Universal əsgər 4: Məhşər günü 3D (Universal Soldier 4: Day of Reckoning 3D) — Con Hyamsın rejissorluğu ilə 2012-ci ildə çəkilmiş olan Amerika döyüş filmidir.
Universal əsgər 4: Məhşər günü | |
---|---|
ing. Universal Soldier: Day of Reckoning | |
Janr | döyüş filmi[1][2][…], Neonuar, elmi-fantastika filmi[2][3], antiutopiya filmi[d] |
Əsas mövzu | qisas[d], klonlaşdırma |
Baş rollarda | |
İstehsalçı | Sony Pictures |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2012 |
Müddət | 114 dəq. |
Büdcə | 10.000.000 $ |
Gəlir | 1.402.307 $ |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Universal əsgər 3: Yenidən doğulma |
Rəng | rəngli |
IMDb | ID1659343 |
Film ilk dəfə 30 noyabr 2012-ci ildə nümayiş olunmuşdur.
Seriyanın üçüncü filmində sağ qalan əsgərlər Luk Deveruks (Jan-Klod Van Damm) və Endryu Skot (Dolf Lundqren) "Universal əsgərlər" tərəfindən idarə edilən yeni nizam üçün mübarizə aparmalıdırlar. Öz aralarındakı zəifləri aradan qaldırmaq üçün ölüm-dirim döyüşləri təşkil edirlər. Luk hökumət tərəfindən casus kimi istifadə edilən Universal əsgərləri bir araya gətirən bir kilsə yaratmışdır. Onun əsas məqsədi isə “Universal əsgərlər”in beyinlərinə həkk olunmuş olan uydurma xatirələri silmək və hökumətin hiylələrini üzə çıxardaraq “Universal əsgərlər”i azad etməkdir.Lakin Con (Skott Adkins) Lukun onu öz komandasına cəlb etmək cəhdlərinə müqavimət göstərir. Luk Conu xatirələrinin saxta olduğuna inandırmağa cəhd etsə də, bu onda alınmır. Conun yalançı xatirələrini silmək istəyən Luk və onun komandası Conun evinə basqın edərək onu komaya düşənə qədər döyürlər. Lakin hücum zamanı Conun arvadı öldürülür və bunun şahidi olan Con hücumun arxasında Lukun olduğunu başa düşür.Con xəstəxanada komadan çıxanda artıq yaddaşını itirmişdi. Özünü itirdiyini hiss edən Con həyatının hissələrini bir araya gətirməkdə çətinlik çəkir. Yaddaşı yavaş-yavaş bərpa olunduqca, o, sevimli həyat yoldaşı və qızının qatilini xatırlayır və ailəsinin intiqamını Lukdan almaq üçün hərəkətə keçir. Meşəlik ərazidə Lukun kiçik ordusunu axtarmağa başlayan Con, nəhayət Luku tapır. Lakin Luk onu inandırmağa çalışır ki, əslində onun ailəsi yoxdur və sadəcə olaraq hər şey onun beyninə əvvəlcədən yerləşdirilib. Con Luka inanmaqdan imtina edir və bununla da yalnız bir Universal əsgərin sağ qalacağı mübarizə başlayır. Universal əsgər seriyasının dördüncü filmi rejissoru Jan-Klod Van Damm (The Expendables 2, Kung Fu Panda 2, Universal Soldier), Dolf Lundqren (The Expendables 2, Universal Soldier), Skott Adkins (Undisputed III: Redemption, Assassination Games), Andrey Arlovski (keçmiş UFC Ağırçəkili Çempionu, Universal Soldier: Regeneration) və rejissor Con Hyamsı (Universal Soldier: Regeneration, Rank sənədli filmi, The Smashing Machine sənədli filmi, “NYPD Blue” seriyalı) yenidən birləşdirmişdir. Filmdə həmçinin Mariah Bonner (The Social Network) rol almışdır.
“Film sirr, hərəkət, psixoloji gərginlik və yaddaş itkisinin vəhdətidir. Film “Universal əsgər” seriyasını tam fərqli bir prizmadan, “Unisols”un gözü ilə başa salır. Serianın əvvəlki filmi Luk Deveruksun yoxa çıxması və Unisol texnologiyasının hələ də klounlaşdırma və gen mühəndisliyi üsullarından istifadə edərək ölən əsgərləri yenidən həyata qaytararaq onları döyüş maşınlarına çevirməsi həqiqəti ilə başa çatmışdır. Bu filmdəki hadisələr də özündən əvvəlki filmlərə oxşar olan bir kainatda baş versə də, eyni zamanda da, Unisol texnologiyasının daha yüksək səviyyədə olduğu bir dövrdə baş verir”.