Vısokiy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Vısokiy adası | |
---|---|
rus. Высокий | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 42 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°02′13″ şm. e. 92°45′46″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Qərbdən şərqə doğru 4,3 km məsafədə uzanır. Eni 2 km təşkil edir. Adada iki yüksəklik vardır: 25 metrlik zirvə qərb hissədə, 42 metrlik zirvə isə şərq hissədə yerləşir. Adanın ən hündür nöqtəsində geodeziya məntəqəsi yerləşir. Burada göl və çay yoxdur.