V Aleksey Komnenos (yun. Ἀλέξιος Σκαντάριος Μέγας Κομνηνός)(1454, Trabzon – 1 noyabr 1463, Konstantinopol) — 21-ci Trabzon imperatoru.[2] 2013-cü ilin iyulunda Aleksey Komnenos, əmisi David və övladlarıyla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu.
V Aleksey Komnenos | |
---|---|
Əvvəlki | IV İohann |
Sonrakı | David Komnenos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1454 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1463 |
Vəfat yeri | |
Fəaliyyəti | Vəliəhd |
Atası | Aleksandr Komnenos |
Anası | Mariya Qattiluzio[d][1] |
Ailəsi | Komnenos sülaləsi |
Atası Trabzon imperatoru IV Alekseyin oğlu və ortaq imperator olan Aleksandr Komnenosdur. Övladı olmayan əmisi IV İohannın səltənəti dönəmində atası vəliəhd və ortaq imperator elan edildi. Ancaq atasının gənc yaşda vəfatı səbəbilə, əmisi bu dəfə də onu vəliəhd elan etmişdir. Əmisinin ölümündən sonra 1460-cı ilin aprelində hələ 6 yaşında ikən taxta çıxarılsa da, bir neçə gün sonra digər əmisi David tərəfindən taxtdan endirildi.
Taxtdan endirildikdən sonra Trabzonda həbs edilən Aleksey Komnenos, bir il sonra Osmanlı sultanı Fateh Sultan Mehmedin Trabzonu fəth etməsinin ardından əmisi David və əmisinin ailəsiylə birlikdə İstanbula gətirildi. Burada yarı-qapalı həyat yaşayan Aleksey Komnenos 1 noyabr 1463-cü ildə əmisi David və onun övladlarıyla birlikdə edam olundu.