Krım Tatar Akademik Musiqi və Dram Teatrı

Krım Tatar Akademik Musiqi və Dram Teatrı (krımtat. Къырымтатар девлет академик музыкалы драма театри, Qırımtatar devlet akademik muzıkalı drama teatri) — Krımdakı yeganə türkdilli teatr (əvvəllər Ukraynada), dünyada Krım tatarlarının yeganə teatrı.

Krım Tatar Akademik Musiqi və Dram Teatrı
krımtat. Къырымтатар девлет академик музыкалы драма театри, Qırımtatar devlet akademik muzıkalı drama teatri
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adı Səyyar Krım tatar teatrı
Teatrın tipi musiqili teatr
Əsası qoyulub 1901-ci il
Teatr binası
Memarlıq üslubu modern
Heyət
Direktor Melqaziyeva Məcidə Cəfərovna
Baş dirijor Y.L.Ennanov
Baş baletmeyster M.F.Ablaev
Yerləşməsi
44°57′01″ şm. e. 34°05′48″ ş. u.HGYO
Ölkə Rusiya Federasiyası
Yerləşir Simferopol, Krım Muxtar Respublikası , Rusiya Federasiyası
Ünvan Mendeliyev küçəsi, 5/1
Krım Tatar Akademik Musiqi və Dram Teatrı xəritədə
Krım Tatar Akademik Musiqi və Dram Teatrı
Krım Tatar Akademik Musiqi və Dram Teatrı
ktteatr.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu teatrın ənənələri, ehtimal ki, XIV–XV əsrlərdə Krım xanlarıı sarayında teatr nümayişlərindən qaynaqlanır. Krım tatarlarının peşəkar teatrlar tarixi isə başlanğıcını 1901-ci ildə Səyyar Krım tatar teatrının işə başlanmasından götürür.

1901-ci ildə Krım tatarlarının səyyar teatrının binası açıldı. O dövrdə bütün müsəlman dünyasında olduğu kimi rolları yalnız kişilər oynayırdı. Hətta qadın rollarını belə kişilər ifa edirdi. 1922-ci ildən başlayaraq Krım tatar teatrının sürətli inkişafı start götürdü. Teatr mütəxəssisləri bu dövrü "Krım tatar İntibahı Dövrü" adlandırırlar. Teatrda Vilyam ŞekspirMolyer, İpçi və Lətif-zadə, Qoldoni və Bomarşe, Tolstoy və Tatyana Trenevin pyesləri səhnələşdirilirdi. Həmin dövrdə teatrda milli teatr məktəbini yaradan aktyorlar, rejissorlar, dramaturqlar nəsli cəmlənmişdir.

Krımda teatr, mədəni həyatda və insanların mənəvi həyatında böyük bir rol oynayırdı. Hətta Böyük Vətən müharibəsi illərində insanlar teatra maraq göstərirdilər, lakin 18 – 20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçirildi. Cəmi bir il sonra Krım Muxtar Sovet Sosialist Respublikası ləğv edildi. Bunun ardınsa SSRİ hökuməti yarımadadan Krım tatarlarını xatırladan hər şeyi silməyə başladı. Belə qərarlardan biri də Krım Tatar Musiqi və Dram Teatrının bağlanması oldu.[1]

1989-cu ildə teatr bərpa olundu O, yeni ad Krım Tatar Akademik Musiqi və Dram Teatrı adını aldı. Ukrayna daxilində Krım Tatar muxtariyyətinin bərpası ərəfəsində teatrın tarixində yeni bir mərhələyə başladı. 1990-cı ildə teatrın açılışı oldu. Açılış Y. Bolatın "Arzı kız" pyesinin premyerası ilə oldu. O vaxtdan bəri bu bənzərsiz mədəniyyət ocağı müxtəlif növ janrlarda: kukla teatrlarından və nağıllardan tutmuş musiqili komediyalara və faciələrə qədər onlarla tamaşa nümayiş etdirdib. Mövcud olduğu illər ərzində Krım Tatar Akademik Teatrı tamaşaçıların böyük populyarlığını və sevgisini qazanıb.[1]

2011-ci ildə Krım Tatar Akademik Musiqi və Dram Teatrı 110 illiyini qeyd etdi. Bu ildönüm Krımın mədəni həyatında əlamətdar bir hadisə oldu. Teatr öz salonuna dünyanın müxtəlif yerlərindən çox sayda qonaq toplayaraq yubiley üçün yeni bir proqram hazırladı.[1]

2020-ci ildə isə Krım Tatar Teatrında Teatrın 30 illiyinə həsr olunmuş yubiley konserti keçirildi. Bütün mövcud olduğu dövrdə Krım Tatar Teatrı bir çox tamaşa səhnələşdirmişdir. Bunların bir çoxu hələ də tamaşaçılara nümayiş etdirilir. Hazırda Krım Tatar Akademik Musiqi və Dram Teatrı vaxtı ilə əsası qoyulan ənənələr və o bənzərsiz irs davam etdirilir.[2][3]

Hazırda Krım Tatar Akademik Teatrı, Krım tatarlarının mədəniyyətinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Teatrda xeyli sayda istedadlı yaradıcı şəxslər cəmləşmişdir. Burda yeni nəsl bəstəkarlar, rejissorlar, aktyorlar və baletmeysterlər toplanmışdır. Onların arasında A. Karamanov, İ. Baxış, V. Anosov, A. Novikov, E. Nalbandov, R. Bakkal, M. Novokhhin, B. Azarov və başqalarını göstərmək olar.

Teatrın möhtəşəm qastrol proqramı var. Burda qoyulan tamaşalar müxtəlif ölkələrin tamaşaçıları arasında çox populyardır. Teatr dünyanın müxtəlif teatr festivallarında bir çox mükafat qazanıb. Teatr kollektivi Yaltada "Çexov Teatr Festivalı", Edinburqda "Dünya Şekspir Festivalı", İsveçrədə, Türkiyədə və s. digər ölkələrdə festivallarda iştirak etmişdir. Bundan əlavə Krım Tatar Akademik Musiqi və Dram Teatrı öz daxili "Krım mücrüsü" festivalını da keçirir.[1]

  • Bilyal Bilyalov
  • Rinat Bektaşev
  • Munir Ablayev
  • Dilavər Səttarov
  • Seytabla Memetov
  • Aliyə Temirkayeva
  • Fatma Asanova
  • Zarema Bilyalova

Teatrın digər məşhur sənətçiləri

[redaktə | mənbəni redaktə et]
  • Seydametov Şövkət — 1993-cü ildən teatrda, 1994–2004-cü illərdə teatrın baş rəssamı.
  • Cemilyev Akim Abdurahmanoviç — 1989-cu ildən 1993-cü ilə qədər xoreoqraf.
  1. 1 2 3 4 "Крымскотатарский академический театр". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. "История Крымскотатарского театра". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  3. "История". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]