Vadim Yusif oğlu Əbdürrəşidov (rus. Вади́м Юсу́пович Абдраши́тов, tatar. Вадим Йосыф улы Габдерәшитов; 19 yanvar 1945, Xarkov – 12 fevral 2023, Moskva) — SSRİ və Rusiya kinorejissoru və müəllimi. Rusiya Federasiyasının xalq artisti (1992).
Vadim Əbdürrəşidov | |
---|---|
Doğum tarixi | 19 yanvar 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2023 (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | kinorejissor, pedaqoq |
Fəaliyyət illəri | 1974–2023 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0008244 |
Vikianbarda əlaqəli mediafayllar |
Vadim Yusupoviç Əbdürrəşidov 19 yanvar 1945-ci ildə Ukrayna SSR-də, Xarkovda hərbçi ailəsində anadan olmuşdur. Atası Yusif Şakiroviç Əbdürrəşidov hərbçi və etnik tatar olmuşdur. Anası Qalina Nikolayevna Əbdürrəşidova kimya mühəndisi idi.[1]
O, Moskvada yaşamış və işləmişdir. Əbdürrəşidov 1959–1961-ci illərdə Alma-Ata Dəmir Yolu Nəqliyyatı Texnikumunu, 1961–1964-cü illərdə Moskva Fizika və Texnologiya İnstitutunu, 1967-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunun Kimya-texnoloji proseslərin kibernetikası kafedrasını bitirmişdir. 1967–1970-ci illərdə Moskva elektrovakuum cihazları zavodunda işləmişdir.
Abdraşitovun əsərləri təmkinli, daxili gərgin kinematik dil ilə seçilir. Kəskin mənəvi problemlər həmişə rejissor işinin mərkəzində dayanır.[2]
O, 12 fevral 2023-cü ildə 79 yaşında koronavirusun təsirindən vəfat edib. Moskvada Troyekurov qəbiristanlığında dəfn edilib.