Vansittart adası

Vansittart adası (ing. Vansittart Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Vansittart adası
ing. Vansittart Island
Ümumi məlumatlar
Sahəsi 997 km²
Uzunluğu
  • 75 km
Hündür nöqtəsi 100 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
65°50′ şm. e. 84°00′ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Vansittart adası xəritədə
Vansittart adası
Vansittart adası

Ada Foxs körfəzinin cənub-qərb hissəsində yerləşir, 1,6 km enində dar Hart boğazı adanı Melvil yarımadasının cənub-şərq sahilindən, Frozen Streyt isə cənubda yerləşən böyük Sauthempton adasından ayırır.

Adanın sahəsi 997 km²-dir. Sahil xəttinin uzunluğu 394 km-dir[1]. Adanın uzunluğu 75 km, eni isə 26 km-dir. 1,4 km enində dar bir bərzəxlə bağlanan iki hissədən ibarətdir. Landşaft dəniz səviyyəsindən hündürlüyü 50 - 100 metr olan alçaq yayladır, onun üzərində bəzi yerlərdə 100 metrə qədər təpələr vardır. Adanın şərq tərəfi qərb hissəsindən daha yüksəkdir[2].

  1. "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
  2. "The Island Encyclopedia. Vansittart Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.