V Bohemond (Antioxiya knyazı)

V Bohemond (it. Boemondo V) (1199yanvar 1252) — 7-ci Antioxiya knyazı8-ci Tripoli qrafı.[1][2]

V Bohemond
1233 – 1252
ƏvvəlkiRaymond-Rupen
SonrakıVI Bohemond
1233 – 1252
ƏvvəlkiIV Bohemond
SonrakıVI Bohemond
Şəxsi məlumatlar
Doğum tarixi 1199
Vəfat tarixi yanvar 1252
Fəaliyyəti siyasətçi
Atası IV Bohemond
Həyat yoldaşları Şampaniyalı Alisa
Senili Lusiya
Uşaqları Antioxiyalı Plasentiya
VI Bohemond
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Antioxiya knyazı IV Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Atasının vəfatının ardından 1233-cü ildə həm Tripoli qraflığı, həm də Antioxiya knyazlığını ələ keçirdi. Atasının apardığı siyasəti davam etdirən V Bohemond Tampliyerlərin dəstəyilə qonşu Erməni Kilikiya çarlığı ilə mübarizə apardı. Ancaq Fransa kralı IX Lüdovikin vasitəçiliyi ilə tərəflər arasında sülh təmin edildi.

V Bohemond hələ taxta çıxmadan əvvəl 1225-ci ildə atasının apardığı evlilik siyasətinin bir nəticəsi olaraq, dul Kipr kraliçası Şampaniyalı Alisa ilə evlənmişdi. Məqsəd doğulacaq yeni bir övladla Kipr krallığında taxt iddiası irəli sürmək idi. Ancaq cütlüyün övladı olmadı və 5 iyul 1227-ci ildə boşandılar. Onun ikinci evliliyi isə 1235-ci ildə Roma papası III İnnokentin qohumu olan Senili Lusiya ilə baş tutdu və cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi.

V Bohemond 1252-ci ilin yanvarında vəfat etdi. Hələ 15 yaşında olan oğlu VI Bohemond anası Lusiyanın naibəliyi altında hakimiyyətə gətirildi.

  • Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
  • Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
  • Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
  • Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
  • Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8
  1. Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
  2. Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628