IV Aleksey (Trabzon imperatoru)

IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon26 aprel 1429) — 19-cu Trabzon imperatoru.[3]

IV Aleksey
yun. Αλέξιος Δ΄ Μέγας Κομνηνός
Şəxsi məlumatlar
Doğum tarixi 1379
Doğum yeri
Vəfat tarixi 26 aprel 1429
Atası III Manuel (Trabzon imperatoru)[2]
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur.

Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi.

Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
  1. 1 2 3 4 (not translated to fr) La descendance d'Alexis IV, empereur de Trébizonde. Contribution à la prosopographie des Grands Comnènes (fr.). // Revue des études byzantines Peeters, 1979. ISSN 0766-5598; 2261-060X; 0373-5729
  2. 1 2 3 4 5 Lundy D. R. Alexios IV Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  3. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.