Vəd edilmiş torpaqlar

        
Vəd edilmiş torpaqların hipotetik xəritəsi (TanaxdakıSaylar 34" [qırmızı xət] və “Ezekiel 47.” [mavi xət] ayələrdə keçən təriflərdən yaradılmışdır).

Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır.

Tövratın Təkvin kitabının XV Babında isə belə yazılıb:

O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim.

Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.