Kamran Bayram oğlu Əsgərov (2 dekabr 1993; Düz Cırdaxan, Tovuz rayonu — 22 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kamran Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Düz Cırdaxan, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Düz Cırdaxan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2013; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub.[1] 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.
Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü olaraq savaşıb. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]