Vüqar Fikrət oğlu Sarıyev (26 noyabr 1990, Amankənd, Puşkin rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vüqar Sarıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 noyabr 1990 |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2020 (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2016-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Vətən Müharibəsi • Murovdağ döyüşləri • Suqovuşan döyüşü • Cəbrayıl uğrunda döyüşlər • Füzuli uğrunda döyüşlər • Laçın uğrunda döyüşlər • Talış kəndi uğrunda döyüşlər |
Təltifləri |
Vüqar Sarıyev 26 noyabr 1990-cı ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsilini almışdır. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı.[1]
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. İkinci Qarabağ müharibəsinə də elə burdan qatılıb.[1]
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]