Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun sahəsi 4070 km² təşkil edir. Uzunluğu 95 km, orta dərinliyi 4,5 m, ən dərin yeri isə 10,6 m olan göldür.
Xanka gölü | |
---|---|
çin. 興凱湖, 兴凯湖, rus. Xaнка | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 68-70 m |
Eni | 45 km |
Uzunluğu | 90 km |
Sahil uzunluğu | 308 km |
Sahəsi | 4070 km² |
Həcmi | 18,3 km³ |
Dərin yeri | 10,6 m |
Orta dərinliyi | 4,5 m |
Yerləşməsi | |
45°01′00″ şm. e. 132°25′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölə 24 çay axır. Onlar arasında ən iriləri Melqunovka, İlistaya, Sunqaça, Komissarovka və Ussuri çaylarıdır. Gölün kənarında Turıy Roq, Novonaçalnik və Kamen-Rıbalov kəndləri yerləşir. Göldə Rusiya və Çinin təşkil etdiyi müştərək qoruq yaradılmışdır.
Delilin 1706-cı il xəritəsində gölün adı Xinqon olaraq keçir və ondan çay axır. Bu çay iki adla göstərilir — Usurou və Ousuri İ. М. Хаsii (alm. Johannes Matthiæ Hasii, (1684—1742) 1739-cı ildə yrrdiyi məlumatda göldən axan çayları Ousouri və Şur adlandırır.
De'Anvilin 1752-ci ildə tərtib etdiyi xəritədə Xinka adlandırılır və ondan artıq Sonqaçan çayı başlayır. XVIII əsr xəritəsində isə Qinka gölündən Uzuri çayı başlayır.
1861-ci ildə M. Popovun xəritəsibdə böyük göl «Kenqka» kiçik göl isə «Ai-Kenqka» adlandırılır.
1864-ci xəritələrində gölün adı «Xinkay (Sinkay)» olaraq keçir.
L.İ.Şkrenkin etnoqrafik xəritəsində böyük gölün adı «Xanka», kiçik gölün adı isə «Kiçik Xanka» olaraq keçmir.[1]
Araşdırmaçı, naturalist-səyyah Arsenev göl haqqında belə yazır:Gölün lyason sülaləsinin dönəmində Beysin-xay adlansada hazırda Xanka adlandırılır. Xanka adı „хаnхаy“ sözündən törəyib, mənası tökülmə yeri mənasını verir. Sonradan isə хаnхаy sözü ruslar tərəsindən təhrif edilərək Xankaya çevrilmişdir[2].
Xeylunszyan vilayəti və Primorsk diyarı ərazisində yerləşən sərhəd gölüdür. Gölün şimalı Çinə məxsusdur. Göl armudvari formaya malikdir. Gölün səviyəsi iqlim şəraitindən asılı olaraq dəyişir. Maksimal səviyə 5010 km², minimal isə 3940 km² olur. Gölün uzunluğu 90 km, mksimal eni isə 67 km təşkil edir. Gölə 24 çay tökülür. Bircə Sunqaça çayı göldən başlayır və Ussuri ilə birləşir. Ussuri isə öz növbəsində gölü Amur çayı ilə birləşdirir. Gölün orta dərinliyi 4,5 m təşkil edir. Ən dərin yeri 10,6 metrdir. Gölün suyu durğundur. Orta axın sürəti 1,94 km³ təşkil edir[3]
Gölün şimal hissəsində Kiçik Xanka gölündən qumlu burunlar ayrılır. Göl əsasən noyabrın ikinci yarısından aprelə kimi donur.
Xanka gölünün rəngarəng heyvan və bitki aləminə malikdir. 1990-cı ildə Xanka gölünün ərazisi də daxil olmaqla goruğun yaradılması haqqında qərar qəbul edilir. 1996-cı ildə isə Çin və Rusiya müştərək qoruğun yaradılması haqqında sənəd hər iki ölkə tərəfindən təstiqlənir.
Su-bataqlıq sahəsi unikaldır[4]. Xankada bir çox balıq və onurğasız növləri vardır ki, onlar endemikdirlər. Göldə 52 növ balıq yaşayır. Onların yarıya qədəri Çəkilərə daxildir. Sahillərində rəngarəng köçəri quşlar yuva qoyur.
Xanka gölü qədimdir. Onun suları və sahilləri balıq və quşlarla zəngindir. Onun qədim adlarında bir «Xankay-Omo» adıdır. Xankadan tutulan balıqlar hələ orta əsirlərdən Çin və Çjurçjen imperatorlarının süfrələrini bəzəyirdi.
1868-ci ildə burada Nikolay Prjevalski olmuş və ətraf ərazilərdə yaayılmış flora və fauna nümayəndələrini qeydə almışdır.
1902-ci ildə Vladimir Klavdieviç Arsenev ilk ekspedisiyasını gölün yerləşdiyi əraziyə təşkil etmişdir.
Xanka gölünün dayazlığı səbəbindən yaxınlıqdakı Yapon dənizinə nisbətən suyu daha tez qızır. Suyunun qulanıq olmasına baxmayaraq onda istirahət etmək istəyənlərin sayı kifayət qədərdir. Şərq sahilləri dayazdır. Dekək olar ki, çimərlikləri yoxdur. Sahillərini manqrov kolluqları basmışdır. Dabi narın qum və lildir. Qərb hissədən gölün digər saihili görünmədiyindən dənizi xatırladır. Yszın axırı yayın əvvəllərində gölə güçlü küləklər əsir. Yayda gölün ətrafı çiçəkləyir. Suyunun temperaturu +30° olur.