Unknown Pleasures

"Unknown Pleasures" — İngilis rok qrupu Joy Division-un 15 iyun 1979-cu ildə Factory Records səsyazma studiyasında buraxılmış debüt studiya albomudur.[1] Üz qapağı rəssam Piter Savil tərəfindən radio pulsar siqnallarının təsvir planından istifadə etməklə yaradılmışdır.[2] Bu, solist Yan Körtisin sağ olarkən çıxan yeganə Joy Division albomudur.

Unknown Pleasures
Joy Division tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 14 iyul 1979
Janr Qotik rok
Müddət 2.301 san.
Dil ingilis dili
Prodüser Martin Hannett[1]

Factory Records Unknown Pleasures -dən heç bir sinql yayımlamadı, baxmayaraq ki qrupun alboma daxil olmayan debüt sinqlı "Transmission" uğur qazanmışdır. Bu albom post-punk janrının ən önəmli albomu kimi tarixə yazıldı, və NME, AllMusic, Select, Rolling StoneSpin kimi nəşrlər tərəfindən bütün zamanların ən yaxşı albomlarından biri olaraq seçildi.

Joy Division 1976-cı ildə Salfordda pank rokun ilk dalğası zamanı yarandı. Bernard Samner və Piter Huk 4 iyun 1976-cı ildə Mançester Kiçik Sərbəst Ticarət Zalında Sex Pistols qrupunun şousunda ayrı-ayrılıqda iştirak etmişdilər və hər ikisi qrupun sadəliyi, sürəti və aqressivliyini bəyənmiş və sevmişdilər. [3] Zərb alətində dostları Terri Meyson, gitarada Samner və basda Huk ilə qrup yaradaraq, vokalisti tapmaq üçün qəzetlərdə reklam yerləşdirdilər. Samner və Huk tanışları olan Yan Körtisə müraciət edərək qrupa dəvət etdilər. Qrup bir neçə dənə təbilçi dəyişdikdən sonra Stiven Morris 1977-ci ilin avqustunda, o vaxt Varşava adlanan qrupa, qoşuldu. Londonlu pank qrupu Varşava Paktı ilə çaşqınlığın qarşısını almaq üçün onlar 1977-ci ilin sonlarında özlərinin adını Joy Division etdilər. [4]

1978-ci ilin əvvəlində RCA Records ilə müqavilə imzaladıqdan sonra Joy Division bəzi demoları lentə aldı; lakin onlar musiqilərinin miksinqindən narazı qalıb müqavilənin ləğvini tələb etdilər. [3] [5] Qrupun ilk yayımı 1978-ci ilin iyununda özlərinin yazıb buraxdığı An Ideal for Living albomu idi. Onlar 1978-ci ilin sentyabrında Toni Uilsonun yerli xəbər şousu Granada Reports- da televiziya debütü etdilər. [6] Hukun sözlərinə görə, qrup çıxışlarından sonra Londondakı Genetic Records-dan £70,000 təklif alıb.[7]

Qapaq şəkli 80-ci illərdə, Joy Division-un sağ qalan üzvləri New Order qrupu olduqdan sonra, qot yığıncaqlarında qrupun pərəstişkarları ilə güclü şəkildə əlaqələndirildi. 21-ci əsrdə Joy Division pərəstişkar cəmiyyətindən kənarda belə ikonik bir obraza çevrilməyə başladı.

2012-ci ildə Disney korporasiyası Mikki Maus ilə köynək üçün albomun örtük şəklini istifadə etdi, bu zarafat kimi qəbul edildi, lakin ciddi təşəbbüs idi.[8] Savil təsvirin hər şeyə uyğunlaşma qabiliyyətini onun "hər baxımda babat və zor olamağı" olması ilə izah edir.[8]

Mahnı siyahısı

[redaktə | mənbəni redaktə et]

Bütün treklər Yan Körtis, Piter Huk, Siven Moris and Bernard Samner tərəfindən yazılmışdır

Side one (Outside)
BaşlıqMüddət
1."Disorder"3:36
2."Day of the Lords"4:48
3."Candidate"3:05
4."Insight"4:30
5."New Dawn Fades"4:48
Side two (Inside)
BaşlıqMüddət
6."She's Lost Control"3:56
7."Shadowplay"3:54
8."Wilderness"2:38
9."Interzone"2:16
10."I Remember Nothing"5:53
Ümumi müddət:39:28

Qrupun üzvləri

[redaktə | mənbəni redaktə et]

Joy Division

  • Yan Körtis — vokal
  • Bernard Samner — gitara, klaviatura
  • Piter Huk — bas gitara, "Interzone"da vokal
  • Stiven Moris — nağara, zərb alətləri

İstehsal

  1. 1 2 "Joy Division – discography". JoyDivisionOfficial.com. İstifadə tarixi: 13 February 2018.
  2. Weltevrede, Patrick. "Joy Division: 40 years on from 'Unknown Pleasures', astronomers have revisited the pulsar from the iconic album cover". The Conversation (ingilis). 18 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2019.
  3. 1 2 Ott, 2004
  4. Reynolds, 2009
  5. Gimarc, 2005
  6. Curtis, 1995
  7. "30 Years of Joy 1979–2009".
  8. 1 2 Lipez, Zachary. "How Joy Division's 'Unknown Pleasures' image went from underground album cover to a piece of cultural ubiquity". The Washington Post. 15 June 2019. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]