Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Vadim Ryabixn (d. 4 sentyabr 1990; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet.
Vadim Ryabixn | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vadim Ryabixn |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Yüngül atletika |
Vadim Ryabixn 4 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. 2000-ci ildən idmanla məşğul olan Vadim Ryabixn 102 nömrəli tam orta məktəbdə orta təhsil alıb.
Vadim Ryabixn 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 100 metr məsafəyə qaçış yarışlarında 10.76 saniyə nəticə ilə 13 atlet sırasında 4-cü yeri tutdu. 200 metr məsafəyə qaçış yarışlarında isə, Vadim Ryabixn 21.46 saniyə nəticə ilə 13 atlet sırasında 5-ci yeri tutdu.
Estafet yarışlarında da Vadim Ryabixn uğurla çıxış edə bilmədi. Komanda yoldaşları Kamran Əsgərov, Valentin Buliçev və Rahib Məmmədov ilə birgə o, 4×100 m. yarışlarında 4-cü yeri tutdu. 4×400 m. yarışlarında isə Vadim Ryabixn, Arif Abbasov, Elmir Cəbrayılov və Hakim İbrahimov ilə birgə 3 dəqiqə 11.18 saniyə nəticəyə imza atdı və yenə 4-cü yeri tutdu.
Vadim Ryabixn 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 100 metr məsafəyə T11 qaçış yarışlarının final mərhələsində o, Nurlan İbrahimovun bələdçisi qismində çıxış etdi və 11.60 metr nəticəyə imza ataraq 1-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.