İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır.[1]

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 20 aprel 2016
Tabelik Prezident
Ünvan AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16.
Rəhbərlik
Rəhbər Vüsal Qasımlı

Rəsmi saytı ereforms.gov.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb[2].

1. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsinə və

sahibkarlığın inkişafına töhfə vermək;

2. Strategiya, dövlət proqramları, tədbirlər planları, yol xəritələri və digər dövlət

əhəmiyyətli tapşırıqların icrasının monitorinq və qiymətləndirməsini həyata keçirmək və

bu prosesi daha da təkmilləşdirmək;

3. Makro və mikro iqtisadi səviyyələrdə təhlil və tədqiqatlar aparmaq, müvafiq

proqnozlar hazırlamaq;

4. Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artmasına töhfə vermək;

5. İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin

təbliğini və kommunikasiyasını təşkil etmək.[3]

İstiqamətləri

[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir:

  1. İqtisadi təhlil;
  2. Monitorinq və qiymətləndirmə;
  3. İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.

1. Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin

səmərəli əlaqələndirilməsini;

2. Mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və

innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini;

3. Mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli

istifadəni, həmçinin bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini təmin

etmək.[4]

İdarə olunması

[redaktə | mənbəni redaktə et]

Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur.

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]

20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Prezident İlham Əliyevin tapşırıqları əsasında İİTKM 12 strateji yol xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və s. sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icracı barədə “böyük verilənlər bazası” – “Big Data” yaranır. Öz növbəsində “Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə cənab Prezidentin tapşırığı əsasında strateji yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 nəfər ekspert cəmlənmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir. İİTKM-in təqdim etdiyi Azranking.az və Monitoring.az platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinqdi və yeni monitorinq yeni islahat deməkdir. Faktiki olaraq İİTKM-də islahatların “həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılmışdı. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-a yaxın internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. Digər tərəfdən isə İİTKM-in yerli və beynəlxalq miqyasda təşkil etdiyi və qoşulduğu tədbirlərdə islahatların kommunikasiyası uğurla həyata keçirilir. İslahatların kommunikasiyasında iki vacib hədəf var:

  1. Mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaq;
  2. Əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən “islahat gündəliyi”nin formalaşmasında istifadə etmək.

Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: İslahat-Monitorinq-Kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azranking.az, Monitoring.az,Enterpriseazerbaijan.com və Azerp.az.

Müşahidə Şurasının sədri:

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Baş naziri

Müşahidə Şurasının üzvləri:

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
  • Azərbaycan Respublikasının iqtisadiyyat naziri
  • Azərbaycan Respublikasının maliyyə naziri
  • Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
  • Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

İcraçı direktor

[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru iqtisad elmləri

doktoru, professor Vüsal Qasımlıdır.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri

aşağıdakılardır.

1. Monitorinq və qiymətləndirmə;

2. İqtisadi təhlil və strateji planlaşdırma;

3. İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.

1. Monitorinq və qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

Monitorinq və qiymətləndirmə (MQ) İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biridir və Mərkəz bu sahə üzrə ixtisaslaşıb. Qurum yarandığı gündən bu günə kimi islahat və koordinasiya tədbirləri ilə yanaşı, öz səlahiyyətləri çərçivəsində dövlət başçısının tapşırığı, eləcə də ayrı-ayrı dövlət qurumlarının sifarişləri əsasında strategiyalar, dövlət proqramları, yol xəritələri və digər tədbirlər planlarının icra vəziyyətlərinin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Mərkəz bu vəzifəni beynəlxalq təşkilatların tövsiyələrindən, habelə innovativ həllərdən, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT strukturları və digər beynəlxalq təşkilatların monitorinq və qiymətləndirmə sahəsində uğurlu təcrübələrindən faydalanmaqla icra edir. İİTKM dövlət idarəetməsinin rəqəmsallaşdırılmasına elektron monitorinq portalı (monitoring.gov.az) ilə töhfə verir, monitorinq və qiymətləndirmə prosesində ən son innovativ və rəqəmsal həlləri tətbiq edir.

2. İqtisadi təhlil və strateji planlaşdırma

[redaktə | mənbəni redaktə et]

İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biri müvafiq analitik məlumatlar əsasında davamlı və genişmiqyaslı araşdırmalar aparmaq və bu araşdırmalar əsasında aidiyyəti dövlət qurumlarına təhlil, proqnoz və təkliflər verməkdir. Bu funksiyanı yerinə yetirmək üçün Mərkəzdə Strateji planlaşdırma və İqtisadi təhlil şöbələri fəaliyyət göstərir. Əsas təhlil obyekti kimi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasət tədbirləri və onların təsirləri çıxış edir. Mərkəzin müvafiq struktur bölmələri tərəfindən Azərbaycan dövlətinin əldə etdiyi iqtisadi uğurlar, bu uğurlara aparan dinamika təhlil edilir, strateji hədəflərə çatmağın yolları planlaşdırılır, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması - əldə edilən nailiyyətlərin təbliği həyata keçirilir. Bu məqsədlə media kanallarında və müvafiq elmi-publisistik platformalarda çıxışlar edilir, məqalələr yayımlanır. O cümlədən, müvafiq elm və tədris müəssisələri ilə birgə əməkdaşlıq şəraitində aktual istiqamətlərdə dərsliklər və dərs vəsaitləri hazırlanır, konfranslar təşkil edilir.

Mərkəzin tabeliyindəki portallar və qurumlar

[redaktə | mənbəni redaktə et]

“Monitoring.gov.az”

[redaktə | mənbəni redaktə et]

Portalın yaradılmasının əsas məqsədi strategiyalar, yol xəritələri, dövlət proqramları və tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasındakı kommunikasiya məsafəsini azaltmaq; monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır. “monitoring.gov.az” portalı strategiyaların, dövlət proqramları və tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində “Böyük Verilənlər” (Big Data) bazası formalaşdırır.

Bir Pəncərə və İxraca Dəstək Mərkəzi

[redaktə | mənbəni redaktə et]

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradılıb.

İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, səmərəli, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır. Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində 7 dövlət qurumu xidmət göstərir:

  • İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunan məhsulun mənşə ölkəsini təsdiq edən mənşə sertifikatı;
  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ixrac olunan yeyinti məhsullarına idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğun olan qida təhlükəsizliyi sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar, heyvan və heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələri məhsullarına isə beynəlxalq baytarlıq sertifikatı verilir. Bundan başqa, qida sahəsində fəaliyyət göstərən sahibkarların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi də AQTA tərəfindən reallaşdırılır;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nadir və kökünün kəsilməsi təhlükəsiolan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün CITES beynəlxalq icazə sertifikatı;
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini məzmunlu ədəbiyyatın, audio, video materialların ixracı ilə bağlı icazə sənədi;
  • Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin (xalça və xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları) ixracı zamanı mədəni sərvəti mühafizə şəhadətnaməsi;
  • Azərbaycan Standartlaşdırma İnstitutunun təqdim etdiyi uyğunluq sertifikatı;
  • Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyi tərəfindən ixracatçı sahibkarlara deklarasiyaların doldurulması ilə bağlı dəstək verilir.

“Azexport” portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. İndi sahibkarların öz yerli məhsullarını 150-ə yaxın ölkədə fasiləsiz tanıtmaq imkanı var. Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir. Azexport ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dəstək göstərir. “Azexport” portalının “Amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan 15-dən artıq portala inteqrasiya olunması Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artırır, onların satış əhatəsini genişləndirir.

Rəqəmsal Ticarət Qovşağı

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal Ticarət Qovşağı (dth.az) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağı ölkədə elektron ticarətin infrastruktur bazasının daha da inkişaf etdirilməsi və Azərbaycan Respublikasının regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi məqsədi ilə yaradılmış elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır. DTH Azərbaycan dövləti tərəfindən yaradılan sərhədlərarası kağızsız ticarətin aparılması və məsafədən biznes əməliyyatlarının təqdim edilməsi üçün rəqəmsal resursdur. Qovşaq dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi və m- Rezidentlik (mobil) təqdim edib. DTH vasitəsilə həm əcnəbi vətəndaşlar, həm də yerli ixracatçılar öz tərəfdaşları ilə vahid platforma üzərindən əməliyyatlar apara bilərlər.

Enterprise Azerbaijan

[redaktə | mənbəni redaktə et]

“Enterpriseazerbaijan.gov.az” portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb. Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək,  portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.

“Azranking.az” portalı “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın elektron idarəetmə platformasıdır. Dövlət-biznes dialoqu platforması olan portal Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkilini, həmçinin daxili məlumatların və müvafiq sənədlərin mübadiləsini həyata keçirir. Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən Azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə, eləcə də reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur. Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin edir.

Türk Dünyası Araşdırmalar Mərkəzi

[redaktə | mənbəni redaktə et]

İİTKM-in nəzdində 2023-cü ilin fevral ayında təsis olunmuş Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) missiyası türk dünyasında iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir. TDAM-ın fəaliyyət istiqamətləri:

1. “Türk Dünyası 2040 Vizyonu”.

2. “Türk Dövlətləri Təşkilatının 2022-2026 Strategiyası”.

3. Azərbaycan Respublikasının iqtisadi siyasəti çərçivəsində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq;

4. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələri səviyyəsində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində elmi-analitik yanaşmalar ortaya qoymaq, həmçinin təklif, proqnoz və tövsiyələr hazırlamaq.

İİTKM iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə kitablar - dərslik və monoqrafiyalar hazırlayır.

1. Yeni Qarabağnamə

2. İqtisadi artım

3. Yaşıl iqtisadiyyat

4. Rəqəmsal iqtisadiyyat

5. Türk dövlətləri iqtisadiyyatı

6. İnnovasiya və sahibkarlıq: startap ekosistemi

7. İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri

8. Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı: qloballaşmanın çağırışları və inkişaf imkanları

9. Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyası

10. Azərbaycanda “Monitorinq və qiymətləndirmə: 2016-2021”

“İqtisadi islahatlar” elmi-analitik jurnalı

[redaktə | mənbəni redaktə et]

3 dildə (Azərbaycan, rus və ingilis) çap olunan jurnal ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatların, habelə orta və uzunmüddətli dövrdə proqnozların müzakirəsi üçün platforma kimi çıxış edir.

İİTKM-in balansında hər bir layihənin daimi sosial media hesabı da daxil olmaqla, ümumilikdə 27 rəqəmsal resurs var. Bu resurslar vasitəsilə ümumilikdə 30 min nəfərə

yaxın istifadəçi Mərkəzin fəaliyyəti və onun ayrı-ayrı layihələri barədə ətraflı məlumat alır:

  • ereforms.gov.az
  • monitoring.gov.az
  • azexport.az
  • enterpriseazerbaijan.gov.az
  • dth.az azranking.az
  • boyukqayidish.gov.az
  • azerbaijan2030.gov.az
  • journal.ereforms.org
  • volunteer.ereforms.gov.az

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  2. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2017-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  3. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  4. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Missiyası". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.