Vandom sütunu

Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır.

Vandom sütunu
fr. la colonne Vendôme
Xəritə
48°52′02″ şm. e. 2°19′45″ ş. u.HGYO
Ölkə  Fransa
Şəhər Paris
Yerləşir I arondisman[1][2]
Memar J.B.Leper
J.Qonduen
Sifarişçi Napoleon
Tikilmə tarixi 1806-1810
Üslubu ampir
Hündürlüyü 44,3 m
Material tunc
Fransa tarixi abidələri
İstinad nöm.PA00085790
Vandom sütunu (Paris)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.[3] 1,5 milyon liver dəyərində olan bu tikili “Böyük Ordü sütunu” fr. Colonne de la Grande Armée adlandırılır. 1814 cü ildə sütun üzərində qoyulmuş olan IV Henrixin atlı hüykəli 1 mart 1833 cü ildə Napoleonun atlı heykəli ilə əvəz edilir.

12 aprel 1871 ci il. Kommuna dekret qəbul edir:

12 aprel 1871 ci il. Kommuna dekret qəbul edir:
“Paris Kommunası hesab edir ki, Vandom meydanındakı İmperator sütunu barbar heykəli olub, zorakılığın və yalançı şöhrətin rəmzidir, militarizmı tərənnüm, beynəlxalq hüququ inkar edir, qalibin məğlubu təhqir etməsi Fransa Respublikasının üç əsas prinsipindən birinə — Qardaşlığa təhdiddir, qərar verilir: Tək və birinci maddə. — Vandom meydanındakı sütun ləğv ediləcəkdir.”

15 may 1871-ci ildə[5] monument Paris kommunası tərəfindən dağıdılır. Kommuna üzvü rəssam Qustav Kurbe sütunu Əlillər Evinin ərazisinə kıçürməyi təklif edir. Lakin inqilan əhval ruhiyyəli Paris sakinləri onu tamam uçurulmasını tələb edirlər. Sütunun qonşuluğunda yaşayan kommunaçı rəssam Qustav Kurbe həm siyasi, həm də estetik cəhətdən sütunun uyğunsuzluğunu əsas gətirərək sökülməsini israr edir və işə rəhbərliyi öz boynuna götürür.[5] Sütun iki uğursuz cəhddən sonra kəndir və bucurqadın köməyi ilə aşırılır.[5] Tunc lövhələr saxlanılır və Kommuna rejimi devrildikdən sonra 1873 cü ildə sütun onument yeni respublikanın pesidenti fr. Patrice de Mac-Mahon tərəfindən Qustav Kurbenin öz hesabına bərpa etdiir. Ölümünə qədər müflisləşmiş rəssam Qustav Kurbe xərci tam ödəyə bilmir.

Napoleonun heykəli

[redaktə | mənbəni redaktə et]

Sütunun üstündəki ilk Napoleonun heykəli heykəltaraş fr. Antoine-Denis Chaudet (1763−1810) tərəfindən hazırlanmışdır. 1814 cü ildə götürülərək 1818 ci ildə əridilir. Yuli monarxiyası 1833 cü ildə fr. Charles Émile Seurre-ə yeni heykəl hazırlamağı tapşırır. Bu heykəldə Napoleon “petit caporal” - kiçik onbaşı kimi təsvir edilir. Halhazıda bu heykəl Əlillər Evinin həyətində qoyulmuşdur. III Napoleon birinci heykəlin (heykəltaraş fr. Augustin-Alexandre Dumont tərəfindən) sürətini hazırlatdıraraq ikincini əvəz etdirir.

Abidə haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

Vandom sütununun hündürlüyü 44,3 m, diametri isə 3,65 m-dir. Sütun özü 96 daş barabanının üzərində qoyulmuşdur. Sütun özü isə doyüş səhnələrindən cızılmış 280 m uzunluğa malik 425 bürünc lövhələrdən ibarətdir.

Napoléon Vendôme.jpg
Statue aux invalides.jpg
Vandom sütununun III və II heykəlləri
NEAPOLIO IMP AVG
MONVMENTVM BELLI GERMANICI
ANNO MDCCCV
TRIMESTRI SPATIO DVCTV SVO PROFLIGATI
EX AERE CAPTO
GLORIAE EXERCITVS MAXIMI DICAVIT

Tərcüməsi:
NAPOLEON İMPRATOR AVQUST
BU ABİDƏNİ ALMANLLARLA MÜHARİBƏYƏ İTİFAT EDİR
ONUN RƏHBƏRLİYİ ALTINDA ÜÇ AY ƏRZİNDƏ
DÜŞMƏN BÜRÜNCÜNÜ QƏNİMƏT GÖTÜRƏN
BÖYÜK ORDU ŞƏRƏFİNƏ

<
  1. base Mérimée (fr.). ministère de la Culture, 1978.
  2. Вандомская колонна (rus.). // Большая советская энциклопедия. Том 8. Буковые — Варле 1927. Т. 8. С. 746–747.
  3. "MobileReference, Paris Sights, 2010, o. S." 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
  4. "Destruction de la Colonne Vendôme à Paris en 1871". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  5. 1 2 3 Paul d’Abrest: Courbet und die Vendôme-Säule.. In: Adolf Kröner (Hrsg.): Die Gartenlaube, Heft 9, S. 148-150. Ernst Keil’s Nachfolger, Leipzig 1878, S. 148.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]