Ussuri çayı

Ussuri (Mancur dilində - Qara[1]) — Primorsk diyarıXabarovsk diyarı ərazisindən və Çinin Xeylunszyan vilayəti ərazisindən axır. Amur çayının sağ qolunu təşkil edir. Çay böyük məsafədə RusiyaÇin sərhəddindən keçir.

Ussuri çayı
ᡠᠰᡠᡵᡳ ᡠᠯᠠ
乌苏里江
река Уссури
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 1682 m
Mənsəbi Amur çayı
 • Yüksəkliyi 42 m
Uzunluğu km
Su sərfi 1.150 m³/s
Hövzəsinin sahəsi 193.000 km²
Ussuri çayı (Çin)
mənbəyi
mənsəbi
Ussuri çayı Rusiyanın fiziki xəritəsində:

43°44′02″ şm. e. 134°25′29″ ş. u.HGYO

48°16′25″ şm. e. 134°43′13″ ş. u.HGYO
DSR[rus.] 20030700212118100051424
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1972-ci ildə Ussuri çayı Arxipovka kəndinə qədər YanmutXouza (Yan-Mut-Xouza) adlanırdı. Sonra isə Verxnaya Breevka kəndinə qədər isə Sandaqao, buradan yuxarıya doğru isə Ulaxe adlanır. Ümumilikdə isə çay Ussuri adlandırılmışdır. Damansk adası konfliktindən sonra uzaq şərqdə yerləşən Çin dilində olan coğrafi obyektlərin adı dəyişdirilir[2][3][4][5]

Ussuri

Uzunluğu 897 km, hövzəsinin sahəsi 193 000 km² təşkil edir. Çayın mənbəyi Olqinski rayonu ərazisində yerləşir. Çayın mərkəzində çoxlu sayda kiçik adalar vardır.

Kazakeviçevi kəndi (Xabarovskiy rayonu) ərazisində dayaz Kazakeviçeva axarına tökülür. Burada isə axar Amur axarı adı altında Amur çayına tökülür. Xanka gölü ilə Ussuri çayını Sunqaça çayı birləşdirir. Çayın mərkəzində ən iri ada Kutuzov adasıdır.

Hindrologiyası

[redaktə | mənbəni redaktə et]

Çayın qidalanmasında 60 % yağış, 30-35% qar suları iştirak edir. Musson yağışlarının təsiri ilə yağıntılar əsasən mart-avqust ayları düşür. Orta illik sərfiyyat 143 m³/s təşkil edir. Noyabr ayında çay donur və aprel ayında isə donu açılır.

Sol qolları: Arsenevka, Draquçina, Sunqaça, Mulinxe, Naolixe.

Sağ qolları: Juravlevka, Böyük Ussurka, Bikin, Şivki, Bira, Xor, Kiya, Çirki.

Ussuri hövzəsində olan yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
  • Olqinski rayonu ərazisindən keçən hissədə sahilində yaşayış məntəqəsi yoxdur.
  • Çuquev rayonu: Topoleviy, İzvilinka, Arxipovka, Bulıqa-Fadeevo, Svetovka, Sokolovka, Novomixaylovka;
  • Bikinskiy rayonu: Pokrovka, Vasilevka, Lonçakovo;
  • Vyazemski rayonu: Vidnoye, Şeremetovo, Vinoqradovka, Venyakovo, Zabaykalski, Kukelevo;
  • Lazo adına rayon: Arquskoye, Nevelskoye;
  • Xabarovsk rayonu: Kazakeviçevo;

Çinə aid hövzədə Xutou və Jaoxe yaşayış məntəqələri vardır

Çaydan su təhcizatında istifadə edilir. Sahillərinfə meşə tədarükünü həyata keçirən zavod fəaliyyət göstərir. İstər Sovet istərsə Rusiya dönəmində gəmiçilikdə istifadə edilməmişdir.

Tarixi hadisələr

[redaktə | mənbəni redaktə et]
  • 1655-ci ildə avropalılar və onun başında Onufriya Stepanov çayın axarı ilə yuxarıya qalxmışlar.
  • 1969-ci ildə SSRİ və Çin arasında Damansk adası uğrunda konflikt baş vermişdir. 14 may 1991-ci ildə ada üzərində Çinin hakimiyyəti tanınır.
  1. "Бохайские топонимы и гидронимы Приморья и их идентификация с современными географическими названиями". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  2. "Постановление Совета Министров РСФСР № 753 от 29 декабря 1972 г." 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  3. "Указ Президиума Верховного Совета РСФСР от 26 декабря 1972 г. и Постановление Совета Министров РСФСР № 753 от 29 декабря 1972 г." (PDF). 2011-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-27.
  4. "В. К. Арсеньев. По Уссурийскому краю". 2007-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  5. Карта Приморского края, масштаб 1 : 1250000, Главное управление геодезии и картографии МВД СССР, 1958 год, отпечатана Новосибирской картографической фабрикой ГУГК, заказ № 66, тираж 17 500 экз. (цена карты 2 руб. 15 коп. «старыми» деньгами)