Van üsyanı — 1895-ci ilin axırlarında erməni komitəsi üzvlərinin Qafqaz və İrandan Şərqi Anadolu regionuna külli miqdarda silah və sursat daşıyaraq Van ərazisində başlatdıqları üsyandır.
Van üsyanı | |||
---|---|---|---|
Həmidiyyə qırğınları | |||
Tarix | 3-11 iiyun 1896 | ||
Yeri | Osmanlı imperiyası, Van vilayəti, Van şəhəri | ||
Nəticəsi | Ermənilər silahsızlaşdırıldı, üsyançılar və mülki əhali qətlə yetirildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Erməni komitəsi üzvlərinin başçılığı altında baş vermiş olan üsyan nəticəsində regionda yaşayan ermənilərlə kürdlər arasında kəskin toqquşmalar baş vermişdir. Kazım Qarabəkir paşanın yazdıqlarına görə, 1895-ci ildə Vanda erməni-kürd münasibətləri çox yaxşı səviyyədə olmuş, lakin həmin ilin axırlarında erməni komitəsinin üzvləri tərəfindən kürdlərin ermənilərə qarşı təxribatları nəticəsində münasibətlər bunun tam əksi istiqamətində inkişaf etməyə başlamışdır.[2] 1895-ci ilin axırlarında erməni komitəsinin üzvləri Van quberniyasında güclü dəstələr yaradaraq özləri üçün Qafqazdan və İrandan külli miqdarda silah və sursatlar da gətizdirmişdirlər. Bundan əlavə, Hnçaq qruplaşmasının Daşnak qruplaşması ilə birləşməsi nəticəsində komitələr arasında mövcud olan fikir ayrılıqları da aradan qalxmışdır. Daha sonra üsyana rəhbərlik etmək və üsyana hazırlıq işlərini tamamilə başa çatdırmaq üçün Amerika, Rusiya və Bolqarıstan vətəndaşlarının da içlərində olduğu komitə üzvləri Rusiya və İrandan Van ərazisinə gələrək üsyanın hazırlıqlarına başlamışdırlar.[3] Həmçinin həmin ildə komitə üzvləri tərəfindən yerli əhali arasında düşmənçilik törədilir və ya Osmanlı ordusunun əsgərlərinə qarşı hücumlar təşkil edilirdi.[4] Regionda komitələrin üsyan qaldırmaq cəhdinin olduğunu başa düşən Osmanlı imperiyası Səadəddin Paşanı regiona göndərərək regionda yaradılması nəzərdə tutulan düşmənçiliyi aradan qaldırmağı hədəfləmişdir. Regionda mövcud olan problemləri həll etmək üçün Səadəddin Paşa erməni və kürd kəndlərinə baş çəkmiş və hadisələrin inkişafını teleqramla İstanbula çatdırmışdır.[5] Lakin Osmanlı administrasiyasının bütün səylərinə baxmayaraq, ermənilərlə kürdlər arasında yaranmış olan gərginliyin qarşısını almaq mümkün olmamış və kürdlərdən ibarət Həmidiyyə alayları ermənilərə qarşı hücumlar həyata keçirmişdirlər. Uzun müddətdir ki, üsyana hazırlaşan Erməni Komitəsinin üzvləri 1896-cı il iyun ayının 5-də Van vilayətində Həmidiyyə alayları Vandakı ermənilərə hücum etmək ərəfəsində olarkən üsyan qaldırmışdırlar. Erməni komitəsinin üzvləri Vandakı bütün erməniləri Həmidiyyə alaylarının hücumlarına qarşı müdafiə edə bilmək üçün bu ərazidə yaşayan bütün erməniləri silahla təchiz etmişdirlər. Odlu silahlarla silahlanmış olan ermənilər kürdlər cavab vermiş və beləliklə də hücum zamanı mülki əhalinin tələfatının qarşısını almışdırlar.[6] Erməni inqilabi qüvvələri üsyan prosesində Avropanın diqqətini yenidən erməni məsələsi istiqamətində yönəltməyə çalışmışdırlar. Ermənilərlə Həmidiyyə alayları arasında gedən qarşıdurmalar getdikcə genişlənmiş və hadisələr Adilcevaz və Ercişə yayılmışdır.[7] Erməni inqilabçıları Van istiqamətində hərəkət edərkən ətrafdakı kürd tayfalarının hücumları nəticəsində böyük itkilər vermiş və beləliklə də onların sayları azalmışdır. Həmçinin onların İrandan gözlədikləri qüvvələr geri qayıtmış və beləliklə də ermənilər çətin vəziyyətə düşmüşdürlər. Lakin sonrakı dövrdə qarşıdurmalar artmış və üsyan Abak və Erçek ərazilərinə yayılmışdır.[8]
Üsyan genişləndikdən sonra Müşir Zəki Paşa Ərzincana gələrək 20 batalyon əsgəri Vana göndərmiş və hadisələr yalnız 24 iyun 1896-cı ildə tam olaraq nəzarət altına alınmışdır. Lakin 1896-cı il sentyabr ayının 10–15-i arasında yenidən şiddətlənən hadisələrdən sonra xüsusilə kürdlərlə ermənilər arasında uzunmüddətli və genişmiqyaslı qarşıdurmalar baş vermişdir. Səadəttin Paşanın məlumatlarına görə, Osmanlı qoşunlarından 340 ölü, 260 yaralı; Ermənilərdən isə 219 nəfər ölü, 69 nəfər yaralı var idi. Bundan əlavə, münaqişələr nəticəsində 80 erməninin evi tam olaraq yararsız hala düşmüşdür.[9] Britaniya konsulunun açıqlamalarına əsasən, Van üsyanına rəhbərlik edən və xalqa zərər verən ermənilər İrana deportasiya edilmiş, hadisələrdə günahı olmayan ermənilər isə əfv edilmişdirlər.[10] İngiltərənin Vandakı konsulunun dediklərinə görə; O dəfələrlə ermənilərə xəbərdarlıq etsə də, hadisələrin qarşısını ala bilməmiş və bu hadisələr komitə üzvlərinin sonsuz təxribatları nəticəsində baş vermişdir.[11] Vanda baş verəcək üsyandan əvvəlcədən xəbərdar olan Osmanlılar, sərhəd boyu ermənilərə kömək gəlməsinin qarşısını almaq üçün çox səylər göstərmiş və dəstək qüvvələrinin gəlməsinə mane olmuşdurlar. Həmçinin də, xarici dövlətlərin hadisəyə müdaxiləsinin qarşısını almış və beləliklə də bu məsələnin beynəlxalq ictimaiyyət də öz əksini tapmasına imkan verməmişdir.[12]