Vadaqaki Kenzo (和田垣 謙三?, 30 avqust 1860, Hyoqo prefekturası – 18 iyul 1919) – Yaponiya kənd təsərrüfatı iqtisadçısı.
Vadaqaki Kenzo | |
---|---|
Doğum tarixi | 30 avqust 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyul 1919 (58 yaşında) |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1860-cı ildə indiki Hyoqo prefekturasında doğulmuşdur. Ailəsi Toyooka klanına mənsub idi. Tokio Universitetindən məzun olmuş,[1] Ernest Fenollosa və Ceyms Sammersin tələbəsi olmuşdur.[2][3] Məzun olduqdan sonra təhsilinə İngiltərə və Almaniyada davam etmişdir.[1]
Vadaqaki Tokio Universitetində hüquq üzrə mühazirələr vermiş, kənd təsərrüfatı professoru olmuşdur. Peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Tokio Kommersiya Məktəbi və Nihon Qızlar Kommersiya Məktəbinin direktoru olmuşdur.[1]