Ulubəy Kanyonu Təbiət Parkı

Ulubey Kanyonu Milli Parkı (türk. Ulubey Kanyonu Tabiat Parkı) ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı. Ulubəy kanyonu ABŞ-dakı Böyük Kanyondan sonra dünyadakı ikinci ən uzun kanyondur. Park bir çox heyvan və bitki növü üçün uyğun yaşayış mühiti təmin edir və ekoturizm mərkəzi kimi inkişaf etdirilir.

Ulubəy Kanyonu Təbiət Parkı
Sahəsi 119 hektar
Yaradılma tarixi 7 avqust 2013
Yerləşməsi
38°22′48″ şm. e. 29°18′13″ ş. u.
Ölkə
Yerləşməsi Ulubəy, Uşak ili
Ulubəy Kanyonu Təbiət Parkı xəritədə
Ulubəy Kanyonu Təbiət Parkı
Ulubəy Kanyonu Təbiət Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ulubəy kanyonu 119 hektarlıq ərazini əhatə edir.[2] Kanyon 100–500 metr (330–1,640 ft) genişliyində, 135–170 metr (443–558 ft) dərinliyindədir və ümumi uzunluğu 40–45 kilometr (25–28 mil)-dir.[3] Ulubəy kanyonundan Ulubey və Banaz krikləri (Böyük Menderes çayının qolları) keçir. Kanyonun divarları 10–30 metr (33–98 ft) və 50–55 metr (164–180 ft) yüksəklyindədir. Hər iki divarda ən azı üç teras müşahidə edilir. Bundan əlavə kanyon boyunca bir çox konus şəkilli karstik təpə var.[3]

EgeyMərkəzi Anadolu regionları arasındakı keçid zonasında yerləşən Uşak ilində hər iki regionun iqlim xüsusiyyətləri müşahidə olunur. Ərazidə yay ayları Egey regionundan daha isti və quraq, qış mövsümü isə Mərkəzi Anadolu regonundan daha mülayim keçir. Hava kütlələrinin Egey dənizinin üzərindən gətirdiyi yağıntı bölgədə Mərkəzi Anadoludan daha rütubətli iqlim formalaşdırır. Əraziyə düşən orta illik yağıntının miqdarı 551 millimetr (21.7 düym)-dir. Yağıntının aylıq və ya mövsümi paylanması qaydasızdır.[4]

Ulubəy Kanyonu Təbiət Parkında böyüyən bitkilərə türk şamı (Pinus brutia), buxurkolu (Cistus), palıd (Quercus ithaburensis), Avstriya palıdı (Quercus cerris), yulğun (Tamarix), sumaq (Rhus), dağdağan (Celtis), naz (Genista), sığırquyruğu (Verbascum), gəvən (Astragalus ) və qaraqınıq (Origanum) daxildir.[4]

Təbiət parkı çöl donuzu, dovşan, tülkü, çaqqal, canavar (Canis lupus), hindistan tirəndazı (Hystrix indica) kimi məməlilər, sürünənlərdən quru təsbağası, Kiçik Asiya gürzəsi (Montivipera xanthina), quş növlərindən sar, qırğı, quzğun (Corvus corax) və balıq növlərindən Qafqaz enlibaşı (Squalius cephalus) üçün yaşayış yeri təmin edir.[4]

Ərazi keçmişdə Lidiya, Əhəmənilər imperiyası, Makedoniya, Attalid sülaləsi, Roma imperiyası, Bizans imperiyası, Germiyanoğulları bəyliyi və nəhayət Osmanlı imperiyası da daxil olmaqla bir çox mədəniyyətə ev sahibliyi etmişdir.[2]

Banaz-Ulubəy kanyon sistemi ölkədə ekoturizm üçün əhəmiyyətli potensiala malikdir.[3] 2013-cü ilin avqust ayında Kanyon Meşə və Su Təsərrüfatı Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir.[2] Gəzinti və kampinq kanyon ərazisindəki məşhur açıq hava fəaliyyətlərindəndir.[3][5] 2015-ci ilin iyun ayında təbiət parkını təxminən 40 000 turistin ziyarət etdiyi bildirilmişdir.[6] Bir ayda gələn ziyarətçi sayı 2016-cı ilin mart ayına qədər təxminən 100 000-ə qədər yüksəlmişdir.[7]

Bölgədəki diqqətəlayiq yerlər Cilandiras körpüsü, Duraklı qaya türbələri, Hasköy abidələri, Pepuza[8] və Blaundus qədim şəhərləri və Salma krikidir.[2]

  1. 1 2 Nationally designated areas (CDDA) (ing.).
  2. 1 2 3 4 "Ulubey Kanyonu tabiat parkı ilan edildi". TRT Haber (türk). 2013-08-07. 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  3. 1 2 3 4 "Ulubey Kanyonları" (türk). Ulubey Belediyesi. 2019-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  4. 1 2 3 "Uşak İli, Ulubey İlçesi Ulubey Kanyonu Tabiat Parkı Yangın Eylem Planı" (PDF) (türk). T.C. Orman ve Su İşleri Bakanlığı-Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü-V. Bölge Müdürlüğü. 2020-02-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  5. "Ulubey Kanyonları ve Cam Teras" (türk). Uşak Tanıtım. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  6. "Ulubey Kanyonu'na 1 ayda 40 bin ziyaretçi". Radikal (türk). 2015-06-21. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  7. Sencar, Aytuğ Can. "Ulubey Kanyonu'nda tarih turizmi atağı". Hürriyet (türk). 2016-03-16. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  8. "Ulubey kanyonlarında doğa yürüyüşü". Habertürk (türk). 2016-11-06. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.