Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Vaqif Rza oğlu Hüseynov (1940 – 1 iyul 2015, Qobustan) — Samux rayonu İcra hakimiyyətinin başçısı (?-11 may 1993)[1]
Vaqif Hüseynov | |
---|---|
Samux rayonu İcra hakimiyyətinin başçısı | |
– 11 may 1993 | |
Sonrakı | Rasim Mürsəlov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Vəfat tarixi | 1 iyul 2015 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Vaqif Hüseynov 1993–1994-cü illərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.[2] O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq, oğlu və digər iki nəfərlə birlikdə həbs olunub.[2] Məhkəmə Vaqif Hüseynov barəsində ölüm hökmü çıxarıb.[2] Lakin sonradan onun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.[2]
Şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkən Vaqif Hüseynov 1 iyul 2015-ci ildə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında vəfat etmişdir.[2]