Vaqif Məzahir oğlu Əliyev (31 iyul 1940, Bakı – 13 avqust 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002).
Vaqif Əliyev | |
---|---|
Doğum tarixi | 31 iyul 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 2021 (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Vaqif Əliyev 199 saylı orta məktəbdə təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962-ci ildə M. Ə. Əliyev adına Teatr institutuna daxil olub, oradan əsgərliyə xidmətə çağırılıb, sonra təhsilini davam etdirib.
1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100 — dən artıq tamaşada müxtəlif obrazlar yaratmışdır. 1990-cı ildə ona "Əməkdar artist" fəxri adı verilmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Əməkdar artist Vaqif Əliyev N. Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C. Cabbarlının "Dönüş"ündə- Şövqi- Sapand, C. Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə. Nesinin "Tənha qadınlar"ında- Qazabaxan, A. Babayevin "Oğul"unda- Qəzənfər, A. Məmmədovun "Dəli Domrul"unda-Ata, N. Hikmətin "Damokl qılıncı"nda- Kar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ndə- Seyidağa, S. Rəşidinin "Mənim Ərdəbilim"ndə- Əmir, Ə. Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ndə Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"nda- Rus Zabiti, A. Qurbaninin "Türk sancağı"nda- Ağsaqqal, H. Cavidin "İblis"ində- Xaxam rollarını məharətlə yaradıb və tamaşaçıların hüsnirəğbətini qazanıb.
Sənətkarın gərgin əməyi 2002-ci ildə dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.
Xalq artisti Vaqif Əliyev 13 avqust 2021-ci ildə 81 yaşında ürək xəstəliyindən vəfat edib.[1]