Ulcay Qutluq Xatun, Ölçey Qutluq, Olcay Qutluq və ya Ulcaki (ö. 14 mart 1297) — Elxanilər dövlətinin Borçigin sülaləsindən olan şahzadəsi, Əbu Səid Bahadur xanın əsas arvadı olmaqla birlikdə, Elxanilər imperiyasının imperatriçası.
Ulcay Qutluq Xatun | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Monqol imperiyası |
Vəfat tarixi | Bilinmir |
Vəfat yeri | Elxanilər dövləti |
Dəfn yeri | Elxanilər dövləti |
Atası | Sultan Mahmud Qazan xan |
Dini | İslam |
Fəaliyyəti | əsilzadə |
Tanınır | Qazan xandan olma Börçigin şahzadəsi və Əbu Səid Bahadur xanın imperatriçası kimi |
Ulcayın atası Qazan xan tərəfindən qardaşı oğlu ilə evləndirilməsi Olcaytunun hakimiyyət iddiasını daha da gücləndirmiş, nəticədə Qazan xan hakimiyyətinin sonlarında həm qardaşı, həm də qudası Olcaytunu özünün varisi elan etdi.
Ulcay Qutluq Xatun 14 mart 1297-ci ildə Şehrabanda dünyaya gəlmişdir.[1] O, Elxanilər dövlətinin hökmdarı Qazan xanın tək qızı idi. Anası Buluğan Xatun Muazzama Otman Noyonun qızı, Obetayın Noyonun nəvəsi və Konqratlar tayfasına məxsus idi.[2] Buluğan Xatun ilə Qazan xan oktyabr 1295-ci ildə evlənmiş, bir qədər sonra isə hər ikisi də İslam dinini qəbul etmişdilər. Ulcayın özündən kiçik Alcu adında doğma qardaşı olsa da, o, azyaşlı ikən ölmüşdü.[3]
17 sentyabr 1303-cü ildə Qazan Ulcayı Bistam ilə nişanladı.[4][5] Bistam Qazan xanın özündən kiçik qardaşı Olcaytunun oğlu idi. Bistam ilə Ulcayın evlilikləri 12 yanvar 1305-ci ildə baş tutdu.[6] Bu zaman Ulcayın cəmi 7 yaşı var idi.[7] Qazan xanın yeganə sağ qalan övladı ilə öz övladının evləndirilməsinə nail olmaqla Olcaytu həm özünün, həm də oğlunun Qazan xanın varisi kimi mövqeyini gücləndirməyi planlayırdı.[8]
Bistamın azyaşlı ikən ölməsindən sonra Ulcay onun kiçik qardaşı Əbu Səid ilə nişanlandırıldı.[9] Bu zaman Əbu səid nominal hakimlik etmək üçün Xorasana ayrılmaq üzrə idi. Ulcay ilə Əbu Səidin evliliyi birincinin taxta çıxmasından öncə, 5 iyul 1317-ci ildə baş verdi.[10] Beləliklə də, Ulcay Əbu səidin həm əsas, həm də ən çox sevdiyi arvadı oldu.[3]
Elxanilər dövlətinin vilayətlərindən biri olan Şuştarın illik gəlirləri Ulcay Qutluq üçün ayrılmışdı.[11]