Bu məqalə İmişli şəhəri haqqındadır. Rayon üçün İmişli rayonu səhifəsinə baxın. |
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi.
Şəhər | |
İmişli | |
---|---|
39°52′11″ şm. e. 48°03′36″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 avqust 1930 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 0 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3000 |
Digər | |
imishli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960[1]-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır.
2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir.[2]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.[3]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|