Uncharted

Uncharted, Naughty Dog tərəfindən hazırlanan və PlayStation konsolları üçün Sony Interactive Entertainment tərəfindən nəşr olunan, bir döyüş-macəra üçüncü-şəxs atıcı platforma videooyun seriyası. Seriyada Nolan Nortun səs və hərəkəti, müxtəlif tarixi sirrləri ortaya çıxarmaq üçün dünya üzrə səyahət edən xarizmatik amma üsyançı bir xəzinə ovçusu olaraq canlandırdığı Neytan (Neyt) Dreyki izləyir. Əsas seriya 2007-ci ildə PlayStation 3-də Uncharted: Drake’s Fortune ilə başladı, ardından 2009-cu ildə Uncharted 2: Among Thieves, 2011-ci ildə Uncharted 3: Drake’s Deception və son olaraq 2016-cı ildə Uncharted 4: A Thief’s End satışa çıxarıldı. 2011-ci ildə seriyanın önbölümü olan Uncharted: Golden Abyss Sony-nin PlayStation Vita əldə daşına bilən sistemində satışa çıxarıldı. Bundan sonra 2012-ci ilin sonlarında Uncharted: Fight for Fortune adlı bir kart oyunu satışa çıxarıldı.

Uncharted
JanrlarDöyüş-macəra ; Üçüncü-şəxs şuter ; Platforma
YaradıcılarNaughty Dog Bend Studio Bluepoint Games
NəşrçilərSony Interactive Entertainment
PlatformalarPlayStation 3 PlayStation 4 PlayStation Vita Android IOS
Orijinal platformaPlayStation 3
Başlanğıc iliUncharted: Drake’s Fortune 19 noyabr 2007
Son buraxılışUncharted 4: A Thief’s End 10 may 2016

Əsas seriyadakı dörd oyun, jurnalistlər və videooyun nəşr edənləri tərəfindən, xüsusilə də bütün zamanların ən yaxşı videooyunlarından biri olaraq qəbul edilən Uncharted 2: Among Thieves, böyük maraqla qarşılandı. Oyun araşdıranlar, yüksək istehsal dəyərləri, hekayə izahatı keyfiyyəti, xarakter dizaynı və animasiyası, səsli aktyorluğu, gərçəkçi qrafika, texniki yeniliklər, musiqi balı, oyun mexanikası və oyunçulara kefli sinema hissi verən bir oyun təcrübəsi təqdim edərək oyunları təriflədi. Jurnalistlər, Hollivudun çıxardığı döyüş-macəra filmlərinə müqayisədə bənzədilərək, xüsusilə də İndiana Cons filmləri ilə bənzərlik daşıyır. Uncharted 4: A Thief’s End-ün satışa çıxılışından əvvəl seriya 28 milyonun üzərində kopiya satdı və dördüncü oyun 8.7 milyondan çox kopiya sataraq seriyanın ən çox satan oyunu olmuşdu. Uncharted oyunlarının tənqidi və kommersiya uğuru, yeddinci və səkkizinci nəsil videooyun konsolları əsnasında PlayStation'un müvəffəqiyyəti üçün əhəmiyyətli bir rol oynamışdır və Naughty Dog'un dünyadakı ən hörmətli və istedadlı videooyun hazırlayanlarından biri olma şöhrətini qaldırmaq köməkçi olmuşdur.

Hekayənin yerləşdiyi bölgələr

[redaktə | mənbəni redaktə et]

Uncharted: Drake’s Fortune-də Dreyk Amazon ovalığına və Cənubi Amerikanın sahillərində tapılmamış adalara səyahət edir. Uncharted 2: Among Thieves-da Dreyk Çinin ən cənubi ərazisində yerləşən Tibet yaylasının qarlı dağlarına, İstanbulda bir muzeyə, Kalimantandakı meşələrə və Nepaldakı şəhər mənzərələrinə səyahət edir. Uncharted 3: Drake’s Deception-da Dreyk LondonunKolumbiyanın küçələrinə, Fransadakı bir qalaya, Suriyadakı bir qalaya, Yəməndəki bir şəhərə və Rub əl-Xalinin səhrasına səyahət edir. Uncharted 4: A Thief’s End-da Dreyk İtaliyadakı Rossi mülkünə, Şotlandiyada bir kafedrala, Kinqs Beydəki bəzi yerlərə, Madaqaskara və Madaqaskar sahillərindən çox da uzaq olmayan tapılmamış adalara səyahət edir.

İl Titul Hazırlayan İlk Sistem
2007 Uncharted: Drake’s Fortune Naughty Dog PlayStation 3
2009 Uncharted 2: Among Thieves Naughty Dog PlayStation 3
2011 Uncharted 3: Drake’s Deception Naughty Dog PlayStation 3
2011 Uncharted: Golden Abyss SIE Bend Studio PlayStation Vita
2012 Uncharted: Fight for Fortune SIE Bend Studio PlayStation Vita
2015 Uncharted: Nathan Drake's Collection Blupoint Games PlayStation 4
2016 Uncharted 4: A Thief’s End Naughty Dog PlayStation 4
2016 Uncharted: Fortune Hunter Playspree Android, IOS
2017 Uncharted: Lost Legacy Naughty Dog PlayStation 4

Uncharted: Drake’s Fortune

[redaktə | mənbəni redaktə et]

Uncharted: Drake’s Fortune adlı oyun seriyanın ilk oyunudur. Döyüş-macəra və platforma elementlərini üçüncü-şəxs perspektivi ilə birləşdirərək qəhrəmanın Ser Frensis Dreykin nəvəsi olduğunu iddia edən qəhrəmanı Neytan Dreykin itirdiyi El Dorado, Cənubi Amerikada jurnalist Elena Fişer və ağıl müəllimi Viktor (Sulli) Sullivanın köməyi ilə tapmağa çalışırlar. Edi Raja liderliyindəki piratlar tərəfindən təqib edilirlər və daha sonra Gabriyel Roman və Atoq Navarro tərəfindən idarə olunan bir qrup muzdlu əsgərlər tərəfindən təqib edilirlər.[1]

Neytan Dreykin rolunsa olan Nolan Nort

Uncharted 2: Among Thieves

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Uncharted 2: Among Thieves

Uncharted 2: Among Thieves, Dreykin NepalHimalay dağları arasında Şambala şəhərini axtarmaq üçün səfərə çıxarır. Oyun, Elena Fişer və Viktor Sullivan kimi ilk oyundakı obrazlardan bir çoxunu bir araya gətirir və gizlilik mexaniki və yeni obrazları təqdim edir. Dreyk ilə tarixi olan, yeni bir eşq marağı olan Kloyi Freyzer ; Dreykin ikiüzlü köhnə ortağı Herri Flyin ; Və serb müharibə günahkarı Zoran Lazareviç və oyunun əsas antoqonisti. İkinci oyun seriyaya çoxlu oyuncu rejimini təqdim edir.

Uncharted 3: Drake’s Deception

[redaktə | mənbəni redaktə et]

Uncharted 3: Drake’s Deception 2011-ci ilin noyabr ayında satışa çıxarıldı. Hekayə, Neytin ağıl müəllimi və ata fiquru Viktor "Sulli" Sullivan ilə olan əlaqəsinə diqqət yetirir və sonunda əfsanəvi itkin bir şəhər axtarır və bu da nəticədə onu Ərəbistan yarımadasına aparacaq və "Atlantis of the Sands" yəni "Qumların Atlantisi" olaraq da bilinən "İramın Sütunları"nı tapmaq üçün, Rub əl-Xali səhrasına səyahət etməli olur. Elena Fişer və Kloyi Freyzer yenə daha kiçik rollarda oynayır və oyun, Neyt'in ən yeni müttəfiqləri Çarli Katter və Salim və oyunun əsas antoqonistləri olan Katerin Marlou, Talbot və Ramses kimi yeni obrazları təqdim edir.

Uncharted 4: A Thief’s End

[redaktə | mənbəni redaktə et]

Uncharted 4: A Thief’s End seriyanın dördüncü oyunu və ilk dəfə PlayStation 4 üçün yaradılmış olan Uncharted oyunudur. 2016-cı ilin Mayın 10-da satışa çıxarıldı. Oyun, indi sərvət ovçusuluğundan istefa edən olan və sonradan zorla Oğrular dünyasına geri qayıdan Neytan üzərində sıxlaşır. Qardaşı Semin öldüyünə inanan Dreyk, qardaşını önündə görəndə təəcüblənir və qardaşının onu köməyinə ehtiyacı olduğundan Oğrular Dünyasına geri qayıtmalı olur. Möhtəşəm bir dəniz qulduru olan Henri Eyverinin xəzinəsinin yerini tapmaq üçün təhlükəli bir dünya səfərinə çıxır

Naughty Dog, Uncharted 4: A Thief’s End-in Neytan Dreykin son hekayəsini olduğunu və orijinal Uncharted komandası tərəfindən hazırlanan son Uncharted oyunu olduğunu dedi. Bununla birlikdə, Nolan Nort, seriyalın dəvam etməsini istədi[2]. 2016-cu ilin Dekabr ayında PSX əsnasında Uncharted 4-ə Kloyi Freyzeri və Neydin Rosu ehtiva edən Lost Legacy adlı bir genişləmə paketini açıqlandı.[3]

Uncharted: Golden Abyss

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Uncharted: Golden Abyss

Uncharted: Golden Abyss, Sony PlayStation Vita oyunudur. Bread Studio tərəfindən hazırlandı, hazırlanma Naughty Dog tərəfindən nəzarət edilirdi. İlk dəfə 2011-ci il dekabrın 17-də Yaponiyada satışa çıxarıldı. Şimali Amerikada və Avropada çıxış tarixi 2012-ci il fevralın 23-də idi. Oyunun hadisələri, Uncharted: Drake’s Fortune-nin hadisələrindən bir ara əvvəl reallaşır, ancaq hazırlayanlar oyunun Uncharted: Drake’s Fortune-nin önbölümü olmadığını, oyunun ayrı original bir hekayəsi olduğunu dedilər.[4]

Neytan Dreyk kospleyi

Uncharted: Fight for Fortune

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin Noyabr ayında, Avstraliya Təsnifat Lövhəsi data bazası One Loop Games tərəfindən hazırlanan Uncharted: Fight for Fortune-un reytinqlərini göstərdi[5][6]. Həmən ay, Sony-nin Bend Studios oyunu hazırladığını və bunun "döyüş-macəra növbəlı oyun üzrə əsaslandırılmış kartlı oyunu" olacağı təsdiqləndi.[7]

Uncharted: Stolüstü Oyunu

[redaktə | mənbəni redaktə et]

Uncharted: Stolüstü Oyunu, Bandai tərəfindən 2012-ci ildə nəşr olunan bir stolüstü oyundur. Hayato Kisaraqi tərəfindən hazırlanmış oyun, xəzinə və düşmənlərlə döyüşmək üçün iki və dörd oyunçunun arasında oynamasına icazə verir.[8]

Uncharted: Nathan Drake's Collection

[redaktə | mənbəni redaktə et]

Uncharted: Nathan Drake's Collection, Uncharted: Drake’s Fortune-nin, Uncharted 2: Among Thieves-in və Uncharted 3: Drake’s Deception-ın uyğunlaşdırılmalarından ibarət olan bir kolleksiyasıdır. Uncharted 4: A Thief’s End çoxlu oyuncu beta'sı üçün bir zamində ehtiva edirdi[9]. Bluepoint Games tərəfindən uyğunlaşdırıldı və 2015-ci ilin oktyabr ayında PlayStation 4 üçün satışa çıxarıldı. Oyun ilə birlikdə bir PlayStation 4 paketi də mövcud idi. Kolleksiya haqqındakı rəylər müsbət idi. Ən çox təriflənən sahə hər 3 oyunda olan texniki inkişaflar haqıında idi.[10]

Uncharted: Xənizə Ovçusu

[redaktə | mənbəni redaktə et]

2016-cı il mayın 5-də 4-cü əsas oyunla çox az fərqlə, Sony, IOSAndroid üçün pulsuz oyunu satışa çıxartdı.[11][12]

Neytan Dreyk kospleyi

Yumoristik Kitab

[redaktə | mənbəni redaktə et]

2011-ci il iyul ayının 19-da Sony, Uncharted 3: Drake’s Deception satışa çıxarılanda Uncharted yumoristik kitabının DC Comics tərəfindən satışa çıxarılacağını dedi. Joşva Vilyamson tərəfindən Serqiyo Sandoval'ın sənəti və Adam Hyuz'a üz kitabı ilə yazdığı bir kitab[13], 2011-ci il noyabr ayının 30-da 6 buraxılışlı bir mini seriyanın parçası olaraq çıxarıldı[14]. "Əfsanəvi Amber Otağı Axtarışında Neytan Dreyk, Dünyanın Mərkəzinə Səfərə Çıxdı.".[15]

  1. Helgeson, Met (Dekabr, 2007). "Uncharted: Drake's Fortune Review"Game Informer. Keyti Preston (176): 149. 2008-ci il noyabrın 21-də the original dan Arxivləndi Alındı 2008-11-24.
  2. Dunning, Ceyson. "Nolan North: "I Would Certainly Come Back" for Uncharted 5" Arxivləşdirilib 2016-05-22 at the Wayback MachinePlayStation LifeStyle. Craveonline. 2016-cı il may ayının 22-də alındı.
  3. Good, Oven. "Uncharted: The Lost Legacy is coming from Naughty Dog" Arxivləşdirilib 2017-03-21 at the Wayback MachinePolygon. 2016-cı ilin Dekabr ayının 31-də alındı.
  4. Brayn, Krekente (2 iyun 2011). "Uncharted Golden Abyss Delivers a Home Console Experience" Arxivləşdirilib 2019-10-31 at the Wayback MachineKotakuGawker Media. 2011-ci il may ayının 31-də alındı.
  5. Kolin, Moriyarti. "Uncharted: Fight For Fortune Unintentionally Announced" Arxivləşdirilib 2014-11-28 at the Wayback Machine. IGN. Alındı 2012-11-07.
  6. "Uncharted: Fight for Fortune turns up on Classification Board database" Arxivləşdirilib 2012-11-10 at the Wayback MachineVG247. Alındı 2012-11-07.
  7. Kolin Moriyarti. "Sony Unveils Uncharted: Fight For Fortune For PS Vita"IGN. Alındı 2012-11-19.
  8. "Uncharted: The Board Game" Arxivləşdirilib 2015-06-23 at the Wayback Machine.
  9. Karmali, Lyuk (4 iyun 2015). "Uncharted: The Nathan Drake Collection Confirmed With Release Date" Arxivləşdirilib 2019-09-12 at the Wayback MachineIGN. 2015-ci il iyun ayının 4-də alındı.
  10. "Arxivlənmiş surət". 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  11. "UNCHARTED: Fortune Hunter™" Arxivləşdirilib 2016-07-06 at the Wayback MachineiTunes. Apple. 2016-cı il may ayının 7-də alındı.
  12. "UNCHARTED: Fortune Hunter™" Arxivləşdirilib 2016-09-24 at the Wayback MachineGoogle Play. Google. 2016-cı il may ayının 7-də alındı.
  13. Coy, Esposito. "Comic-Con: Uncharted Comic to Debut - Comics News at IGN" Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine. Comics.ign.com. Alındı 2011-09-27.
  14. "Coming Soon: UNCHARTED: The Fourth Labyrinth and UNCHARTED from DC Comics – PlayStation Blog" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Blog.us.playstation.com. Alındı  2011-09-27.
  15. "UNCHARTED #1 (OF 6)" Arxivləşdirilib 2011-11-26 at the Wayback Machine. DC Comics.com. Alındı 2011-11-30.