Uord-Hant adası (ing. Ward Hunt Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Kanadada Şimal Buzlu Okeanının Linkoln dənizində, Şimal Qütbündən 772 kilometr məsafədə yerləşir. Uord-Hant adasının sahəsi 22 km²-dir. Adada yaşayış yoxdur.
Uord-Hant adası | |
---|---|
ing. Ward Hunt Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 22 km² |
Uzunluğu |
|
Eni | 3,3 km |
Hündür nöqtəsi | 102 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
83°04′16″ şm. e. 74°11′04″ q. u. | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Kuttinirpaak Milli Parkında yerləşir. Burada hər biri 12 yerlik üç kazarma olan Parks Canada sahə stansiyası yerləşir. Stansiya ilə əlaqə qütb kontinental şelf layihəsinin dəstəyi ilə helikopterlər vasitəsilə həyata keçirilir. Stansiya yüksək enliklərdə su ekosistemlərinin (çaylar, göllər, buz rəfləri), günəş radiasiyasının və onlara iqlim dəyişikliyinin təsiri ilə bağlı tədqiqatlar aparır[1]. Adanın yaxınlığında 2000-ci ildə dağılmış Ellesmir buzlaqının bir hissəsi olan Uord-Hant şelf buzlağı yerləşir[2].