Vəli Əbilov

Vəli Murad oğlu Əbilov (krımtat. Veli Murat oğlu Abilev, Вели Мурат огълу Абилев; 1898, Simferopol qəzası[d], Tavriya quberniyası[d]1945) — Krım tatar yazıçısı, müəllimi, publisistjurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub.

Vəli Əbilov
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1945
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Milliyyəti krım tatarı
Təhsili İ.V.Stalin adına Şərqin Zəhmətkeş Xalqının Kommunist Universiteti
İxtisası filoloq
Fəaliyyəti yazıçı, müəllim
Fəaliyyət illəri 1920-1945
Əsərlərinin dili krım tatar
İstiqamət modernizm
Janr dramaturgiya

Vəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub.[1]

İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb.[2] 1914-1919-cu illərdə Yevpatoriya rayonunun Murzabek və Baim kəndlərində müəllimlik edib.[3]

1920-ci ildə Murzəbəkdə kənd komitəsinin sədri olub. 1921-1923-cü illərdə Moskvada İ.V.Stalin adına Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alıb. Krıma qayıdaraq sovet partiya məktəbinin Tatar vilayət şöbəsinə rəhbərlik edib. Regional müəllim kurslarında sosial elmlərdən mühazirələr oxuyub. 1925-1926-cı illərdə Xalq Maarif Komissarlığında siyasi maarif işçisi olub. 1925-ci ildə Totayköydə yerləşən Krım Tatar Pedaqoji Texnikumunun müdiri təyin edilib və bir tədris ili bu vəzifədə çalışıb.[3][4] Sov.İKP(b) üzvü idi.[1]

1920-ci illərdən etibarən Vəli Əbilov yarımadada qəzet və jurnallarda çap olunmağa başlayır. O, xeyli sayda məqalələrin, bədii ədəbiyyatın və pyeslərin müəllifidir. “Adil yaxut binden biri” və “Üç yol” pyesləri 1925-ci ildən 1927-ci ilə qədər Krım Dövlət Tatar Teatrının quruluşunda tamaşaya qoyulub. Əbilov həmçinin “Elvida” (“Əlvida”) və “Ömür Baari” (“Ömür baharı”) pyeslərinin müəllifidir.[3]

1928-ci ildə Leninqrad Siyasi Maarif İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru vəzifəsinə təyin edilib.(1933-1934).[5] 1935-1938-ci illərdə “Yeni dünya” qəzetində redaktor vəzifəsini icra edib.[3]

1937-ci il sentyabrın 18-də Vəli Əbilov Böyük təmizləmə prosesi çərçivəsində həbs olunub. O, əksinqilabi “Milli Firqə” təşkilatının işində iştirak etməkdə ittiham edilib. 1938-ci il avqustun 14-də SSRİ NKVD-nin xüsusi iclası onu 58-ci maddə ilə səkkiz il məcburi əmək düşərgələridə həbsə məhkum edib.[1]

Vəli Əbilov 1945-ci ildə düşərgədə vəfat edib.[3] 18 iyul 1957-ci ildə Krım Regional Məhkəməsinin qərarı ilə Əbilov ölümündən sonra Stalin repressiyalarının qurbanı kimi reabilitasiya olunub.[1]

  1. 1 2 3 4 "Габилев Вели Муратович". ru.openlist.wiki (rus). 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  2. "Известные учителя Крыма начала XX века". avdet.org. 2018-10-05. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  3. 1 2 3 4 5 "Абілєв Велі Муратович | Енциклопедія Сучасної України". esu.com.ua. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  4. Усманова Сайде Аблякимовна. К ИСТОРИИ ДЕЯТЕЛЬНОСТИ ТОТАЙКОЙСКОГО ПЕДТЕХНИКУМА. 1922 - 1931 ГГ // Крымское историческое обозрение. № 1. 2017. 2020-06-26 tarixində arxivləşdirilib.
  5. "Галерея ректоров института – Музей истории Крымского федерального университета имени В. И. Вернадского". museum.cfuv.ru. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]