Vüsal Quliyev

Vüsal İlham oğlu Quliyev (31 dekabr 1982, Kürdəmir rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini,[1] dövlət qulluğunun baş müşaviri.[2]

Vüsal Quliyev
Vəzifədədir
30 aprel 2021-ci ildən
Vəzifədədir
16 aprel 2016-cı ildən
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1982(1982-12-31) (41 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
İxtisası Hüquqşünas

Təltifləri "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.[3]

Evlidir, 1 oğlu var. Atası Quliyev İlham Qədir oğlu Birinci Qarabağ müharibəsi veteranıdır.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1999–2000 – BMT-nin Könüllülər Proqramında qrup koordinatoru
  • 2000–2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur.[4]
  • 2006-cı ildə Niderlandın "Olde Vechte" Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır.[4]
  • 2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.[4]

Dövlət qulluğunda

[redaktə | mənbəni redaktə et]
  • 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur[4].
  • 2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur[4].
  • 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir[4][6]
  • 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[4][7]
  • Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş,[8][9] aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[4]
  • 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[10]
  • 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
  • Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmiş, aprelin 30-da Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[11][12][13][14]

Müəllifi olduğu nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanda müasir könüllülüyün tarixi (ingiliscə nəşr);
  • Qeyri-hökumət təşkilatları üçün yaddaş kitabı;
  • Qeyri-hökumət təşkilatlarının idarə olunması;
  • Müasir təlim metodları;

2021-ci il iyunun 26-da Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. [15]

  1. "Vüsal Quliyev yeni vəzifəyə təyin olundu". www.qht.az. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fev 2022.
  2. "QHT-lərlə iş sektorunun müdiri təyin olunan Vüsal Quliyev". www.qht.az. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fev 2022.
  3. "Vüsal Quliyev". femida.az. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Müavin: Vüsal Quliyev [ölü keçid]
  5. "Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib". turaninfo.org. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  6. "Vüsal Quliyev sektor rəhbəri təyin edilib". azertag.az. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  7. "Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub". azvision.az. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2022.
  8. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli, 1983 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  9. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
  10. "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb". pia.az. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  11. "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2021.
  12. "Prezidentin etimadını qazanan Vüsal Quliyev". www.bizimyol.info. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  13. "Prezident Administrasiyasında yeni sektor müdiri". www.istipress.com. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  14. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2022.
  15. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0192t nömrəli 26 iyun 2021-ci il tarixli əmrinə əsasən

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]