Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor.
Vəli Nəsriov | |
---|---|
Nəsirov Vəli Hüseynəli oğlu | |
Doğum tarixi | 17 dekabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1987 (61 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Üzvlüyü | SSRİ Jurnalistlər İttifaqı,Fəlsəfə Cəmiyyəti |
Mükafatları | SSRİQırmızı Ulduz, SSRİ I dərəcəli Vətən müharibəsi ordeni |
Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub.
16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir.
“Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56).
BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub.