Vampirin gündəlikləri 2009-cu ildən etibarən The CW tərəfindən çəkilən L.J.Smitin eyniadlı romanlar silsiləsi (4 kitab) əsasında çəkilən fantezi – drama janrında olan televiziya serialıdır.[1] Roman əsasında ssenari Kevin Uilyamson və Culi Plek tərəfindən yazılmışdır. Serialın ilk sezonunda 10 obraz müntəzəm iştirak etmişdir. Sonra iki obraz serialdan kənarlaşdırılmış və əvəzində iki yeni obraz əlavə edilmişdir.
Serialın əsas mövzusu baş qəhrəman Yelena Gilbert (Nina Dobrev) və vampir qardaşlar Stefan (Pol Uizli) və Deymon Salvatore (Yan Somerhalder) arasında qarışıq məhəbbət üçlüyüdür. Bu qarışıq əhvalata eyni zamanda şəhərin fövqəltəbii tarixçəsi və ətrafda olan qohumların həyatları də əlavə edilmişdir.
Aşağıdakı siyahıda "Vampirin gündəliyi" serialındakı obrazlar göstərilib ki, onların da əksəri hələ çəkilmiş hər iki sezonda iştirak edən obrazlardır.
Yelena Gilbert obrazı seriyalın ilk seriyasından etibarən baş qadın obrazı kimi Nina Dobrev tərəfindən yaradılmışdır. Yelena balaca qardaşı Ceremi Gilbertlə birgə valideynlərinin avtomobil qəzasından ölməsindən sonra onların qanuni himayədarı olan Cena Sommerslə birgə yaşayır. Onun ən yaxın rəfiqəsi, bir müddət keçdikdən conra cadugər olduğunu kəşf edən Boni Bennetdir. Onlar eyni zamanda Karolin Forbsla da yaxınlıq edirlər və onun vampirə çevrilməsindən sonra onlar yaxın rəfiqə olurlar. Serialın başlanğıcında Yelena onu itirməkdən çox qorxan Met Danovanla sevgi əlaqəsində olur. Daha sonra o, bir müddət sonra vampir olduğunu öyrəndiyi Stefan Salvatore ilə sevgi əlaqəsində olur. Eyni zamanda Stefanın qardaşı Deymon da Yelenanı sevir. Birinci sezonun sonunda Yelena öyrənir ki, qardaşı ilə bioloji valideynləri eyni deyil və onun valideynləri dayısı kimi tanıdığı Con Gilbert və sonradan vampirə çevrilmiş İzobel Flemminqdir. İkinci sezonda o öyrənir ki, Ketrin Pirs kimi tanınan Katerina Petrovanın tam eyni bənzəridir və bu, o anlama gəlir ki, onlar hər iki qədim vampir Klausun həm də canavar adama çevrilə bilməsi üçün qurban verilməlidirlər. Həmin qurbanvermə prosesi sonra baş verir, lakin Yelena müdafiə oluna bilir, çevrilmə baş tutduqdan sonra rəfiqəsi Boni öz föqəltəbii gücündən istifadə edərək onu qoruya bilir. Lakin onun xalası Cena vampirə çevirilir və qurbanvermə mərasiminin bir hissəsi kimi Klaus tərəfindən öldürülür və Yelena (o cümlədən qardaşı) himayəçisiz qalırlar. İkinci sezonun sonunda Deymon canavar adamın dişləməsindən ölüm yatağında olarkən, Yelena onun öz qanını Yelenaya içirərək onu vampirə çevirmək cəhdini (o bunu Yelenanı müdafiə edə bilmək üçün edirdi) bağışlayır və son günləri olduğunu düşünərək onu öpür, lakin Deymon qardaşının özünü Klausun əlinə təslim edərək ondan aldığı qanı (qanı Deymona Ketrin gətirir) içərək sağalır.
Filmin baş kişi qəhrəmanı olan Stefan Salvatore rolunu serialın ilk seriyalarından etibarən Pol Uisli yaratmışdır. Stefan 1847-ci ildə Mistik Folls şəhərciyində dünyaya gəlmişdir. O və qardaşı Deymon Salvatore eyni qadını – vampir Ketrin Pirsi sevirlər. Stefan 1864-cü ildə vampirə çevirilib və ona və Ketrinə atəş açaraq onları öldürmək istəyən atasını istəmədən öldürüb. Stefan insanları öldürmək istəmir və tədricən özünü buna alışdırır. Bu işdə ona Leksi Branson adlı vampir qız yardım edir və onlar sonradan yaxın dost olurlar. Uzun illər yoxluğundan sonra Stefan yenidən Mistik Follsa dönür və təsadüfən Yelena Gilberti avtomobil qəzasından xilas edir. Bu zaman isə onun keçmiş sevgilisi Ketrinə həddən artıq çox bənzədiyini görür. Yelena Stefanla birgə sevgi yaşamağa başlayır və daha sonra onun vampir olduğunu öyrənir. Lakin tezliklə Deymon da Mistik Follsa dönür və o da Yelenaya aşiq olur. Daha sonrakı seriyalarda Deymon və Stefanın hələ XIX əsrdə tamamilə kəsilmiş əlaqələri yenidən düzəlir və onlar mehriban yaşamağa başlayırlar. Stefan insan qanı içməyi tamamilə tərgidərək yalnız heyvan qanı ilə qidalanmağa başlayır və bu onu digər vampirlərlə müqayisədə çox zəiflədir. İkinci sezondan etibarən Stefan hər gün bir az Yelenanın qanından içməyə başlayır və bu qısa zamanda öz təsirini göstərir, Stefan xeyli güclənir. Ketrinin yenidən şəhərə dönməsi zamanı isə bəlli olur ki, o həmişə Stefanı sevib, Stefan isə tam əksinə ona qarşı heç bir hiss bəsləmədən yalnız Yelenanı sevir. Kerelayn Forbs vampirə çevrildikdən snra, Stefan onunla da dostluq edir. İkinci sezonun sonunda Stefan canavar adam (Tayler Lokvud) tərəfindən dişlınmiş qardaşını ölümdən xilas etmək üçün Klausa (Klausun qanı canavar adamın dişləməsinin dərmanıdır) tabe olur. Klaus Stefanı yenidən insan qanı içməyə məcbur edir və sonda o, özünü saxlaya bilməyib yenə bir qızı öldürür.
Serialın anti-qəhrəmanı olan Deymon Salvatore obrazı ilk seriyalardan etibarən Yan Somerhalder canlandırıb. Deymon 1844-cü ildə Mistik Follsda dünyaya gəlib. Ketrin Pirs şəhərə gəldiyi zaman o və qardaşı Stefan ona aşiq olurlar. 1864-cü ildə isə o, Ketrin tərəfindən vampirə çevirilir. Onun çevirilməsi Stefandan sonra baş tutur və daha sonra o, insan qanını tərgitməyə çalışan Stefana qarşı çıxaraq bunun onu zəiflətdiyini bildirir. Deymon Ketrinin Stefanı daha yaxşı çevirməsindən qəzəblənərək, onun həyatını alt-üst edəcəyinə and içir. Yüz ilk keçdikdən sonra, Deymon Mistik Follsda bir mağaradakı türbədə bənd edildiyini zənn etdiyi Ketrini azad etmək üçün şəhərə dönür. Bu zaman o Yelena Gilbertlə rastlaşır və yenə də qardaşı ilə onun arasında divar çəkməyə çalışır. O, görəndəki Ketrin mağarada deyil və azadlıqda onu düşünmədən rahat yaşayır, Yelenayla həyatının daha yaxşı olacağı qərarına gəlir. O, Yelenaya aşiq olur. Onun Stefanla əlaqələri daha da inkişaf edir və o, həqiqətən də qardaşının qayğısını çəkməyə başlayır. İlk seriyalarda Deymon istədiyi yerdə insanları öldürür və onların qanını içirdi, lakin sonrakı seriyalarda o, bu hərəkətlərindən uzaqlaşaraq daha çox satışda olan insan qanı ilə qidalanmağa üstünlük verir. Daha sonra o Alarik Zoltsman və Şerif Forbs kimi başqalarıyla da dostluq etməyə başlayır. İkinci sezonda Ketrinin şəhərə dönüb onu deyil, həmişə Stefanı sevməsini söyləməsindən sonra Deymonun Ketrinə qarşı olan məhəbbəti nifrətlə əvəzlənir. Bu nifrət o həddə çatır ki, Deymon bənzərlərin hər ikisinə – həm Ketrinə, həm də Yelenaya nifrət edir və o barmağında onu qoruyan üzük olduğunu bilmədən Ceremini öldürür. Bu hadisədən sonra Yelena da Deymona nifrət etməyə başlayır. İkinci sezonda Deymon başqa bir vampir qız olan Rouza vurulur. Rouz canavar adam tərəfindən dişləndikdə isə Deymon başqa çıxış yolu qalmadığından onu əziyyətdən qurtarmaq üçün ürəyinə sopa soxaraq öldürür. Daha sonra Deymon bir müddət jurnalist Endi Starla əlaqədə olur. O, Endini onun qanından içməyə və əylənməyə razı salır. Lakin bütün bu uğursuz əlaqələrdən sonra Deymon yaşadıqlarının hamısının saxta qurama olduğunu və yalnız Yelenanı sevdiyini anlayır. Deymon canavar adamın dişləməsi səbəbiylə ölüm yatağında yatarkən Yelena onu bağışladığını bildirir və onlar öpüşürlər. Lakin sonra Deymon Ketrinin gətirdiyi Klausun qanını içir və sağalır.
Serialın baş qəhrəmanlarından biri olan Ketrin Pirs obrazını birinci sezondan etibarən Nina Dobrev yaratmışdır. Əsl adı Katerina Petrova olan Ketrin XV əsrdə Bolqarıstanda dünyaya gəlib. Qanunsuz uşaq dünyaya gətirməsindən sonra ailəsinin utanc qaynağı olan Katerina İngiltərəyə göndərilir. Burada da o, ən qədim vampirlərdən olan Klaus və Elijah ilə rastlaşır. Məlum olur ki, Ketrina Petrova ekizlərindən biridir və Klausun eyni zamanda canavar adama çevrilməsi üçün o bir ritualda qurban verilməlidir. O xilas olmaq üçün ona vurulmuş başqa bir vampir – Treverin, daha sonra isə Rouzun imkanlarından istifadə etsə də çox uzağa qaça bilmir. Bu hadisələrdən yüz illər sonra Ketrin ABŞ – da Stefan və Deymon Salvatore qardaşlarının yaşadığı balaca və öz ənənələri olan Mistik Folls şəhərinə gəlir. Burada qardaşların ikisi də ona aşiq olur. Ketrin öz qanından hər iki qardaşa içirərək onları vampirə çevirir. Lakin sonra bir gecə ərzində şəhərdə olan bütün vampirlərə basqın edilib onlar tutulur və şəhər yaxınlığında yerləşən mağara – türbəyə salınır. Həmin dövrdən Ketrin də yoxa çıxır. Deymon Ketrinin də həmin mağaraya salındığını zənn edərək 145 il ərzində onu sevir və ordan xilas etmyin yolunu axtarır. Lakin sonradan bəlli olur ki, o heç vaxt mağaraya salınmayıb. Birinci sezonun sonunda Ketrin Mistik Follsa dönür. O Deymona həmişə Stefanı sevdiyini söyləyir və Yelena ilə Stefanı ayırmağa çalışır. Daha sonra bəlli olur ki, onun əsas məqsədi ritualın keçirilməsi üçün lazım olan ay daşını ələ keçirmək və Yelenanı tutaraq Klausa vermək, beləliklə öz azadlığını qazanmaq olmuşdur. Məqsədinin bəlli olmasından sonra Yelena Stefan və Deymon tərəfindən vampirlərin çıxa bilməməsi üçün qapısı lənətlənmiş mağaraya salınır, lakin bir müddət sonra Elayca onu oradan çıxardır. Lakin tezliklə Elayca öldrlür və Ketrin yenidən azadlığını əldə edir. Bu dəfə o, Stefan və Deymona yardım etmək yolunu tutur. Klaus Mistik Follsa gəldikdən sonra onu tutur və Alarik Zoltsmanın evində saxlayır. Lakin sonra o, Ketrini Deymona qan aparması üçün azad edir.
Yelenanın qardaşı olan, daha sonra isə xalası oğlu olduğu öyrənilən Ceremi Gilbert rolunu seriyalın başlanğıcından etibarən Stiven Makkuin yaratmışdır. Serialın başlanğıcında Ceremi valideynlərinin ölümündən sonra psixi sarsıntı keçirmiş halda olur və dərmanlar qəbul edir. Serialın başlanğıcında Ceremi Viki Danovanı sevir, Viki isə gah onunla, gah da Tayler Lokvudla əlaqə saxlayır və bu iki oğlan arasında rəqabət yaranmasına səbəb olur. Daha sonra Viki birdəfəlik Taylerdən ayrılıq və Ceremi ilə məhəbbət yaşayır. `Lakin sonra Viki Deymon tərəfindən öldürülür və Yelena Deymondan xahiş edir ki, acısını yadından çıxarmaq üçün Ceremini hər şeyi yadından çıxarmağa məcbur etsin. Bundan sonra Ceremi daha qərarlı olur və dərmanları qəbul etməyi dayandırır. Daha sonra Ceremi Anna adlı bir vampir qızla məhəbbət yaşayır, lakin birinci sezonun sonunda Anna Cereminin dayısı (Yelenanın atası) Con Gilbert tərəfindən öldürülür. Ceremi bu itkiylə barışa bilmir və vampirə çevrilmək istəyir. Bu məqsədlə vaxtilə Annadan aldığı qanı içir, lakin onun çevrilmə istəyi uğursuzluqla nəticələnir. Daha sonra Con Gilbert ona bütün fövqəltəbii qüvvələrdən qoruya bilən üzük bağışlayır. İkinci sezonda Ceremi Yelenanın rəfiqəsi Boniylə əlaqə yaşamağa başlayır. Klausun qurbanvermə mərasimində Ceremi həm dayısını, həm də xalasını itirir və Yelena kimi himayəçisiz qalır. İkinci sezonun sonunda Ceremi təsadüfən Şerif Forbs tərəfindən açılan atəşlə öldürülür, lakin Boni onu yenidən həyata qaytara bilir. İkinci sezonun sonunda Ceremi evdə Vikini və Annanı görür.
Yelena və Cereminin xalası olan Cena Sommers rolunu birinci və ikinci sezonda Sara Kanninq canlandırıb. O, onların anası Miranda Sommers Gilbertin bacısıdır. Bacısı və onun əri avtomobil qəzasında öldükdən sonra Cena onların övladlarını himayəyə götürür. Serialın başlanğıcında Cena öz rolunun – himayəçiliyin öhdəsindən yaxşı gələ bilmir, lakin bir qədər sonra o uşaqlarla dil tapa bilir. Cena xəbərlər aparıcısı Loqan Fillə görüşür, lakin Loqan Anna tərəfindən vampirə çevirilir və tarix müəllimi Alarik Zoltsman tərəfindən öldürülürə Bu hadisədən sonra Cena şəhəri tərk eləmək qərarına gəlir. Lakin tezliklə Cena Alariklə görüşməyə başlayır. Con Gilbert Alariklə Cenanın əlaqələrinə mane olmağa çalışsa da bir şey alınmır. Lakin bir gün Alarikin vampirə çevrilmiş arvadı və Yelenanın anası olan İzobel Fleminq Cenanın qapısında peyda olanda Cena Yelena və Alarikə qarşı əsəbləşir. Onlar vampirlər haqqındakı həqiqətləri Cenaya danışmağa məcbur olurlar. Daha sonra Cena Klaus tərəfindən qurbanvermə ritualında istifadə edilmək üçün vampirə çevirilir. Cena həmin mərasimdə Yelenanın gözü qarşısında öldürülür.
Yelenanın ən yaxın rəfiqəsi olan Boni Bennet rolunu ilk seriyadan etibarən Kat Qreham yaradıb. Onlar eyni zamanda Kerelayn Forbsla da yaxın rəfiqədirlər. Serialın başlanğıcında Boni öyrənir ki, cadugərlər sülaləsinin nümayəndəsidir və özü də bir cadugərdir. Boninin nənəsi də güclü cadugər olur və o, Boniyə gücünü istifadə etməyi, yönləndirməyi və idarə etməyi öyrədir. Nənəsinin ölümü Boniyə çox pis təsir edir, lakin o məşqlərinə davam edərək gündən-günə daha da güclənir. İkinci sezonun ortalarından o, Yelenanın kiçik qardaşı Ceremi Gilbert ilə görüşməyə başlayır. Daha sonra o, cadugər oğlan olan Luka Martinlə tanış olur və öyrənir ki, ölmüş cadugərlərin gücündən istifadə etmək olar. Boni yüz ölmüş cadugərin gücünü əldə edir. Deymonla birgə qurduqları plana əsasən Yelenanı müdafiə etmək məqsədilə Boni Klausu öldürmək üçün öz gücündən istifadə etməli və bundan sonra özü də ölməli idi. Lakin bu plan baş tutmur. İkinci sezonun sonunda Boni Şerif Forbs tərəfindən təsadüfən öldürülmüş Ceremini həyata qaytarmaq üçün öz gücündən istifadə edir və qohumu olmuş, ölmüş cadugər Emili Bennetdən ona yardım etməsini xahiş edir.
Yelena və Boninin rəfiqəsi olan Kerelayn rolunu serialın ilk seriyasından etibarən Kandis Akkola canlandırıb. Kerelayn Mistik Follsun şerifi Liz Forbsun qızıdır, lakin onların əlaqələri heç də yaxşı deyil. Atası gey olduğundan onu və anasını tərk etmişdir. İlk seriyalarda o, küskün, özünə qapalı və Yelenanın paxıllığını çəkən bir insandır, alkin sonrakı seriyalarda onun əslində çox yaxşı bir insan, qayğıkeş dost olması ortaya çıxır. Yelenanın Stefanla görüşməsindən bir müddət sonra, keralayn da Metlə görüşməyə başlayır.
İkinci sezonda Keralayn Ketrin Pirs tərəfindən öldürülür və Deymon öz qanını ona içirərək onu vampirə çevirir. Bu hadisədən sonra kerelayn oğlanları öldürərək onların qanıyla qidalanmağa başlayır. Stefan Salvatore Keralayna qana olan həvəsini idarə etməyə yardım edir və onlar arasında dostluq münasibətləri başlayır. Vampirə çevrildikdən sonra, o Yelenaya daha da bağlanır. Keralayn başa düşür ki, Metə yaxın olduğu zaman özünü saxlaya bilmir və onu dişləmək istəyir. Buna görə də onun təhlüksəsizliyini təmin etmək üçün Metdən ayrılmaq qərarına gəlir. Tayler Lokvud cabavar adama çevirildikdən sonra Keralayn ona yardım edir və yavaş – yavaş içində ona qarşı romantik hisslər baş qaldırır. Lakin Keralayn hələ də Meti sevir və onlar tez-tez görüşməyə başlayırlar və bu arada Tayler şəhəri tərk edir. Keralayn Metə vampir olduğunu etiraf edir və o bunu qəbul edə bilməyərək xahiş edir ki, bütün söylədiklərini onun yaddaşından silsin. Lakin Met özünü hər şeyi unutmuş kimi göstərsədə, bu əksinə olur və Şerif Forbsun planına əsasən Keralaynın söylədiyi hər şeyi ona anlatdı. Lakin sonra Met Keralayna heç də hər şeyi unutmadığını etiraf edir və bildirir ki, anası onun vampir olması haqqında hər şeyi bilir. Sonra o, vampir olması ilə barışa bilmədiyi üçün Keralayndan ayrılır. Sonda anası Keralaynın vampir olmasını və hələ də onun qızı olması ilə barışır. İkinci sezonun sonunda Tayler yenidən Mistik Follsa dönür və Met və Keralaynın ayrılması onda ümidlər yaradır.
Yelenanın keçmiş sevgilisi Metyu "Met" Donovan rolunu ilk seriyalardan etibarən Zaq Reriq yaratmışdır. Viki Danovan Metin böyük bacısıdır və o, daim bacısının qayğısını çəkir. Viki öldükdə Met böyük sarsıntı keçirir. Metin ən yaxın dostu Tayler Lokvuddur və o eyni zamanda məktəb futbol komandasının yarım müdafiəşisidir. O eyni zamanda "Mystic Grill" kafesində ofisiant kimi də çalışır. Valideynlərinin ölümündən sonra Yelena Metdən ayrılsa da, Met ona qarşı hələ də sevgi hiss edir və onunla əlaqələrini bərpa etməyə çalışır. Lakin daha sonra o Keralayn Forbsla görüşməyə başlayır. İkinci sezonda Keralayn vampirə çevirildikdən sonra, onun təhlüksizliyini təmin etmək üçün Metdən uzaqlaşır. Lakin sonra onlar yenə də birlikdə olurlar. Keralayn Metə vampir olduğunu etiraf edir və o bunu qəbul edə bilməyərək xahiş edir ki, bütün söylədiklərini onun yaddaşından silsin. Lakin Met özünü hər şeyi unutmuş kimi göstərsədə, bu əksinə olur və Şerif Forbsun planına əsasən Keralaynın söylədiyi hər şeyi ona anladır. Lakin çox çalışmasına baxmayaraq Met Keralaynın vampir olmasını qəbul edə bilmir.
Met Danovanın bacısı olan Viktoriya "Vikki" Donovan rolunu birinci sezonun ilk yeddi seriyasında və ikinci sezonun final seriyasında qonaq ulduz kimi Kayla Yuell yaratmışdır. Viki mürəkkəb xasiyyətli qızdır və dərman asılılığı var. Anaları onları tərk edəndən sonra, Viki qardaşı Metin də qayğısını çəkir. İlk seriyalarda o Tayler Lokvudla görüşür, lakin Ceremi Gilbert də onu sevir. Viki anlayır ki, o da Ceremiyə qarşı məhəbbət hiss edir və Taylerdən ayrılıb Ceremi ilə görüşməyə başlayır. Daha sonra Viki Deymon Salvatore tərəfindən vampirə çevirilir. Vampirə çevirildikdən sonra o qana olan həvəsini idarə edə bilmir və Ceremiyə hücum edəndə Stefan ümidini itirərək onu öldürür. Stefan və Deymon Ceremini inandırırlar ki, Viki şəhəri tərk edib. Birinci sezonun sonrakı seriyalarında onun cəsədi Keralayn Forbs tərəfindən tapılır və bu Met və Ceremiyə pis təsir edir. İkinci sezonun finalında Ceremi Boni tərəfindən həyata qaytarıldıqdan sonra Viki və Anna evdə Cereminin qarşısına çıxır.
Şəhər meri Riçard Lokvud və Karol Lokvudun övladı olan Tayler Lokvud rolunu ilk seriyadan etibarən Maykl Trevino yaradıb. Ən yaxın dostu Met Danovan olan Tayler məktəbin futbol komandasında oynayır. Taylerin ona qarşı bəzən çox sərt hərəkətlər edən atasıyla əlaqələri o qədər də yaxşı deyil. Lakin atası öldüyü zaman Taylerin həqiqətən də çox kədərlənməsi görünür. İlk seriyalarda Tayler özündən razı, vecsiz və kobud insan kimi təsvir edilir. O, ilk seriyalarda Viki Danovanla görüşsə də, daha sonra Viki əslində Ceremi Gilberti sevdiyini anlayıb ondan ayrılır və bu iki oğlan arasında rəqabətin yaranmasına gətirib çıxarır. Sonrakı seriyalarda Tayler əmisi Meyson Lokvuddan öyrənir ki, onların ailəsində canavar adam qanı var. Ketrin Pirs tərəfindən hazırlanmış tələyə düşən Tayler təsadüfən Saranı öldürür və bu hadisə onun çevrilmələrinin başlamasına səbəb olur. Əvvəllər dostluq münasibətləri olmayan vampir Keralayn Forbs Taylerə ilk çevirilməsini həyata keçirməyə və yeni həyatına uyğunlaşmağa kömək edir. Tayler Keralayna qarşı yaxınlıq hiss etməyə başlayır, lakin şəhərə gələn Culs və digər canavar adamlar dayısının ölümündə Keralayn və digər iki vampir Stefan və Deymon Salvatorelərin günahkar olduğunu söylədikdən sonra Tayler onları günahlandırır. Keralayn canavar adamlar tərəfindən təkləndiyi zaman Taylerin sadəcə olanları izləyərək ona kömək etməməsindən sonra Keralayn onunla bütün əlaqələri kəsir və Tayler Culsla birgə şəhəri tərk edir. Lakin anası xəstəxanada olan zaman o şəhərə qayıdır və Keralaynla da əlaqələrini bərpa edərək Mistik Follsda qalmaq qərarına gəlir.
Mistik Folls məktəbində tarix müəllimi olan Alarik Zaltsman rolunu ilk seriyalardan on üçüncü seriyaya kimi köməkçi, on dördüncü seriyadan sonra isə əsas obraz kimi Mett Devis yaratmışdır. Alarik şəhərə onun arvadını öldürdüyünü güman etdiyi Deymon Salvatoreni öldürmək məqsədilə gəlmişdi. Lakin o sonra öyrənir ki, arvadı İzobel Fleminq heç də ölməyib, Deymon öz istəyi ilə onu vampirə çevirib. Bundan sonra Deymonla Alarik arasında dostluq əlaqələri yaranır. İzobel Alarikə onu hərhansı föqəltəbii gücün öldürməsindən qoruyacaq üzük verib, lakin sonra Con Gilbert həmin üzüyü Alarikdən almağa çalışır. Şəhərə gəldikdən sonra Alarik Cena Sommers ilə görüşməyə başlayır. İkinci sezonda Con onların münasibətinə mane olmağa çalışır. Cena İzobellə rastlaşadıqdan sonra isə Alarikin ondan bəzi şeyləri gizlətdiyini öyrənib ondan ayrılır. Daha sonra Alarikin bədəni Klaus tərəfindən istifadə edilir. Klaus öz bədənini dünyaya qaytarana qədər onun bədənində yaşayır. Lakin sonra Klaus Alarikin bədənini tərk edir və onlar yenidən Cena ilə görüşməyə başlayırlar. Bu münasibətlər Cenanın Klaus tərəfindən ritualda istifadə edilib öldürülməsinə qədər davam edir.
İkinci sezonda yardımçı obraz kimi yaradılmış və üçüncü sezonda da iştirak edəcək, ən qədim vampirlərdən biri, serialın əsas qəhrəmanlarından olan, daha çox Klaus adı ilə tanınan Lord Nikolay obrazını Cozef Morqan yaratmışdır. Elayca da daxil olmaqla o və onun ailəsi dünyada ən qədim vampir ailələrindən biridir. Klausun anası ərinə xəyanət etmiş, ona görə də Klaus vampir/canavar adam kimi hibrid varlıq olmuşdur. Lakin onun canavar adam gücü dünyanın ən güclü cadugərlərindən (şamanlar) ibarət qrup tərəfindən ay daşında gizlədilmişdir. Onun canavar adam gücünün qaytarılması üçün ritual həyata keçirilməlidir ki, bu ritualda da vampir, canavar adam və Petrova bənzərləri (Ketrin və Yelena) qurban verilməlidir. O saxta lənət (ay və gün lənəti) yaratmış, həmin lənətə görə vampirlər yalnız gecə bayıra çıxa bilir, canavar adamlar isə yalnız ay bədirlənəndə güclərinə tam şəkildə sahib olurlar. Özü isə Petrova bənzərlərinin axtarışlarına başlamışdır. Həmin bənzərlərdən ilki olan Katerina Petrovanı o tapsa da, Katerina (Ketrin Pirs) ay daşını da götürərək Klausun yanından qaçaraq vampirə çevirilir və artıq ritual üçün yararsız olur. Bundan sonra Klaus Katerinanın oxşarını axtarmağa başlayır və bu axtarışlar əsrlərlə davam edir. Yüz illər sonra Klaus İzobel Zoltsmanın vasitəsilə Katerinanı və onun bənzəri olan Yelana Gilberti tapır. O, Katerinanı ələ keçirir və özünə əziyyət verməyə məcbur edir. Eyni zamanda öz bədəni gətirilənə kimi Alarik Zoltsmanın bədənindən istifadə edir. Lazım olan elementlər – ay daşı, canavar adam – Culs, Petrova bənzərlərindən Yelena Gilberti ələ keçirdikdən və Cenanın vampirə çevirdikdən sonra ritualı gerçəkləşdirməyə başladı. Ancaq Boni Bennet və valideynlərini öldürdüyünüə görə Klausa əsəbiləşmiş Elayca çevirilmə baş tutmamışdan əvvəl Klausu öldürmək qərarına gəlmişdilər. Lakin ritual zamnı Boni yüz cadugərin gücü ilə Klausu öldürmək istəyərkən Klaus Elaycaya valideynlərini öldürmədiyini və onların yanına apara biləcəyini söylədi. Elayca ona görə də Klausun öldürülməsinə icazə vermir, lakin Klaus tam şəkildə gücə malik olduqdan sonra Elaycanı öldürdü. Daha sonra o Stefanı yenidən insan qanı içməyə məcbur etdi.
Mistik Follsun şerifi və Keralaynın anası olan Şerif Elizabet "Liz" Forbs rolunu birinci seriyadan etibarən Marqaret Maklinter yaratmışdır. Onun əri başqa bir kişini sevdiyinə görə ailəsini tərk etmişdir. O, Lokvudların malikanəsində təşkil edilən "Şəhərin baniləri günü"nün təşkilatçılarındandır. Keçirilən həmin mərasimdə məlum olur ki, onun qızı ilə əlaqələri heç də yaxşı deyil. Lakin sonrakı hadisələr göstərir ki, Liz öz qızını çox sevir və onunçün əlindən gələni etməyə çalışır. Şerif Forbs, eyni zamanda Mistik Follsu vampirlərdən müdafiə edən məxfi Banilər Məclisinin üzvüdür. Liz Loqan Fillə birgə əsas vampir ovçularıdır. Loqan öldürüldükdən sonra Liz cəsədi gizlincə dəfn edərək onun Baham adalarına səyahətə getdiyini söyləyir. Lakin sonea Loqan vampir kimi şəhərə dönür və Keralaynı vampirə çevirərək ondan Lizə qarşı istifadə etməyə çalışır. Lakin Deymon Salvatorenin müdaxiləsi ilə Keralayn qorunur. Sonrakı seriyalarda da Lizin şəhəri vampir hücumlarından qorumağa çalışdığı görünür. Deymon gizli məclisin üzvü olmaq və Lizin gözündə qəhrəman kimi görünmək üçün üçün şəhərə Stefanı görmək üçün gəlmiş köhnə dostu vampir Leksini öldürür və cəsədini şerifə təhvil verir. Liz ona gövənərək məclisin gələcək planları haqqında öyrənməsinə icazə verir və onun vampir olmasından şübhələnmir. Birinci sezonun sonunda Liz məclisə rəhbərlikdən imtina edir, çünki, məclis üzvlərindən olan Con Gilbertin vampirlərin türbəsinə basqınla bağlı planı ilə razı deyildi. Lakin o sonnra Karol Lokvud tərəfindən qorunsa da, onlar bələdiyyə başçısı Lokvudu qoruya bilmirlər və o vampirlərlə birgə yanır. Sonra Liz öyrənir ki, onun başı vampirlərin öldürülməsinə qarışdığı zaman qızı avtomobil qəzası keçirib və hospitala yatırılıb.
İkinci sezonda Liz qızının tez toparlana bilməsindən şad olur, hər halda o qızının vampirə çevrilməsi haqqında heç nə bilmir. Karol Lokvud Lizin yanına gələrək ondan ərinin qatillərinin tapılmasını tələb edir və Liz kömək üçün Deymona müraciət edir. Deymon isə, hər iki xanıma xatırladır ki, onlar bir mövqedə mübarizə aparırlar. Sonra Meyson Lokvud Lizə Stefan və Deymon Salvatore qardaşlarının vampir olduğunu söyləyir. Əvvəlcə o buna çox sərt reaksiya verərək, vampirlərə qarşı mübarizə aparan məclisin dostu olan Deymonun vampir olmasına inanmır. Daha sonra o, Deymonun içkisinə yarpız qataraq onun vampir olmasını dəqiqləşdirir. Bunu Meysonun etdiyini zənn edən Stefan və Deymon onu meşədə tutub cəzalandırmaq istəyərkən, qəflətən Liz peyda olur və arxadan onların hər ikisini güllələyir. Liz qardaşların hər ikisini bağlayaraq onlardan necə gün işığına çıxdıqlarını öyrənmək istəyərkən birdən Yelena gəlir və onları azad etməyi xahiş edir. Daha sonra isə Keralayn peyda olur və oradakı bütün polis işçilərini dişləyərək ölüdürür. Liz Salvatoreləein malikanəsinə aparılır və daha sonra qızı onun yaddaşını silir. Qızının vampir olduğunu öyrəndikdən sonra o, Deymondan xahiş edir ki, Keralaynı ondan uzaq tutsun və artıq qızının olmadığını bildirir. Keralayn isə anasının sözlərinin hamısını eşidir. Daha sonra Met Danovan vampirlər haqqında həqiqətləri öyrəndikdən sonra hər şeyi Lizə anladır. Liz daha sonra bir müddət Metdən qızı haqqında bəzi şeyləri öyrənib ona söyləməsi üçün istifadə edir. Liz Deymona atəş açaraq onu öldürmək istədiyi halda Ceremini öldürür. Bu qətldən sonra Liz şoka düşür, lakin Boni öz fövqəltəbii gücündən istifadə edərək Ceremini yenidən həyata qaytarır.
Mistik Follsun bələdiyyə başçısı və Tayler Lokvudun atası olan Riçard Lokvud obrazını serialın birinci sezonunda Robert Pralgo yaratmışdır. Onun oğlu ilə münasibətləri o qədər də ürəkaçan deyil və o daim ailə üzvləri üzərində ağalıq etməyə çalışır. Taylerin Met Danovan və Ceremi Gilbertlə olan davalarından sonra o oğlunu ciddi tənqid edir. Onun Karol Lokvudla uğurlu olmayan evliliyi var və onlar da tez-tez savaşırlar. Riçard eyni zamanda Pörllə flört edir. Birinci sezonun sonunda Şerif Forbsun qarşı çıxmasına baxmayaraq Banilər Günündə Cona Gilbert və Riçard Lokvud vampirlərə qarşı hücuma keçirlər və bu Riçard Lokvudun ölümü ilə nəticələnir.
Riçard Lokvudun arvadı və Taylerin anası olan Karol Lokvud rolunu birinci sezondan etibarən Syuzan Valters yaratmışdır. O, məxfi Banilər Məclisinin üzvü olsa da, canavar adamların varlığı haqqında heç bir məlumata malik deyildi. Karolun əri Riçardla evliliyi uğursuzdur və onlar xoşbəxt deyillər. Ərinin öldürülməsindən sonra, Karol Şerif Forbsun yanına gələrək, təcili qatil vampirlərin tələb edir. İkinci sezonda Karol Elaycanın cadugəri tərəfindən pilləkəndən yıxılaraq yaralanır və hospitala salınır. Bu vasitəylə Taylerin yenidən şəhərə dönməsi təmin edilir.
1864-cü ildə Ketrinin köməkçisi olmuş çox güclü cadugər Emili Bennet rolunu, birinci və ikinci sezonda Biyanka Lavson canlandırmışdır. O, 1692-ci ildə Massaçusetts Körfəz Koloniyasında "Salem Cadugərlik Yoxlamaları" zamanı cadugərlikdə günahlandırılmış bir qadının nəslindən idi. Emili eyni zamanda Boni Bennetin dördüncü nəsildən nənəsidir. O, Ketrin, Pörl, Anna, Harper, Deymon və Stefan Salvatorelərə günəş şüaları altında gəzmələrinə imkan verən sehirlənmiş zinət əşyaları vermişdir. O həmin vampirlərə üzdə kömək etsə də, arxada onlara qarşı mübarizə aparır və özünün icad etdiyi vampirləri yaralayan silahı Conatan Gilbertə verir. Şəhərin banisini olan ailələr vampirlərlə əhatələndiyi zaman Emili və Deymon Salvatore qarşılıqlı anlaşma əldə edirlər. Belə ki, Deymon Emilinin gələcək nəslini qorumağı, Emili isə Katerinanı digər 26 vampirdən qorumağı öhdəsinə götürür. Daha sonra Emili şəhərin banisi olan ailələr tərəfindən tələyə salınaraq yandırılır və onun mülkü, o cümlədən tilsimlərini yazdığı kitablar Cüzeppe Salvatorenin sərdabəsində dəfn edilir. Şəhər əhalisi Emilinin uşaqlarının ardınca gəldikdə isə, Deymon onları xilas edir. Birinci sezonda Emili, Deymonun Ketrinin türbədən çıxartmasına mane olmaqda kömək edir. İkinci sezonda Boni vaxtilə cadugərlərin yandırıldığı yerə gələrək, Emili də daxil olmaqla yüz ölmüş cadugərin gücünü əldə edir. Daha sonra Deymonu canavar adam dişlədikdə Stefan və Boni yenidən həmin yerə qayıdaraq ölmüş cadugərlərlə əlaqə saxlayır və bunun müalicəsi olması haqqında soruşurlar. Bu zaman Emili Boninin bədəninə girərək Stefana deyir ki, Deymonu xilas etməyəcək. Lakin Boni özünə gəldikdə ölmüş cadugərlərin Klausun qanının Deymonu sağalda biləcəyindən danışdığını bildirir. Ceremi Şerif Forbsun açdığı atəşlə öldükdən sonra Boni yenidən Emiliyə müraciət edir və onu həyata qaytarmaq üçün yardım istəyir.
Anasını vampirlərin türbəsindən xilas etmək üçün Mistik Follsa gəlmiş vampir Anabella "Anna" rolunu birinci və ikinci sezonda Meliz Cou canlandırıb. Anna əvvəlcə kitabxanada görünür və burada Ceremi Gilbertlə dostlaşır. O, tarix dərsindən tapşırıqları həll etməkdə Ceremiyə kömək edir. Anna hələ 1864-cü ildə Mistik Follsda anası Pörllə birgə yaşadığı dövrdə vampirə çevirilmişdi. O, anası da daxil olmaqla 26 vampirin saxlandığı türbəni açaraq anasını xilas etmək istəyir. O, anasını qorumaqda ona kömək etmələri üçün Noa və Ben Nakkittrikləri vampirə çevirir. O, eyni zamanda atası Onoriya Filin gündəliyini ələ keçirmək üçün Loqan Fili vampirə çevirir. Daha sonra isə Conatan Gilbertin gündəliyini ələ keçirmək üçün Ceremi Gilbertlə dostlaşır. Dana sonra isə Bonini türbəni açmağa məcbur etmək üçün Yelena Gilberti qaçırır, lakin qızlar hər iki Stefan Salvatore tərəfindən müdafiə edilir. Lakin sonra Boni Deymonun Ketrin Pirsi çıxarması üçün türbəni açdığında Anna içəri girə və anasını xilas edə bilir. Lakin daha sonra bəlli olur ki, o bilirmiş ki, ketrin türbədə deyil, lakin anasını xilas edə bilməsi üçün Deymonun Ketrinin orada olmasına inanması lazım idi.
Bir müddət sonra Ceremi ilə Anna arasında romantik hisslər yaranmağa başlayır. Lakin Ceremi onun insan olmadığından şübhələndiyi zaman kiçik bir yoxlama keçirir və əlini kəsərək qanını Annaya göstərir və ona qanından içməyə icazə verir. Daha sonra Cereminin otağında oturub söhbət edərkən Ceremi onu nə zaman dişləmədiyini soruşur, o isə "Bilmirəm. Ola bilsin ki, sənin kimi oğlanların qanını içməyi sevmirəm" deyə cavab verir. Daha sonra Ceremi onu da vampirə çevirməyi xahiş etdikdə Anna bundan imtina edir. Anası Annanın bir insanla görüşməsinə qarşı çıxır. Anna onların münasibətlərini anasından, Ceremi isə Conatan Gilbertdən gizlətməyə çalışır. Lakin bir dəfə "Mystic Grill" kafesində qızını Ceremi ilə birgə görür. Lakin tezliklə Anna və anasının sonu çatır. Conatan Gilbertin xəyanətindən sonra Pörlün həyatı sona çatır. Əsəbiləşən Anna Ceremini vampirə çevirməyə razılıq verir. Lakin bu zaman Anna öyrənir ki, Cereminin vampirə çevirilməsi, ilk sevgisi Viki Danovanla bağlıdır. Bir müddət onlar aralarında məsafə saxlamağa çalışsalar da, sonra bir – birlərinə qarşı ciddi hissləri olduğunu anlayırlar. Bunun ardınca Anna Ceremi ilə birlikdə ola bilmək üçün məktəbə yazılır və onların arasında romantik münasibət yaranır. Lakin elə bu ərəfədə Annanın anası Pörl, Cereminin dayısı Con Gilbert tərəfindən faciəvi şəkildə öldürülür. Buna baxmayaraq Anna intiqam ardınca qaçmır. Anasının öldürülməsindən sonra Cereminin otağına gələn Anna göz yaşları içində baş verənləri ona anladır. Valideynlərini itirmiş iki gənc arasında daha bir yaxın mövqe yaranır. "Şəhər baniləri günü"ndə Anna öz qanı ilə doldurduğu kiçik bir qabla Cereminin yanına gəlir və ona deyir ki, əgər onun qanını içib ölsə vampirə çeviriləcək. Ceremi bu qərarında hələ əmin olmasa da Anna qanını ona verib azad seçim imkanı yaradır. Con Gilbert vampirləri gücsüz hala gətirən cihazı işə saldıqda Anna hələ də Cereminin yanında idi. Polis nəfəri də onu elə buradaca tapır və 1864-cü ilin planına uyğun olaraq yenidən bütün vampirləri bir türbəyə yığmağa başlamaq üçün Gilbertlərin zirzəmisinə gətirirlər. Con Gilbert otağa girib Annanın da digər vampirlərin arasında yerdə uzandığını gördükdə, onun ölümünü bir az asanlaşdırmaq üçün ürəyinə sopa soxaraq elə otaqdaca öldürür. Deymon hər şeyi görür və Ceremiyə danışaraq kömək etmək istədiyini, lakin bacarmadığını bildirərək, üzr istəyir. Annanın bədəni də digər vampirlərlə birgə yandırılır. Ceremi Deymondan vampir olmağın pis ya yaxşı olmasını soruşur, o isə hissləri yaddan çıxarmağın ən yaxşı yolu olduğunu bildirir. Ceremi əvvəlcə Annanın verdiyi qanı, daha sonra isə bir neçə yuxu dərmanı içir. Bununla o vampirə çeviriləcəyini və həyatındakı bütün uğursuzluqları yadından çıxaracağını düşünür. İkinci sezonun sonunda Boninin Ceremini yenidən həyata qaytarmasından sonra Anna Viki Danovanla birgə onun gözünə görünür.
Ketrin Pirsin nəslindən olan Yelena Gilbertin bioloji anası İzobel Flemminq rolunu birinci və ikinci sezonda Mia Kirşner canlandırmışdır. İzobel hələ gənc olanda onun Con Gilbertlə əlaqəsi olmuş və Yelena dünyaya gəlmişdir. İzobel hamilə olduğu zaman Con onu, işlərində ona yardım edən qardaşı Qreyson Gilbertin yanına gətirmişdir. Yelena dünyaya gəldikdən sonra isə İzobel onu Qreyson və onun arvadı Miranda Gilbertə övladlığa vermişdir. İzobelin sonrakı həyatı haqqında o bəllidir ki, o məktəbdə qrup rəhbəri olmuş və Trudi Petersonla dostluq etmişdir. Daha sonra o, fəaliyyətinə Dyuk Universitetində davam etmiş və burada fövqəltəbii qüvvələri öyrənməyə çalışmışdır. Həyatının sonrakı dövründə o, Alarik Zoltsmanla qarşılaşmış və evlənmişdir. Daha sonra o vampirlərin əhatəsinə düşmüş, DeymonSalvatoredən onu da vampirə çevirməyi xahiş etmişdir. Rəsmi olaraq İzobel ölmüş kimi qeydiyyata götürülmüş, Alarik isə onları birlikdə gördükdən sonra arvadının Deymon tərəfindən öldürüldüyünü güman edərək, qisas almaq qərarına gəlmişdir.
Yelena bioloji anasının İzobel olduğunu öyrəndikdən sonra onu axtarmağa başlamış, lakin o mümkün qədər Yelenadan qaçmışdır. Lakin bir müddət sonra o, "Mystic Grill" barına gələrək burada Alariklə görüşür. O, söyləyir ki, qızı ilə görüşmək istəyir və şəhərdə ona mane olacaq hər kəsi öldürməyə hazırdır. İkinci sezonda məlum olur ki, İzobel qızını Klausdan qorumaq istəyir. O, Yelena ilə görüşərək, Deymondakı ay daşını alaraq ona verməsini istəyir. Yelena razılaşmadıqda isə Frenk və Çeridən istifadə edərək onun yaxınlarına ziyan vuracağını bildirir. Yelenanı qorxutmaq üçün Meti yaralayır, Ceremini isə qaçırtdırır. Yelena Deymonu daşı İzobelə qaytarmağa məcbur edə bilir. Yelena daşı İzobelə verir. O isə Yelenaya söyləyir ki, Deymon onu sevir. Con öyrəndikdə ki, İzobel Yelenanı qorumağa çalışır, onlar türbədə saxlanan vampirləri və Salvatore qardaşlarını öldürərək Yelenanı müdafiə etmək qərarına gəlirlər. Şəhəri tərk etməzdən əvvəl, İzobel Alariki məcbur edir ki, onu unutsun və etiraf edir ki, vampirə çevirilmək səhv addım idi.
İkinci sezonda yenidən şəhərə dönən İzobel Cenanın evinə gələrək özünü Yelenanın anası kimi təqdim edir, lakin Yelena onu içəri dəvət etməkdən imtina edərək qapını üzünə örtür. Lakin növbəti gün Con İzobelə güvənərək onu evə dəvət edir. İzobel Yelenaya əgər istərsə onu Klaus təhlükəsindən uzaq yerə apara biləcəyini söyləsə də, Yelena imtina etdi. Daha sonra İzobel Ketrinlə görüşərək, Klausla danışdığını, Yelena və ay daşını ona verərək Ketrin üçün azadlıq alacağını söylədi. Bundan sonra Ketrindən Salvatore qardaşlarının evində olan ay daşını gətirməsini istədi. Daha sonra bəlli olur ki, İzobel qısqanclığı üzündən Condan Alarik və Cenanı ayırmasını istəmişdi. Sonra İzobel Elenanı onun özü üçün də məzar daşı qoyulmuş qəbirsanlığa gətirdi. Burada bəlli olur ki, izobel müxtəlif yollarla Yelenanın təhlükəsizliyini təmin etməyə çalışırmış. Qəbirsanlıqda İzobel Yelenaya insan olarkən onu tanımaq arzusunu bildirir. Daha sonra Madoksdan gələn telefon zəngi ilə Yelenanı azad buraxan İzobel barmağıdakı onu qoruyan üzüyü çıxararaq intihar etdi və günəş şüaları aıtənda yanaraq Yelenanın gözü qarşısında külə döndü.
Qreyson Gilbertin kiçik qardaşı Conatan "Con" Gilbert rolunu birinci və ikinci sezonda Devid Anders yaratmışdır. Gəncliyində qardaşı əmiləri Conatan Gilbertin gündəliyindən oxuduqlarına əsasən ona vampirlər haqqında danışmışdı. Gənc olarkən İzobel Flemminqlə əlaqəsi olan Conun bu əlaqədə qızı – Yelena Gilbert dünyaya gəlmişdi. Yelena uzun müddət atasının Con olduğunu bilməsə də, o həmişə qızını qorumağa çalışırdı. Birinci sezonun finalında Con evdə Ketrinin hücumuna məruz qalır və Ketrin onun barmağını kəsir. İkinci sezonda Yelenanın xahişi ilə Stefan Cona qızının onu burada görmək istəmədiyini bildirir. Daha sonra o, barmağındakı sehirli üzüyü, Ceremiyə bağışlayır və Mistik Follsu tərk edir. Lakin bir müddət sonra o, yenidən şəhərə qayıdır və Yelenanın bioloji atası olduğunu bildirir.
Ən qədim vampirlərdən olan Elayca rolunu ikinci sezonda Daniel Gilz canlandırmışdır. Əvvəlcə Klaus vaxtilə Katerina Petrova (Ketrin Pirs) tərəfindən oğurlanmış ay daşını axtarır. Səkkizinci seriyada Elayca Rouzun çağırışıilə gəlir. O, Rouz və Trevor adlı iki vampirlə əlaqə saxlayır və bu yolla Petrova bənzərlərindən Yelenayla tanış olur. Daha sonra Trevor yüz il əvvəl Katerinanı gizlətdiyi üçün cəzalandırılır – başı kəsilərək öldürülür. Elayca başqa bir cadugərlər ailəsinin qızını qaçıraraq ata və qardaşı onun istəklərini həyata keçirməyə məcbur edir. İkinci sezonun sonunda Boni Bennet və valideynlərini öldürdüyünüə görə Klausa əsəbiləşmiş Elayca çevirilmə baş tutmamışdan əvvəl Klausu öldürmək qərarına gəlmişdilər. Lakin ritual zamnı Boni yüz cadugərin gücü ilə Klausu öldürmək istəyərkən Klaus Elaycaya valideynlərini öldürmədiyini və onların yanına apara biləcəyini söylədi. Elayca ona görə də Klausun öldürülməsinə icazə vermir, lakin Klaus tam şəkildə gücə malik olduqdan sonra Elaycanı öldürür.
Deymon və Stefanın qohumu Zak Salvatore rolunu birinci sezonun ilk beş seriyasında Kris Vilyam canladırır və sonra Zak Deymon tərəfindən öldürülür.[2] Birinci sezonda xəbər jurnalisti Loqan Fil obrazı Kris. C. Conson tərəfindən yaradılmışdır. Onun Cena ilə qısa romantik münasibətləri olsa da, tezliklə Deymon tərəfindən öldürülür. Vampir kimi geri dönən Loqan bu dəfə Alarik tərəfindən öldürülür. Boninin nənəsi, güclü cadugər Şelia Bennet rolu birinci sezonda Cazmin Qay tərəfindən yaradılmışdır. O, Bonini qoruyur və gücünü idarə etməkdə ona kömək edir. O, vampirlərin türbəsini açmaq üçün gücünü həddən artıq sərf etdikdən sonra ölür. Annanın anası, vampir Pörl obrazı birinci sezonda Kelli Hyu tərəfindən yaradılmışdır. O, vampirlərin türbəsinə salınsa da, qızı tərəfindən xilas edilir və Con Gilbert tərəfindən öldürülür. Melinda Klark birinci sezonda Kelli Danovan rolunu canlandırmışdır. Kelli Met və Viki Danovanların anasıdır və o, qızı öldükdən sonra Mistik Follsa dönür.[3]
Qardaşının ölümüdən sonra Mistik Follsa gələn, Taylerin əmisi canavar adam Meyson Lokvud rolunu ikinci sezonda Tayler Kinni canlandırmışdır. O, Mistik Follsa Ketrin tərəfindən ay daşını əldə etmək üçünü göndərilsə də, Salvatore qardaşları tərəfindən öldürülür. Loren Kohan ikinci sezonda vampir Rous rolunu oynamışdır. O, Yelenanı oğurlayaraq Elaycaya versə də, Yelena Stefan və Deymon tərəfindən xilas edilir. Bundan sonra qardaşlarla əlbir olan Rouz, Deymonla romantik əlaqə yaşayır. Lakin qısa müddət sonra canavar adam Culsun dişləməsi ilə ölür. Brayton Ceyms ikinci sezonda cadugər Luka Martin rolunu canlandırmışdır. O, əvvəlcə Boniylə dostlasa da, daha sonra bəlli olur ki, o və atası Elayca üçün işləyirmişlər. O, Deymon tərəfindən yandırılaraq öldürülür. Lukanın atası cadugər Cons Martin rolunu isə ikinci sezonda Rendi C. Qudvin canlandırmışdır. O, öz qızını müdafiə etmək üçün məcburən Elaycaya yardım edir.[4] O, daha sonra Ketrin Pirs tərəfindən öldürülür.[5] İkinci sezonda şəhərə Meyson Lokvudun ölüm səbəbini araşdırmaq üçün gəlmiş canavar adam Culs obrazı Mişel MakManyus tərəfindən yaradılmışdır.[6] O, gənc canavar adam Tayler Lokvudu tapır və ona kömək edir. Daha sonra Culs Klaus tərəfindən keçirilən ritualda qurban verilərək öldürülür. Otuz yaşlı xəbər jurnalisti olan və Deymona qarşı maraq hiss edən Endi Star rolu ikinci seonda Davn Olivieri tərəfindən yaradılmışdır.[7]