarixində arxivləşdirilib.
  3. 1 2 Харькова О. Ю. Самые красивые заповедники мира. Москва: Эксмо. 2015. 78. ISBN 978-5-699-76866-0.
  4. "About Komodo National Park". komodonationalpark.org. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib.
  5. "UNESCO: Advisory Body Evaluation" (PDF). whc.unesco.org. 2015-10-11 tarixində arxivləşdirilib (PDF).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]