Vilyam Adam (1689[2][3][…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748[4][5], Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu.
Vilyam Adam | |
---|---|
William Adam | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fayf bölgəsi, Şotlandiya |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Uşağı | |
İşləri və nailiyyətləri | |
Memarlıq üslubu | "Adam" üslubu |
Əsas tikililəri | Houptaun Malikanəsi, Mavisbank, Arniston, Daff Malikanəsi, Pollok Malikanəsi |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı.
Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms. Son ikisi "Adam üslubu"nun inkişafında iştirak ediblər.
Villiam Adam 1689-cu ilin oktyabrında Şotlandiyanın Fayf bölgəsinin Linktaun hissəsində anadan oldu. 24 oktyabr 1689-cu ildə isə xaç suyuna salındı. O, mason atası Con Adamın (ö.1710) sağ qalmış yeganə oğlu idi. Anası Helen Krastaun isə lord Villiam Krastaunun qızı idi. Ata tərəfdən babası Arşibald Adamın isə Anqus bölgəsində şəxsi malikanəsi vardı. 1704-cü ilə qədər Kirkkaldidə qrammatika məktəbinə getdi. Daha sonra bəlkə də atasına görə mason sənətkarlığı ilə maraqlanmağa başladı. Sonra Kinros Malikanəsində yaşayan Ser Villiam Brüsün tələbəsi oldu.
1717-ci ildə Vilyam Adam mason dərslərini qurtardı və 1720-ci ilə qədər Fransa və digər qərbi Avropa ölkələrini gəzdi. O bu səyahətinində bir çox tikilini və Ostenddəki kanalı ziyarət etdi.
1714-cü ildə Adam Villiam Roberslə Linktaunda kərpic zavodu tikmək üçün şərik oldu. Müəssənin fəaliyyəti uğurlu oldu. Daha sonra 30 may 1716-cı ildə Vilyam Adam Vilyam Robertsin qızı Meri ilə evləndi və onlar Qladli Malikanəsinə köçdülər.
Vilyam Adam ilə Meri Robertsonun evliliyindən 10 övladları oldu: