Valentin Yudaşkin (rus. Валентин Юдашкин; 14 oktyabr 1963 – 2 may 2023[1], Moskva, Rusiya) — məşhur sovet və rus rəssam-modelyeri, kutürye.
Valentin Yudaşkin | |
---|---|
Валентин Абрамович Юдашкин | |
Doğum tarixi | |
Doğum yeri | Moskva vilayəti, Rusiya Sovet Federativ Sosialist Respublikası, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | yəhudi |
Fəaliyyəti | dəb dizayneri, rəssam-modelyer, kutürye |
Fəaliyyət illəri | 1987 - 2023 |
yudashkin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Valentin Yudaşkin 14 oktyabr 1963-cü ildə Moskva vilayətinin Bakovka qəsəbəsində yəhudi ailəsində doğulub. 1986-cı ildə Moskva İndustrial Texnikumunu bitirdikdən sonra modelyer Vyaçeslav Zaytsevin Moskva Moda evində diplomöncəsi təcrübə keçmişdir.[2]
1987-ci ildə ilk kolleksiyasını yaratdı, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açdı. Eyni dövrdə bir stilist kimi o, sovet estrada artistləri Lüdmila Qurçenko, Layma Vaykule və Alla Puqaçova ilə işləməyə başladı. 1991-ci ildə Parisdə 150 modeldən ibarət Yudaşkinin ilk kolleksiyası təqdim olundu. Həmçinin 90-cı illərdə Yudaşkin Rusiya Olimpiya komandası və Rusiya kişi və qadın futbol komandaları üçün geyimlər hazırlayıb.
Valentin Yudaşkin 2023-cü il mayın 2-də uzunsürən onkoloji xəstəlikdən (böyrək xərçəngi) sonra Moskvada vəfat edib.[3]