Vael Qonim

Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb.

Vael Qonim
ərəb. وائل غنيم
Doğum tarixi (43 yaş)
Doğum yeri Qahirə Misir
Uşağı 2
Milliyyəti ərəb
Təhsili
  • Qahirə Universiteti[d]
Fəaliyyəti informatik, siyasətçi
Elmi dərəcəsi
elshaheeed.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər.

Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.[1]

  1. "Misir inqilabının lideri: "İranlılar bizdən öyrənsinlər"". 2011-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.