Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022).
Adil Kərimli | |
---|---|
Vəzifədədir | |
14 aprel 2023-cü ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Anar Kərimov |
22 dekabr 2022 – 14 aprel 2023 | |
8 oktyabr 2012 – 22 dekabr 2022 | |
Direktor | Anar Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 oktyabr 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | cinayət hüququ |
Elmi dərəcəsi |
Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.[1]
İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.
Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir. 2003–2009-cu illərdə "Great Wall Drilling Company" şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışmışdır.[2]
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmişdir. 2007–2011-ci illərdə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və İctimai İşlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin "Eurovision" Mahnı Müsabiqəsi üzrə Məşvərət qrupunun üzvü olmuşdur.[2]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilmişdir.[3]
"Milan Ekspo", "Dubay Ekspo" və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik etmiş, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olmuşdur.[2]
Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olmuşdur. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışmışdır.[2]
2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.[2]
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək[4] Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5]
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli müvafiq sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilmiş[6] və mədəniyyət naziri təyin edilmişdir.[7]