Hakim İbrahimov

Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub.

Hakim İbrahimov
Hakim İbrahimov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Hakim İbrahimov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Hakim Elçin oğlu İbrahimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Yüngül atletika

Həyatı[redaktə | mənbəni redaktə et]

Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[1][2] Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı.[1][2] Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı.[2] Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.[2]

Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[3] Yelena Çebanu təsnifat mərhələsində 24.16 saniyə nəticə göstərdi və dörd atlet sırasında birinci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[3] Sentyabrın 12-da baş tutan final turnirində isə Yelena Çebanu 22.80 saniyə nəticə göstərdi və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3]

Sentyabrın 15-də isə Yelena Çebanu 400 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[4] Yelena Çebanu təsnifat mərhələsində 56.52 saniyə nəticə göstərdi və üç atlet arasında Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləni sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi.[4] Bununlada Yelena Çebanu və bələdçisi Hakim İbrahimov XV Yay Paralimpiya Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu.[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hakim Elçin oğlu İbrahimov "Tərəqqi" medalı ilə təltif edildi.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану вышла в полуфинал Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2016.
  2. 1 2 3 4 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану завоевала серебряную медаль Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2016.
  3. 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану завоевала бронзовую медаль Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  4. 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану стала второй в своем гите и не прошла финал Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.