Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876[2] – 7 oktyabr 1950[3][2][…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı.
Villis Kerrier | |
---|---|
Doğum tarixi | 26 noyabr 1876[2] |
Vəfat tarixi | 7 oktyabr 1950[3][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | havanın kondisionerləşdirilməsi[d][1] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.
U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib.
O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub.
İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub. Kornell Universitetindən məzun olduqdan sonra Kerrier Buffalo Forge Company-də işləməyə başladı. Burada işləyərkən, o Bruklində yerləşən Sackett-Wilhelms Lithographing and Publishing Kompaniyası üçün tətbiqi bir problemi həll etmək məqsədilə havalandırma ilə təcrübələr aparırdı. Beləliklə ilk kondisioner Kerrier tərəfindən hazırlanıb və 1902-ci il 17 İyulda istifadəyə verilib.
1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başladı. Hazırda Cənubi Koreya dünyada ən böyük kondisioner istehsalçısıdır.
Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər amerikan həyatında inqilabi çevriliş etdilər. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-də əhalinin cənub bölgələrə("Sun Belt") miqrasiyasının başlamasına kömək etdi.
Carrier korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Carrier korporasiyası kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |