Vüqar Rauf oğlu İbrahimov (10 may 1973, Xaçmaz, Vartaşen rayonu – 28 iyun 1992, Ağdam rayonu) — Qarabağ müharibəsinin şəhidi.
Vüqar İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyun 1992 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Oğuz Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | ? / 1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Vüqar İbrahimov 10 may 1973-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Xaçmaz kənd orta məktəbini bitirmişdir.
Hərbi xidmətini Sovet Ordusu sıralarında Ukraynada xidmət etmişdir. Vüqar vətəninə, torpağına çox bağlı idi. 1990-cı ilin 20 Yanvar hadisələri baş verərkən o qəzəbindən yumruğunu divara elə vurubmuş ki, uzun müddət ağrısını çəkibmiş. Uşaqlıqda "böyüyəndə kim olacaqsan? sualına "qəhrəman olacam" cavabını verən Vüqar 1992-ci ilin aprelin 14-də Azərbaycan Silahlı Qüvvələrinə xidmətə getmişdir. O, Ağdamın Abdal Gülablı, Dəhra, Qaraqaya kəndləri uğrundakı döyüşlərdə döyüşmüş, düşmənə zərbələr endirmişdir. Ağdərə uğrunda gedən döyüşlərin birində ayağından yaralanmışdır. Döyüşçü dostları onu qospitala göndərmək istəmişlər. Lakin o bundan imtina etmiş, döyüşü davam etdirmişdir. Vüqar İbrahimovun Ağdam rayonunun Papravənd kəndi uğrundakı döyüşlərdə gülləsi qurtarır. O, düşmənlə əlbəyaxa döyüşə atılır və xeyli döyüşür. Vüqar İbrahimov 1992-ci ilin iyun ayının 28-də şəhidlik zirvəsinə yüksəlmişdir. Oğuz Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhidin adı əbədiləşdirilmiş, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbinə Vüqar İbrahimovun adı verilmişdir.