Uilyam Noulz — (ing. William Knowles) 1 iyun 1917 il[4][5], Taunton, Massachusetts, ABŞ — 13 iyun 2012 il, Chesterfield, Missuri, USA[6]- amerikalı biokimyaçı, Noyori Ryodzi ilə birlikdə 2001-ci il kimya üzrə Nobel mükafatı laureatı və Barri Şarpless ilə "əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması"[7] üzrə mükafat almışdır.
Uilyam Noulz | |
---|---|
ing. William Standish Knowles | |
Doğum tarixi | 1 iyun 1917[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2012[1][2] (95 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Yan amiotrofik skleroz |
Elm sahəsi | kimya |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Milli Elmlər Akademiyasının üzvü (2004)[8].
U. Noulz Massaçusets ştatının Şeffild şəhərindəki Berkşire məktəbində oxuyub. Tədrisdə öz sinfinə rəhbərlik edirdi və məzun olduqdan sonra Harvard Universitetinə qəbul olundu. Kollecə daxil olmaq üçün çox gənc olduğunu hiss edən Uilyam Noulz, Massaçusets ştatının Andover şəhərindəki Fillips Akademiyasında bir il keçirdi. İlin sonunda o, kimya üzrə ilk mükafatını — 50 dollarlıq Boylston Məktəb Mükafatını aldı.
Bir illik hazırlıq məktəbindən sonra U. Noulz, üzvi kimyada konsentrasiya ilə kimya ixtisası üzrə təhsil aldığı Harvardda oxudu. 1939-cu ildə bakalavr dərəcəsini aldı və Kolumbiya Universitetində aspiranturaya daxil oldu.[9]
1986-cı ildə təqaüdə çıxdıqdan sonra Uilyam Noulz Sent-Luis şəhərinin ətrafı olan Missuri ştatının Çesterfild şəhərində yaşadı. Təqaüdə çıxandan sonra həyat yoldaşının miras qoyduğu 100 hektarlıq fermaya yerli çöl otlarınının becərilməsini bərpa etdi. O, həyat yoldaşı Nensi ilə 66 il evli olub və dörd övladı olmuşdu: Elizabet, Peter, Sarah və Leslie. Dörd nəvəsi var idi. Uilyam Noulz 13 iyun 2012-ci ildə 95 yaşında Missuri ştatının Çesterfild şəhərində vəfat edib. O və həyat yoldaşı əvvəllər bildirmişdilər ki, vəfat etdikdən sonra onların fermasının şəhər parkına çevrilmək üçün hədiyyə olaraq bağışlanacaq.[10]
William S. Knowles — Faktlar (İngilis dilində). NobelPrize.org. Əldə olunma tarixi: 6 avqust 2020. Arxivləşdirilib: 5 avqust 2020.
Bu kimyaçı alim haqqında daha bir məqalədir.[14][15]