Vəsilə Fəttahova

Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015)[1] və Tatarıstanın (2015)[2] əməkdar artisti[3].

Vəsilə Fəttahova
tatar. Вәсилә Разиф кызы Фәттахова
Ümumi məlumatlar
Doğum adı Vəsilə Fəttahova
Doğum tarixi
Doğum yeri Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Ufa, Başqırdıstan, Rusiya
Milliyyəti başqırd
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000–2016
Janr pop
Mükafatları Tatarıstan Respublikasının əməkdar artisti

Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur.

S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir[4].

1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır[5][6].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi[7].

Müğənni "Tuğan yak"[8] mahnısı sayəsində populyarlıq qazanmışdır[7]. 2002-ci ildə çıxmış eyniadlı albomda yer almış "Tuğan yak" mahnısı Ural Raşitov tərəfindən xüsusilə onun üçün yazılmışdı[7]. Mahnı tatar dilində oxunsa da yalnız Başqırdıstanda deyil, bütün Rusiyada rəğbət qazanmışdı[7]. Kompozisiya "Büllur bülbül" estrada festivalında "Beynəlmiləl mahnı" nominasiyasında ən yaxşı mahnı hesab edilib, eləcə də "10 illiyin ən yaxşı hiti" nominasiyasında, 2008-ci ildə isə tatar mahnı festivalı "Tatar jırı"da laureat olub[7].

2015-ci ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi[7]. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi[3]. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər[7]. Nəticədə Vəsilə Fəttahova 36 yaşında ikən 26 yanvar 2016-cı ildə Ufada Respublika kliniki xəstəxanasında vəfat etmişdir[4][7].

Başqırdıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən onun vəfatı ilə əlaqədar belə münasibət bildirilmişdir:

"Mədəni ictimaiyyət öz yaradıcılığı ilə müxtəlif millətləri vətənə ülvi məhəbbət hissi ilə birləşdirən müğənnini itirdi."[7]

Müğənni ilə vida mərasimi 2016-cı il yanvar ayının 28-də Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçirilmişdir[7]. Ufadakı "Şöhrət gedişi" Cənub qəbiristanlığında dəfn edilmişdir.

  • Başqırdıstan Başqırdıstanın əməkdar artisti (2015)
  • Tatarıstan Tatarıstanın əməkdar artisti (2015)
  1. Указ Главы Республики Башкортостан от 20 августа 2015 года № УГ-192 «О присвоении почетных званий Республики Башкортостан».
  2. Удостоверение заслуженного артиста Татарстана вручено 5 декабря 2015 года в Казани: Вәсилә Фәттахова Татарстанның атказанган артисты булды Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine
  3. 1 2 Tatarıstanın məşhur müğənnisi doğuşdan sonra öldü Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine. qafqazinfo.az, 27.01.2016  (az.)
  4. 1 2 Аралбаева Л. "В Уфе скончалась популярная певица, исполнительница хита «Туган як» («Родина») Василя Фаттахова" (rus). Башинформ. 2016-01-27. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  5. "Интервью газете «АиФ»". 2011-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  6. "samtatnews.ru". 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  7. 1 2 3 4 5 6 7 8 9 10 Doğuşdan sonra vəziyyəti ağırlaşan müğənni öldü Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. oxu.az, 28.01.2016  (az.)
  8. "«Туган як» җырының язылу тарихын кара: «Акчарлак», № 52, 29.12.2016, 3нче биттә". 2017-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]