Vüsal Qasımlı

Vüsal Əfras oğlu Qasımlı (7 aprel 1975, İmişli) — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru,[1] iqtisad elmləri doktoru, professor.

Vüsal Qasımlı
Vüsal Əfras oğlu Qasımlı
Doğum tarixi 7 aprel 1975(1975-04-07) (49 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüsal Qasımlı 1975-ci il aprelin 7-də İmişli şəhərində anadan olmuşdur.

İmişli şəhər 34 saylı məktəbi bitirdikdən sonra 1993-cü ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Vüsal Qasımlının ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan aldığı jurnalistika üzrə magistr dərəcəsidir.

Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir. 2013-cü ildə Vüsal Qasımlıya dosent və 2021-ci ildə isə Prezident yanında Dövlət idarəçilik Akademiyasının professoru [2] elmi adları verilmişdir.

Vüsal Qasımlı 2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarəedilməsi” mövzusunda rəhbər kadrların hazırlanması proqramı üzrə məzun olmuşdur.

Vüsal Qasımlı 2022-2023-cü illərdə Oxford Universitetində "Strategiya və innovasiya üzrə" birillik proqramda oxuyaraq magistr səviyyəli “postgraduate” diplom almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 2005-2007-ci illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olmuşdur. 2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışmışdır.

2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2015-ci ildə Vüsal Qasımlı Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil etmişdir.

O, 2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olmuşdur.

Vüsal Qasımlı 2016-cı ilin may ayının 2-dən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılmış[3] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorudur.

Vüsal Qasımlı 2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının koordinatoru təyin olunmuşdur.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" hazırlanmasında yaxından iştirak etmişdir. V.Qasımlının icraçı direktor olduğu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrin hazırlanması üçün 400 nəfər xarici və yerli ekspertin çalışdığı bir platformaya çevrilmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport, Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan.com və Bir Pəncərə İxraca Dəstək Mərkəzi kimi layihələrin həyata keçirilməsini təmin etmişdir.

Vüsal Qasımlı "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının əsasında yaradılmış hökumət komissiyasının üzvüdür[1].

Milliyətcə azərbaycanlıdır. Ailəlidir və üç övladı var.

Elmi və tədris fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir.

2013-cü ildə Vüsal Qasımlıya dosent elmi adı verilmişdir.

2010-2014-cü illərdə V.Qasımlı UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub.

V.Qasımlı Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun HanyanHankuk universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxumuşdur.

2013-cü ildə V. Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışmışdır.

Vüsal Qasımlı 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor kimi çalışır.

Onun Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var.

Vüsal Qasımlının 10 kitabı Azərbaycanda, Türkiyədə, Almaniyada və İtaliyada nəşr edilmişdir.

  • "İqtisadi artım". 2021-ci ildə nəşr edilən “İqtisadi artım” kitabı nəzəri-konseptual və praktik məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyələri təqdim edir. Kitab Pakistan İnkişaf İqtisadiyyatı İnstitutu (PIDE), Özbəkistan Prezidenti yanında İqtisadi İslahatların Təhlili Mərkəzi və ADA universitetində təqdim olunub. Kitaba Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərslik statusu verilib[4].
  • "Geoeconomics"[5][6]. 2015-ci ildə Vüsal Qasımlının müəllif olduğu "Geoiqtisadiyyat" kitabı ingilis dilində işıq üzü görüb. Müəllif ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilmişdir. Kitab 11 fəsildən ibarət olub dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunmuşdur. "Geoeconomics" kitabı dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Kitab haqqında rəy yazan London Kral Məktəbinin professoru Friedbert Pflüger V.Qasımlının özünəməxsus şəkildə geoiqtisadiyyat konsepsiyasını yaratdığını vurğulamışdır. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə "Geoiqtisadiyyat" kitabını "yeni klassika" adlandırmışdır. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də "Geoiqtisadiyyat" kitabını qloballaşma dövründə strateqlər üçün "yol xəritəsi" olaraq səciyyələndirmişlər. Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri Prezident yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Geoiqtisadiyyat" kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyə etmişdirlər. "Geoiqtisadiyyat" kitabı həm də Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çap olunmuşdur. "Geoiqtisadiyyat" kitabının ilk təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində keçirildikdən sonra nəşrin dünyanın aparıcı beyin mərkəzləri və universitetlərində təqdimatları olmuşdur. Hazırda "Geoiqtisadiyyat" kitabı dünyanın aparıcı universitetlərinin və beyin mərkəzlərinin (Oksford, Kembric, Çikaqo, Anadolu və s. universitetlər) kitabxana fonduna daxil edilib.
  • "İqtisadi modernizasiya"[7]. Vüsal Qasımlı tərəfindən hazırlanmış "İqtisadi modernizasiya" kitabı 2014-ci ildə çap olunmuşdur. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi xüsusiyyətləri öyrənilmiş, istehsalın modernləşdirilməsində əmək qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi tədqiq olunmuşdur. "İqtisadi modernizasiya" kitabı sənaye ilində bu sahədə ilk fundamental tədqiqat işi oldu. Monoqrafiyanın unikallığı ondadır ki, əsər iqtisadiyyatın mikro, makro, mezo və qlobal səviyyələrində modernizasiyanı axıcı ardıcıllıqla əhatə edir və sənaye-aqrar-xidmət üçbucağını induksiya-deduksiya metodu ilə araşdırır.
  • "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya"[8]. 2013-ci ildə V.Qasımlının Almaniyada ingilis dilində "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyası nəşr edilmişdir. "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyada müəllif Azərbaycan təcrübəsindən çıxış edərək resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönümlü inkişafını təhlil edir. Nəşrdə Azərbaycanın yoxsulluq və orta gəlir tələsindən yan keçərək iqtisadi inkişafı ölkə Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilir. Xüsusilə, diversifikasiya çağırışlarını təhlil edən V.Qasımlı institutsional, ixrac, regional, məhsul və xidmət istehsalı üzrə şaxələndirmə siyasəti sahəsində nəzəri-praktik təkliflərini verir. Azərbaycan və Cənubi Koreyanın iqtisadi inkişaf yollarının müqayisəli təhlilini verən kitab təkcə Azərbaycan deyil, Çili, Malayziya, Hindistan və başqa sürətlə inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər.
  • Yaşıl inkişaf: Enerji səmərəliliyi və alternativ mənbələr. Kitab ölkədə enerji istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə bilər. Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması, enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti olan bir elmi araşdırmadır. Bu araşdırmada enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət təhlil edilir: mövcud olan mənbələrindən daha səmələri istifadə və yeni alternativ enerji mənbələrin səfərbər edilməsi yolları. Bu məlumatlar həm bütövlükdə ölkə üçün, həm də ölkənin fərqli regionları üçün ayrıca verilib. Göstərilən bilgilər bu səpkidə ilk dəfə təqdim olunub. Belə təqdimatın üstünlüyü ondadır ki, həmin bilgilərdən enerji istifadəsi üçün bilavasitə regional proqlamların tərtibi və eyni zamanda iqtisadiyyatın hər hansi bir sahəsinin inkişafının planlaşdırılması zamanı istifadə edilə bilər. Kitabdakı məlumatlar Azərbaycanın hazırkı inkişaf mərhələsinin məqsədi olan sənayeləşdirmə prosesində enerjidən daha səmərəli istifadə, həmçinin enerji səmərəliliyinin idarə edilməsi sahəsində insan potensialının formalaşdırılması üçün əhəmiyyətli vasitədir. Əsərdə davamlı inkişafın yol xəritəsi, külək, günəş resursları xəritələri, yaşıl iqtisadiyyat üzrə əsas qurumlar və onların fəaliyyət istiqamətlərinin təsvirinə geniş yer verilib. Həmçinin mövcud beynəlxalq təcrübənin təhlili, eyni zamanda elmi analizlər üçün əvəzsiz mənbə olan və həm dünya, həm də Azərbaycan miqyasında göstərilən istiqamətlərdə durumu, olduqca önəmli statistik bilgiləri əks etdirən cədvəllər, aparılan müqayisələr əsərin həm elmi, həm də praktiki əhəmiyyətini daha da artırır və insan potensialının inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu bilgilər Azərbaycanda həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri ilə əlaqəli şəkildə təqdim edilmişdir.
  • Российско-Азербайджанские отношения за 20 лет - 1991-2011, История и Перспективы. Kitabı Vüsal Qasımlı Rusiya Strateji Araşdırmalar Mərkəzinin alimləri ilə birlikdə hazırlayıb. Nəşrdə müəlliflər Rusiya ilə Azərbaycan arasında ictimai-siyasi, iqtisadi, humanitar və energetika sahələrində əlaqələrə dair təhlillər aparıblar.
  • "Yaşıl iqtisadiyyat" kitabı Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 25 fevral 2022-ci il tarixli (protokol № 05) qərarına əsasən nəşrə tövsiyə edilmişdir. Monoqrafiyanın giriş hissəsini V.Ə.Qasımlı, birinci bölməsini C.R.Cəfərov, ikinci bölməsini A.B.Bayramova, üçüncü bölmənin birinci fəslini R.Z.Hüseyn, ikinci fəslini R.B.Həsənov və üçüncü fəslini R.F.Hüseynov yazmışdır. Hazırda "yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini ifadə edir.

Bu monoqrafiya multidisiplinar və çoxölçülü yanaşma əsasında “yaşıl iqtisadiyyat”ı izah edir. Müəlliflər, ilk növbədə, qlobal trendləri və perspektivləri təhlil etməklə, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafının magistral xəttini müəyyənləşdirməyə çalışmışlar. Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat” məsələlərinin elmi cəhətdən araşdırılmasını özündə ehtiva edən ilk əhatəli tədqiqat əsəridir. Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr faydalana bilərlər[9].

V.Qasımlı Azərbaycan, ingilis, rus, türk və ispan (elementar səviyyədə) dillərini bilir.

  • 2012-ci ildə — Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatı.
  • 12 noyabr 2018 — Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqləndiyinə görə Vüsal Qasımlını "Tərəqqi medalı" ilə təltif etmişdir.[10].
  • Vüsal Qasımlı Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi medalı ilə təltif edilib [11]
  1. Gasimli Vusal, Exploring economic diversification in Azerbaijan, The Building State Capability (BSC) program at Harvard University’s Center for International Development
  2. Gasimli Vusal, Vusala Jafarova, THE REAL EQUILIBRIUM EXCHANGE RATE IN A COMMODITY-EXPORTING ECONOMY: THE EXPERIENCE OF AZERBAIJAN, Science, Technologies, Innovations №2(18) 2021, 25-38 p
  3. Gasimli Vusal Afras, THE IMPACT OF SOME KEY FACTORS ON LABOUR PRODUCTIVITY IN EUROPEAN COUNTRIES, J. Ponte - Jan 2019 - Volume 75 - Issue 1, doi: 10.21506/j.ponte.2019.1.1, Italia, 2019
  4. Gasimli V.A., Azerbaijan Economy: Diversification in lens of Modernization, Annual Report 2013, Korea Institute for International Economic Policy, Seoul, Korea, December 2013.
  5. Вусал Гасымлы, Азербайджано-корейское экономическое сотрудничество, 20th Anniversary of the Establishment of Diplomatic Relations between Korea and Central Asia and New Ways for Economic Cooperation, KIEP, Seoul, 2012, cтр. 163-169.
  6. Vusal Gasimli, The Azerbaijan's Sustainable Economic Development: The Causality Relationship Between Economic Growth and Labor Productivity, Economic Reform and Open Economic Policy of Central Asia and Azerbaijan: Exploring Measures to Expand Korea - Central Asia - Azerbaijan Economic Cooperation, KIEP, Seoul, 2013, pp. 3–14.
  7. Vusal Gasimli, Food Security of Azerbaijan: Geo-Economic Approach, İpək yolu, 1, 2013, Azərbaycan Universiteti, Bakı, pp. 10–13.
  8. Гасымлы В.А., Модернизация сельского хозяйства Азербайджана, Elmi Əsərlər, 4, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Bakı-2012, стр.172-176.
  9. Qasımlı V.Ə., Aqrar sahənin modernləşdirilməsində İKT-nin rolu, Elmi Əsərlər, 1, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Bakı-2012, s.37-40.
  10. Vusal Gasimli, Modernization of Agriculture in Azerbaijan, Journal of Central Asian Economies, Vol.4, No. 1, June 2013, Seoul, Korea, pp. 17–32.
  11. Qasımlı V.Ə., Aqrar sahədə investisiya və əmək resurslarının tənzimlənməsinin iqtisadi-riyazi əsasları, AMEA-nın Xəbərləri, İqtisadiyyat Elmləri Seriyası, 3, Bakı-2009, s. 81-83.
  12. Vusal Gasimli, Modernization of Azerbaijani Economy, Journal of Central Asian Economies, Vol.3, No. 2, December 2012, Seoul, Korea, pp. 23–38.
  13. Vüsal Qasımlı, Müstəqil Azərbaycanın xarici investisiya imkanları, İpək yolu, 3, 2012, Azərbaycan Universiteti, Bakı, s.41-48.
  14. Qasımlı V.Ə., Aqrar sektorda investisiya qoyuluşu: modernləşmə istiqamətləri, AMEA-nın Xəbərləri, İqtisadiyyat Elmləri Seriyası, 2, Bakı-2012, s. 185-191.
  15. Qasımlı V.Ə., Azərbaycanın ərzaq təhlükəsizliyi: Qlobal ərzaq bahalaşması perspektivində, Elmi Əsərlər, 1, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Bakı, 2011, s.37-40.
  16. Qasımlı V.Ə., Enerji səmərəliliyi və modernizasiya siyasəti, Elmi Əsərlər, 3, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Bakı-2012, s.24-28.
  17. Qasımlı V.Ə., Aqrar sahənin modernləşdirmə məsələləri, AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Əsərləri, 2, 2012, Bakı, s.247-251.
  18. Qasımlı V.Ə., Aqrar sahədə modernləşdirmənin iqtisadi mexanizmləri, AMEA-nın İqtisadiyyat İnstitutunun "Elmi əsərlər" jurnalı, 4, Bakı, 2013.
  19. Qasımlı V.Ə., Aqrar modernləşdirmənin əsas xüsusiyyətləri, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Elmi Əsərlər, 2, Bakı-2013, s.85-90.
  20. Gasimli Vusal Afras ogly, Economic Diversification Leads to Modernization in Azerbaijan, "Azərbaycanın vergi jurnalı", 4, 2013, Bakı.
  21. Qasımlı V.Ə., İqtisadi modernizasiyanın nəzəri-metodoloji əsasları, Strateji təhlil, 7, 2013, s.17-29.
  22. Gasimli Vusal, The Impact of Some Key Factors on Labour Productivity
  23. Qasımlı V.Ə., Aqrar sahədə tədqiqat və işləmələr, "Kooperasiya" elmi-nəzəri jurnal, 4 (31), 2013, Bakı, s.77-82.
  24. Qasımlı V.Ə., Azərbaycanın ixrac strategiyasının konseptual əsasları, 1 (2), 2011, Bakı, s.223-239.
  25. Qasımlı V.Ə., Aqrar sahənin modernləşdirilməsi: Dünya təcrübəsinin Azərbaycanda tətbiqi imkanları, "Aqrar iqtisadiyyatın aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları, Az.ETKTİ və Tİ, Bakı-2012, s.248-250.
  26. Qasımlı V.Ə., Müstəqil Azərbaycanın xarici investisiya imkanları, "Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri" mövzusunda beynəlxalq konfrans, Azərbaycan Universiteti, Bakı-2011, s.41-45.
  27. Qasımlı V.Ə., Ərzaq təhlükəsizliyinin təmin olunmasında ekonometrik üsulların tətbiqinin əhəmiyyəti, İnnovasiyalı kənd təsərrüfatı istehsalının formalaşdırılması problemlərinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları, Bakı-2010, s.189-191.
  28. Гасымлы Вусал, Азербайджан: Источник Европейской энергетической безопасности, журнал "Rurociagi", Vol. 2, No 66, Польша-2012, с.41-42.
  29. Gasimli Vusal, The Middle Class in Azerbaijan: The Result and Driving Force of Transformation, 3rd Think Tank Forum OIC Member States, 2-3 March, 2012, pp. 133–137.
  30. Gasimli Vusal, Resource-rich Countries: Modernization and Diversification -kitab, Germany, 2013.
  31. Qasımlı V. (həmmüəllif), İran-Ermənistan münasibətləri: Geosiyasi reallıq versus siyasi iddialar - kitab, Bakı, 2011.
  32. Гасымлы Вусал (соавтор), Российско-Азербайджанские отношения за 20 лет - 1991-2011, История и Перспективы - kitab, Российский Институт Стратегических Исследований (РИСИ) и ЦСИ, Баку, 2011.
  33. Gasimli Vusal (co-author), Iran-Armenia Relations: Geoplotitical Reality versus Political Statements - kitab, Baku, 2011[12]
  34. Qasımlı Vüsal, İqtisadi modernizasiya - kitab, Bakı, 2014.
  35. Qasımlı Vüsal (həmmüəllif), Yaşıl inkişaf: Enerji səmərəliliyi və alternativ mənbələr - kitab, Çaşıoğlu, Bakı, 2014.
  36. Gasimli Vusal, Geo-economics - kitab, Ankara, 2015.
  37. Gasimli Vusal, Azerbaijan Seeks New Long-Run Equilibrium Amidst Post-Devaluation Financial Turmoil. In: "Eurasia Daily Monitor" volume: 13, issue: 15, The Jamestown Foundation, ABŞ, 22 yanvar 2016[13]
  38. Gasimli Vusal, Azerbaijan's policy toward Eurasin Economic Integration and Implications. Measures to Enhance Korea-Central Asia Cooperation in the Changing Eurasian Economic Order, Korea, 31 March 2016, pp105–135.
  39. Gasimli Vusal, The South Caucasus Between integration and fragmentation, European Policy Center, 2015,[14]
  40. Vusal Gasimli, Ayaz Museyibov, Sustainable Peace and Economic Integration in the South Caucasus: The Rising Role of the Zangezur Corridor, Bundesheer - Wissenschaftliche Publikationen - Sustainable Peace and Economic Integration in the South Caucasus: The Rising Role of the Zangezur Corridor
  1. 1 2 "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Arxivləşdirilib 2020-08-01 at Archive.today Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli, 2199 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. "Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının əməkdaşları" (az.). dia.edu.az. İstifadə tarixi: 7 noyabr 2022.
  3. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Arxivləşdirilib 2017-04-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  4. "Arxivlənmiş surət" (PDF). 2021-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-28.
  5. Geoeconomics, Vusal Gasimli
  6. Geoeconomics. revolvy.com
  7. "Sənaye ilinə dair ilk elmi əsər". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  8. "Resource-rich Countries: Modernization and Diversification: The case of Azerbaijan". 2013-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  9. [chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://ereforms.gov.az/files/publications/pdf/az/b87cb7433650a8abbc72f0324cc1fd71.pdf]
  10. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında" Arxivləşdirilib 2020-12-05 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  11. "Vüsal Qasımlı Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi medalı ilə təltif edilib" (az.). ereforms.gov.az. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2022.
  12. "Gasimli Vusal (co-author), Iran-Armenia Relations: Geoplotitical Reality versus Political Statements - kitab, Baku, 2011". 2013-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  13. "Gasimli Vusal, Azerbaijan Seeks New Long-Run Equilibrium Amidst Post-Devaluation Financial Turmoil. In: "Eurasia Daily Monitor" volume: 13, issue: 15, The Jamestown Foundation, ABŞ, 22 yanvar 2016". 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  14. http://www.academia.edu/33562845/Turkeys_Role_in_the_South_Caucasus

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]