Uzurpasiya

Uzurpasiya (lat. usurpatio - yiyələnmək) — hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi. Bunun icraçısı isə uzurpator adlanır.

Dövlət idarəetmə formaları
redaktə

Hakimiyyətin bir qanadının digər qanadının səlahiyyətlərini uzurpasiya etmək, hakimiyyətin parçalanmasının qarşısının alınması cəhdi kimi qəbul olunur.

Tarixi xronologiyada Qədim Roma və Bizans imperatorları iki qrupa: qanuni imperatorlara və uzurpator imperatorlara bölünür. Roma papaları da bu prinsiplə qanunı papalara və antipapalara bölünürlər. Tarixdə qanuni hakimiyyətə çatmağın yolu sələf-xələf prinsipinə əsaslanır. Qanunsuz yol isə saray çevrilişlərinə, hökmdarın və xələfinin cismən yox edilməsinə, vətəndaş müharibəsi dalğası üzərində hakimiyyətə gəlmə prinsipinə əsaslanır. Parçalanmış dövlətdə bir neçə iddiaçı, ya rəqib hökmdar peyda olarsa, onda qalib gələn hökmdar bir növ "qanuni imperator", yerdə qalanlar isə uzurpator imperatorlar sayılırlar. Lakin istisna hallar da mövcuddur. Misal olaraq Flavi Yoann 423-425-ci illərdə Qərbi Roma imperatoru olsa da o, uzurpator kimi qəbul olunur.

Madem prenses olmak istiyosun, o zaman prenses gibi davranğ

m

V. O. Klyuçevski II Yekaterınanın ıqtıdarı uzurpasıya etməsini belə xarakterizə edirdi:

" Yekaterina hakimiyyəti ikiqat tutmuşdur: ərindən hakimiyyəti almış və onu yeganə xələfi olan oğluna ötürməmişdir[1]. "

Tiraniya (yun. τυραννίς tyrannís ) Antik dövrədə Yunanıstanda hökmranlıq forması, icraçısı isə tiran (zor gücünə hakimiyyətə gələnə, zülmkar) uzurpatorun ekvivalenti sayılır.

Aristotelə görə hökmranlıq sxemi
İqtidar
sayı
Legitim İllegitim
Tək başına Monarxiya Tiraniya
Qrupun iqtidarı Aristokratiya Oliqarxiya
Çoxluğun iqtidarı Politiya Demokratiya
  1. 1 2 Ключевский В. Курс русской истории. Лекция LXXVI
  2. 1 2 Liste der römischen Kaiser der Antike[ölü keçid]
  3. "2. Übung 5, Teil 2: Die politisch-publizistische Kampagne Caesars zur Rechtfertigung seiner gegen die traditionelle römische Verfassung gerichteten Usurpation i. J. 49 v. Chr". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  4. Usurpation Gaius Iulius Caesar
  5. "Gaius Julius Caesar Octavianus Augustus" (PDF). 2021-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-04-04.
  6. Usurpationen in der Spätantike: Akten des Kolloquiums "Staatsstreich und ...
  7. "Еще французские просветители, для которых Август был узурпатором и душителем республики, отзывались о нем резко отрицательно". 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  8. "The Emperor Diocletian". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  9. "Eugenius, Flavius, Usurpator 392-394". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  10. Zustand des russischen Reiches und Beziehungen desselben zu den Nachbarstaaten bei Katharinas Regierungsantritt
  11. "власти"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-05.
  12. Napoleon and English Romanticism
  13. "Русским войскам, освободившим Париж от узурпатора Наполеона, установят 3 памятника во Франции". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.