Vəlüddövlə I Əmir Xələf

Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi.

Əmir Xələf Sistani
Şəxsi məlumatlar
Doğum tarixi noyabr 937
Vəfat tarixi 1009
Ailəsi Səfərilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı.

Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi. Çarəni Buxarada arayan Xələf, Əmir I Mənsurdan aldığı yeni yardımlarla Sistan üzerinə yönəldi. Buradakı hakimiyətini təkrar quran Xələf, hər il Buxaraya göndərməsi gərəkənxələt, hədiyə, xidmətçi və xəracı göndərməmeyə başladı. Buna görə Əmir, Tahirin oğlu Hüseyn başçılığındakı bir ordunu Sistana göndərdi (965). Tahir bin Hüseyn, Xələfi Ərk qalasında mühasirə altına aldıysa da, Əmir I Mənsur zamanında bu mühasirədən bir nəticə əldə olunmadı və bu hadisə Əmir II Nuh dönəmində də davam etdi[1].

Əmir Mənsurun dəstəyiylə, Hüseyn bin Tahir tərəfidən Sistana təkrar hakim olan Əmir Xələfin Buxaraya xərac göndərməməsi və mərkəzdən müstəqil hərəkət etməsinə görə Hüseyn bin Tahir başçılığında Samani qüvvələrinin Sistana hərəkət etdiyini və Xələfi Ərk qalasında mühasirə altında tutduqlarını daha öncədən bilinir. Yeddi il boyunca davam edən bu məsələnin həll edilməsi üçün Əmir II Nuh o sırada Kuhistanda olan Əbülhəsənə xəbər göndərərək Sistana getməsini əmr etdi. Sistana çatan Əbülhəsən, köhnə dostu Xələflə məktublaşaraq onu Ərk qalasından ayrılmağa razı saldı. Buradan ayrılan Xələf, Tak qalasına keçdi. Əbülhəsən boşalan Ərk qalasını ələ keçirdi,xütbəni Əmir II Nuh adına oxutdu və yerinə, Hüseyn bin Tahiri təyin edərək Xorasana yönəldi[2]. Ancaq, Əbülhəsənin dönüşündən sonra bölgədə olaylar yenidən başladı. Buna görə bu dəfə Əbülhəsənin yerinə Əbu Əli buraya göndərildi. Sistanda Xələfi məğlub edən Əbu Əliyə bu uğurundan dolayı Buşəncin idarəsi verildi[3].

Əmir Xələf ümidlə Tak qalasında əyləşmişdi. Bu 393 1002-cü ildə baş vermişdi.[4]

Sultan Mahmud Qəznəvi 1002-ci ildə Əmir Xələfi devirərək Səffarilər dövlətinə son qoydu.

Əmir Xələf Sistani 1009-cu ildə öldü.

  1. İbnül Əsir, C.VIII, s. 484-485.
  2. İbnül Əsir,C. VIII,s.485-486; Utbi, s.18-20; Həmdullah Mustovfi Qəzvini, s.386; Erdoğan Merçil, a.g.m., s.125. İbnül Əsir, Xələf bin Əhmədi 965-ci il hadisələri içində zikr etmiş, ancaq etdiyi açıqlamada bu olayların daha sonraki tarixlərdə vüqu bulduğunu da bildirmişdiir. İbnül Əsir, C.VIII, s. 486.
  3. Gərdizi, s. 38.
  4. Тарих-и Систан. Москва, 1974. С. 331.